Beyin və psixika Fərdiyyətin tipalogiyası



Yüklə 53,67 Kb.
səhifə7/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

2.Beyin və psixika.

Hər bir insan psixi gerçəkliyə malikdir: hər birimiz emosiyaları yaşayırıq, bi-zi əhatə edən əşyaları görürük, iyləri duyuruq – lakin heç də bütün bu halların xari-ci aləmə deyil, bizim psixikamıza aid olduğunun fərqinə varmırıq. Lakin psixi inikas gerçəkliyin mexaniki, qeyri-fəal surəti deyildir, o axtarışla, seçimlə səciyyələnir, psixi inikas zamanı daxil olan informasiya səciyyəvi surətdə emal olunur. Yəni, psixi inikas – obyektiv aləmin hər hansı bir zərurətlə, tələbatla bağlı olan fəal inikasıdır, o - obyektiv aləmin subyektiv və seçilmiş inikasıdır, hə-mişə subyektə məxsusdur, subyektdən kənarda mövcud deyildir və onun subyektiv xüsusiyyətlərindən asılıdır.

Psixika - obyektiv aləmin subyektiv surətidir. Onu sadəcə əsəb sisteminə bə-rabər tutmaq olmaz. Psixi xassələr beynin neyrofizioloji fəaliyyətinin nəticəsidir-lər, lakin özlərində onların formalaşmasına səbəb olan daxili fizioloji proseslərin deyil, xarici obyektlərin xüsusiyyətlərini əks etdirirlər. Beyində meydana gələn siq-nalların çevrilməsi insan tərəfindən ondan xaricdə, obyektiv aləmdə baş verən ha-disələr kimi qəbul edilir.

Psixi hallar ayrıca götürülmüş neyrofizioloji proseslə deyil, belə proseslərin mütəşəkkil məcmusu ilə əlaqələndirilə bilər, yəni psixika beynin sistem keyfiyyəti-dir, hansı ki, insanın beynində onun həyatı və fərdi fəaliyyəti prosesində bəşəriyyə-tin tarixən formalaşmış fəaliyyət formalarına və təcrübəsinə yiyələnməsi prosesin-də formalaşan çoxsəviyyəli funksional sistemlər vasitəsilə həyata keçirilir. Bir söz-lə, səciyyəvi insani keyfiyyətlər (şüur, nitq, məqsədyönlü fəaliyyət və s.), insanın psixikası ancaq onun həyatının gedişində, onun tərəfindən əvvəlki nəsillərin yarat-dığı mədəniyyətin qavranması prosesində formalaşır.

Psixika həm də beynin xassəsidir. Psixi fəaliyyət çoxlu sayda xüsusi fizioloji me­xanizmlərin vasitəsi ilə həyata keçirilir. Onlardan bir qismi qıcıqlandırıcının tə­si­rinin qayranmasını təmin edir, digərləri bu qıcıqları əsəb impulslarına çevirir, üçün­cülər isə davranışın planlaşdırılmasını və tənzimlənməsini həyata keçirirlər. Bü­tün bu mürəkkəb iş bütövlükdə orqanizmin mühitdə istiqamətlənməsini təmin et­məyə yönəlmişdir. Bu baxımdan psixikanın başlıca funksiyası kimi xarici təsirin əks olunması və davranışın (fəaliyyətin) tənzimlənməsi çıxış edir.

Əsəb sisteminin bir tam kimi fəaliyyət göstərməsinə baxmayaraq, onun kon­kret funksiyaları konkret sahələrdə fəaliyyətə aid edilmiş olurlar (məsələn, ən sadə hə­rə­ki reaksiyaların idarə edilməsi onurğa beyni vasitəsilə, addımlar, qaçış isə baş bey­nin gövdə hissəsi və beyincik vasitəsilə həyata keçirilir).

Psixi fəaliyyətin ən mühüm orqanı – insanın mürəkkəb psixi fəaliyyətini tə­min edən baş beyin qabığıdır.

Eyni zamanda insanın psixi həyatında alın paylarının xüsusi əhəmiyyəti var­dır. Çoxsaylı klinik verilənlər göstərir ki, beynin alın paylarının zədələnməsi, əqli qa­bi­liyyətləri azaltmaqla yanaşı, insanın şəxsi həyatında da bir sıra pozuntulara gə­ti­rib çıxarır.

Psixi inikas bir sıra xüsusiyyətlərlə səciyyələndirilir:


  • o obyektiv gerçəkliyi düzgün əks etdirməyə imkan verir, özü də bu hal praktikada təsdiq olunur;

  • psixi surətin özü insanın aktiv fəaliyyəti prosesində formalaşır;

  • psixi inikas dərinləşir və təkmilləşir;

  • psixi inikas davranışın və fəaliyyətin məqsədyönlülüyünü təmin edir;

  • psixi inikasa insanın fərdi xüsusiyyətləri təsir göstərir;

  • psixi inikas qabaqlayıcı xarakter daşıyır.  

Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, psixika gerçək-lik haqqında informasiyanın qəbul edilməsi, cəmləşdirilməsi və şərhi, bizim tələ-batlarımızla uyğunlaşdırılması və həmin gerçəkliyə adaptasiya (uyğunlaşma) pro-sesində davranışı tənzimləmək üçün mövcuddur və zəruridir. Psixologiyanın predmetinin nə dərəcədə mürəkkəb və çoxşaxəli olduğunu ay-dın təsəvvür etmək üçün onun başlıca formalarını nəzərdən keçirək. Bunun üçün biz psixologiyada “Leontyev-Fabri konsepsiyası” kimi tanınan yanaşmaya isnad edəcəyik.

Bu konsepsiyaya görə, insanaqədərki psixikanın inkişafında iki başlıca mər-hələ fərqləndirilir:

1. İbtidai sensor psixika mərhələsi;

2. Perseptiv psixika mərhələsi.

Ibtidai sensor psixika mərhələsi ən sadə duyğular çərçivəsindən kənara çıx-mayan ibtidai hissiyyat ünsürləri ilə səciyyələnir. Bu mərhələ canlılarda orqaniz-min xarici aləmin əşyaları ilə mürəkkəb manipulyativ hərəkətlərini yerinə yetirən ixtisaslaşmış orqanın meydana gəlməsi ilə bağlıdır. Ibtidai canlılarda belə orqan ki-mi şənə çıxış edir. O, ancaq insanların və bəzi ali canlıların malik olduğu əlləri əvəz edir və manipulyasiya və ətraf aləmin tədqiqi aləti kimi öz rolunu ta bu məq-sədlə canlıların qabaq pəncələri azad olana kimi qoruyub saxlayır. İbtidai sensox psixika seviyyesi su mühitində yaşayan ən sadə və ibtidai çoxhüceyrəli orqanizmləri əhatə edir onunla səciyyələnir ki, on-da qiciqlanma canlı orqanizmlərin ətraf mühitin bioloji baxımdan əhəmiyyətli tə-sirinə öz fəallığının artması, hərəkətlərin sürətinin və istiqamətinin dəyişməsi ilə cavab vermək qabiliyyəti kifayət qədər inkişaf etmiş səviyyədə təmsil edilmişdir. Mühitin bioloji baxımdan neytral xassələrinə reaksiya vermək və şərti reflekslər vasitəsi ilə öyrənmək qabiliyyəti kimi çıxış edən hissiyat hələ meydana gəlməmişdir. Canlıların hərəki fəaliyyəti hələ məqsədyönlü, axtarış xarakterli deyildir.

Ibtidai sensor psixika mərhələsinin sonrakı, ali səviyyəsi (bu mərhələyə qalx-mağa artıq tikanlı soxulcanlar və qarınayaqlı mollyusklar kimi canlı məxluqlar nail olurlar) ilkin ibtidai duyğuların və manipulyasiya orqanı kimi çənənin meydana gəlməsi ilə səciyyələnir (şəkil 4). Burada davranışın dəyişkənliyi şərti reflektor əlaqələri vasitəsi ilə həyat təcrübəsinin əldə edilməsi və möhkəmləndirilməsi qabi-liyyəti ilə tamamlanır. Bu səviyyədə artıq hissiyyat mövcuddur. Hərəki fəalliq tək-milləşdirilir və bioloji baxımdan faydalı təsirlərin məqsədyönlü axtarışı və eyni za-manda bioloji baxımdan zərərli təsirlərdən qaçmaq xarakteri əldə edir. Mutasiyalar nəticəsində əldə edilən və təbii seçmə sayəsində nəsildən nəslə ötürülən uyğunlaşma davranışı növləri instinkler irsi olaraq möhkəmlənmiş, struktur və funksional baxımdan kifayət qədər möhkəm olan və məqsədyönlü qu-rulmuş üzvi və davranış reaksiyaları şəklində formalaşırlar.

      Canlıların psixikasının və davranışının inkişafında keyfiyyət sıçrayışı sonra-kı, perseptiv mərhələdə baş verir. Bu mərhələ, öz növbəsində, üç səviyyəyə bölü-nür.

Perseptiv psixika mərhələsinin ibtidai səviyyəsində duyğular surətlərdə birlə-şirlər, xarici mühit isə ayrı-ayrı duyğulardan yox, əşya halında formalaşmış, qavra-yışda tərkib hissələrə parçalanan, lakin surət baxımından tam olan əşyalar şəklində qavranmağa başlayır. Canlıların davranışında ətraf mühitin əşyalarına və onlar arasındakı münasibətlərə əsaslanmaq meyli aşkar üzə çıxır. İnstinktlərlə yanaşı davranışın mürəkkəb, dəyişkən hərəki vərdişlər şəklində daha çevik uyğunlaşma formaları meydana çıxırlar (şəkil 5).

         Özünə istiqamətin və sürətin dəyişməsi ilə bağlı olan hərəkətləri daxil edən kifayət qədər inkişaf etmiş hərəki fəallıq formalaşır. Canlıların fəaliyyəti daha çe-vik, məqsədyönlü xarakter kəsb edir. Bütün bunlar artıq perseptiv psixikanın aşağı səviyyəsində baş verirlər, hansında ki, balıqların, digər aşağı səviyyəli onurğalıla-rın, onurğasızların bəzi növlərinin və həşəratların yerləşdiyi fərz edilir.

  Perseptiv psixikanın sonrakı, daha yüksək səviyyəsinə onurğalı quşlar və bəzi məməli heyvanlar yerləşirlər (şəkil 6). Bunlarda artıq təfəkkürün, praktiki, əyani-hərəki planda məsələlərin həllində aşkar edilən ibtidai formalarını aşkar etmək olar.



Burada öyrənməyə, bu kimi məsələlərin həlli üsullarının mənimsənilməsinə, onların yadda saxlanılmasına və yeni şəraitə (hərçənd ki, məhdud şəkildə) köçürül-məsinə hazırlıq üzə çıxır. perseptiv psixikanın ali səviyyəsinə meymunlar nail olurlar. On-lar tərəfindən xarici aləmin qavranması, göründüyü kimi, artıq surətli xarakter da-şıyır, öyrənmə isə yamsılama və köçürmə mexanizmləri vasitəsi ilə baş verir. Bu cür psixikada tədqiq olunma və əşyalarla manipulyasiya tələb edən geniş məsələlər sinfinin praktiki həlli qabiliyyəti xüsusi olaraq fərqlənir. Canlıların fəaliyyətində xüsusi, istiqamətlənmiş-tədqiqedici, və ya hazırlıq fazası fərqlənir. Bu faza vəziy-yətin, onda praktiki hərəkətlərə başlamamış, öyrənilməsindən ibarətdir.


Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin