Beyin və psixika Fərdiyyətin tipalogiyası


Şəxsiyyətin psixoloji problemləri



Yüklə 53,67 Kb.
səhifə10/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

4 Şəxsiyyətin psixoloji problemləri.

Şəxsiyyət və onun psixologiyası dərin köklərə malikdir. Müasir şəraitdə insan amili və şəxsiyyət məfhumu xüsusilə aktuallaşıb. Demək olar ki, humanitar elmlərin əksəriyyəti şəxsiyyət problemini diqqət mərkəzində saxlayır. Yaxın tarixdə bu prosesin daha da aktuallaşması müasir dövrün tələbatı olaraq şərh edilməlidir. Necə ki, psixologiya elmi qısa tarixə uzun keçmişə malikdir, eləcə də şəxsiyyət və insan problemlərinin elmi sferada tədqiqi qısa tarixə böyük keçmişə malikdir. Yəni, şəxsiyyət psixologiyasında nəzəri tədqiqatlar öz əsaslarını eradan əvvəlki dövrün görkəmli alimlərinin işlərindən almışdır. Lakin, şəxsiyyət psixologiyasının eksperimental bir elm kimi nəzərdən keçirilməsinə XX əsrin əvvəllərindən başlanmışdır.

Şəxsiyyət və onun funksiyalarını aydınlaşdırmaq üçün ilk növbədə onun mahiyyətini izah etmək lazımdır. Şəxsiyyətin funksiyalarını aydınlaşdırmağın ilkin şərti sosiologiya və psixologiya elmlərində bu problemə necə yanaşıldığını müəyyənləşdirməkdir. Sosiologiya şəxsiyyəti cəmiyyətin mikrostruktur kontekstində araşdırır. Şəxsiyyətə sosioloji aspektdən yanaşmaya görə şəxsiyyət sosial münasibətlərin obyektidir. Psixoloji nöqteyi-nəzərdən şəxsiyyət ictimai münasibətlərin obyekti olmaqla bərabər həm də subyektidir. Şəxsiyyətin davranış və fəaliyyətinin real konkret mühitdə öyrənilməsi psixologiyanın payına düşür. Burda iki əsas cəhəti gözdən qaçırmamalıyıq.

1)   şəxsiyyətin təcrübəni mənimsədiyi mühit və bu mühitin xüsusiyyətləri

2)   şəxsiyyətin mühit tərkibində özünügerçəkləşdirməsi və öz davranış və fəaliyyətini, münasibətlər sistemini realizə etməsi

Beləliklə, bizə məlum olur ki, psixologiyada şəxsiyyət probleminin başlıca məsələləri mühittərkibi qarşılıqlı münasibətlər və ünsiyyətdir.

Bugün hamı tərəfindən qəbul edilən şəxsiyyət tərifi yoxdur, müasir psixologiyada şəxsiyyətə çox sayda yanaşma vardır. O cümlədən, tanınmış Azərbaycan alimləri də şəxsiyyətə tərif vermişdirlər:

Şəxsiyyət bioloji, sosial və psixoloji münasibətləri inteqrasiya edərək, fərdin özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof. B.Əliyev). Şəxsiyyət keçmişin şüursuz meylləri və gələcəyə şüurlu yönəlmənin qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov). Şəxsiyyət – yüksək düşüncəsi, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən insandır. Şəxsiyyət – müstəqil, sosial, fəal olan adamdır. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərddir [11].

Yuxarıda qeyd etdiyimiz kimi, şəxsiyyətə hamı tərəfindən qəbul edilən vahid tərif verilmədiyi üçün, bu onun necə mürəkkəb bir fenomen olduğunu göstərir.

Prof. S.İ.Seyidov şəxsiyyət probleminin fenomenoloji təhlilini verərkən qeyd edir ki, problemə heç vaxt birmənalı, eyni mövqedən yanaşılmayıb. "Doğrudan da psixologiyada şəxsiyyət nəzəriyyələrinin çoxunda öz mövqelərini bildirərkən şüurluluq və şüursuzluq problemi ilə üz-üzə qalırlar. Onların arasında tarazlığın tapılması bir sıra nəzəri və praktik məsələlərin həllinə kömək edərdi. Müəlliflər özlərinin fəlsəfi və metodoloji mövqelərindən asılı olaraq gah qeyri-şüurluluğa, gah da şüurluluğa üstünlük verirlər. Çox az hallarda tədqiqatçılardan kimsə hər iki mövqeni tənqid etmişdir. B.Skinner isə öz tədqiqatlarında şəxsiyyəti praktiki olaraq ətraf mühitin təsirinə cavab reaksiyası verən insan kimi təqdim edir. Ümumiyyətlə, şəxsiyyətin xarakterizə olunması zamanı bütün tədqiqatçılar tərəfindən qəbul edilən 2 cəhət xüsusilə diqqət çəkir.

1)   insanın mahiyyəti real sferada ictimai münasibətlərin məcmusudur

2)   şəxsiyyət şüurlu( rasional) fəaliyyət subyektinə çevrilir

Burdan belə bir əqli-nəticə əldə etmək mümkündür ki, şəxsiyyət sadəcə şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir. Göründüyü kimi, şəxsiyyət probleminin tədqiqi insanın ontoloji baxımdan mövcudluğunun təmini, qnesioloji baxımdan həyat fəaliyyətinin təşkilinin formalaşdırılmasında əsaslı rol oynayır. Şəxsiyyətin eksperimental tədqiqinin əsası A.F.Lazurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur. Bu sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsində şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatların əvəzsiz rolu olmuşdur. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, şəxsiyyətə hamı tərəfindən qəbul edilən vahid bir yanaşma olmadığı üçün müxtəlif aspektlərdən tədqiqatlar aparılmışdır. Aparılan tədqiqatlar nəticəsində meydana çıxan nəzəriyyələrə adekvat və rasional şərh verə bilmək üçün onları aşağıdakı sistematika ilə öyrənilməsi daha məqsədəmüvafiqdir:

1.    İlkin və ya psixoanalitik kontekst (Klassik nəzəriyyə)

2.    Nevrotik və antihumanistik kontekst (Klinik nəzəriyyə)

3.    Tətbiqi kontekst (Eksperimental nəzəriyyə)

4.    “Təhrif edilməmiş” həqiqət konteksti (Koqnitiv nəzəriyyə)

5.    Davranış konteksti (Bihevioral nəzəriyyə)

6.    Humanizm konteksti (Humanistik nəzəriyyə)

Z.Freydin yaratdığı psixoanalitik nəzəriyyənin (Freydizmin) mənbəyində libido və instinktiv təhriklər durur. Bununla da psixi hadisələrə yeni bir yanaşma – şüursuzluq anlayışı gətirilmişdir. Psixoanalitik kontekstdə şəxsiyyətin strukturunda 3 komponent mövcuddur: İd (O), Eqo (Mən), Super - eqo (Fövqəl – mən).

Psixoanalitik kontekstdə id – şüursuzluq, eqo – şüur və super eqo – ali şüur kimi nəzərdən keçirilir.

Z.Freyd 1920-ci ildə id, eqo və supereqo anlayışlarını ilk dəfə “Həzz prinspinin xaricində” adlı məqaləsində səciyyələndirmişdir. O qeyd edirdi ki, id sıxışdırılmış şüursuz instinktlərin hökmranlıq etdiyi və həzz prinspinə qeyd-şərtsiz tabe olan psixi sahədir. Və o dərkolunmazdır. Eqo şüursuz instinktlərin ardınca getmək və gerçəkliyin norma və tələblərinə tabe olmaq arasında seçim etməyə məcbur olan psixi məfhumdur. Supereqo norma və əxlaqi tələbatların məcmusudur. Supereqo avtomatlaşmış sosial norma və qaydalardan ibarət olduğuna görə, insanın həyat fəaliyyətinin “nəzarətçisi” obrazında çıxış edir. Beləliklə, “eqo həmişə müanqişədə olur, id və supereqonun tələbləri bir birinə uyğun gəlmədiyi üçün o, müvafiq bir çaxnaşma içində qalır, bu çaxnaşmadan qurtulmaq üçün müdafiə mexanizmlərinə meyl edir.




Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin