Bəxtiyar Tuncay HƏZRƏt mehdi (Ə) VƏ MƏLHƏMƏ-İ KÜbra baki 2020


II FƏSİL İblisin Qurani-Kərimdəki xarakteristikası



Yüklə 1,7 Mb.
səhifə8/97
tarix01.01.2022
ölçüsü1,7 Mb.
#103062
1   ...   4   5   6   7   8   9   10   11   ...   97
II FƏSİL
İblisin Qurani-Kərimdəki xarakteristikası

Xəbisliyi və hiyləgərliyi ilə məşhur olan İblis insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristian və müsəlman elm adamlarının təsbitinə görə, o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, bununla belə, Allah ona cin və insanlardan ibarət olan azmışlar ordusu üzərində hökm sürməyə icazə vermişdir. Yəhudi din alimləri isə şeytanı daha çox “Yetzer har”, yəni “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edirlər.

Şeytanın adı yazılı mənbələrdə ilk dəfə “Satana” formasında Tanaxda qeyd edilib. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və yəhudilərin “Yehova” (Yahvə) adlandırdıqları Tanrıya tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yehova ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir.

Həmin kitabda həm də Mastema adlandırılan Satanaya, yəni şeytana Allahın hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verdiyi bildirilir. İncildə isə Şeytan səhrada İsaya (ə) əziyyət verən varlıq, eləcə də  xəstəlik və əziyyətin yaranmasının səbəbkarı kimi təsvir edilir.

Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında İblis qırmızı əjdaha cildində peyda olur, mələk Mikayıl (ə) tərəfindən məğlubiyyətə uğradılır və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətə azad olmağı bacarır. Lakin, yenə də məğlub edilir və Alov gölünə  atılır. Əhdi-Ətiqə daxil olan “Yaradılış” kitabında adı çəkilməsə də, Ədən (Cənnət) bağındakı  ilanın o olduğu söylənilir.

İblis Qurani-Kərimdə də bir çox halda “şeytan” adlanır və bu halda ondan bəzən cəm şəklində söhbət açılır. Şeytanlar yolunu azmışların yoldaşı kimi təqdim edilir. Məsələn, Əl-Bəqərə surəsinin 14 ayəsində deyilir:

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər”.

Eyni surənin 102-ci ayəsində isə belə yazılıb:

Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!”

Əl-Bəqərə surəsinin 168-ci ayəsində Allah-Təala insanlara belə müraciət edir:

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir”.



Bənzər müraciət eyni surənin 208-ci ayəsində də təkrarlanır:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir”.

Əl-Fətir surəsinin 4 və 5 – ci ayələrində isə belə deyilir:

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin