Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə6/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62
KİTAB DANİŞIQLAR

Rasional(faydalı)model
Hətta maraqların uzlaşmadığı səraitdə də, az da ollsa fayda gətirdiyinə görə rasional danışıqlar mode-lini faydalı danışıqlar adlandırmaq olar.Doğrudur, tərəflər qarşılıqlı güzəşt addımını atmağa o qədər də tələsmirlər. Çünki bir tərəfin azacıq geri çəkilməsi qarşı tərəfdə qalib ruhunun formalaşması ilə müşayət olunar. Hər bir güzəşt, əslində, müəyyən normaları özündə ehtiva etməlidir, danışıqlar isə üzdə mülayim, daxildə sərt çərçivədə davam etdirilməlidir.Sağlam mənəvi atmosferin yaradılması, qarşı tərəfin maraq-larını üstələmədən problemin müzakirəsinin məntiqi ardıcıllıqla aparılması nəticədə xoşməramlı əlaqələrin davamlı olmasına yol açmalıdır.
Danışıqların aparılması adətən dipldmatların işi sayılır.Bəlkə də belə qənaət səbəbsiz deyildir. Odur ki, «…Дипломатын цмуми мядяниййяти, йцксяк интеллек-туал сявиййяси, бир нечя дил билмяси олдугъа зяруридир. Анъаг дипломатларын дилдян истифадя етмяк баъарыьы, етикет дуйуму, цнсиййят чевиклийи, гаршы тяряфин фикирля-рини охуйа билмяк мящаряти сийасятчилярдян дя йцксяк олмалыдыр».1
Danışıqlar münaqişə ilə əməkdaşlıq arasındakı yoldur.
R.Lone
Danışıqlar,ünsiyyət
kommunikasiya


1Ünsiyyət danışıqların əsas elementi kimi
2.Ünsiyyət və kommunikasiyanın ortaq və fərqli xü-
susiyyətləri
3.Müzakirə (diskusiya) və danışıqlar
4.Mübahisə (polemika) nədir?
5.”Beynəlxalq mübadilə”danıııqların forması kimi
Ünsiyyət prosesində insanlar yalnız gərəkli in-formasiya ehtiyaclarını ödəməklə kifayətlənmir. Eyni dərəcədə duyğu və düşüncələrini realizə edirlər, öz səlahiyyətləri daxilində rəsmi dövlət və diplomatik, si-yasi, ideoloji tapşırıqları yerinə yetirirlər. Əslində sırf fərdi fəaliyyət kimi başa düşülən ünsiyyət(nitq) top-lumdaxili qarşılıqlı anlaşmaya şərait yaradan yeganə şüurlu və məqsəyönlü fəaliyyətdir. Ünsiyyət insanın yaşam tərzi olmaqla, həm də həyati ehtiyaclarından (yemək, geymək və s.) biridir. Elmi ədəbiyyatda kom-munikasiya,danışıqlar, müzakirə, mübahisə kimi pro-seslər arasında ortaqlıq sadalananların birbaşa ünsiy-yət aktı olması ilə izahlana bılır. Ancaq bunlar ara-sında fərqləri ortaya qoymaq xeyli çətindir.
Şərti olaraq razılaşaq ki, danışıqlar ünsiyyətin və kommunikasiyanın bir formasıdır. Con Berton da-nışıqları ünsiyyətin tərkib hissəsi adlandıraraq yazır ki,“... danışıqlar prosesinin iştirakçıları hər iki tərəfi qane edəcək effektli nəticəni qazanmaq üçün, öncəsi axtarış səciyyəli ünsiyyət bağlayır.” Çox bəsit dildə səslənən bu fikirdən fərqli olaraq R. Fişer və U. Yuri ünsiyyəti danışıqların yeddi vacib elementindən biri kimi xarakterizə edirlər.
Məntiqi nəticə isə ünsiyyətsiz danışıqların ol-madığının təsdiqlənməsindən ibarətdir.Bütün formalı danışıqların əsanda dayanan«…цнсиййят просеси мяг-сядли бирэя фяалиййятя гатылмагла ещтийаъларын юдянмяси вя бу заман инсанлар арасында ялагя гурулмасы, мювъуд ялагялярин инкишаф етдирилмяси, информасийа мцбадиляси апарылмасы, нювбяти гаршылыглы фяалиййят стратеэийасынын мцяййянляшдирилмяси, диэяр шяхслярин фикирлярини дуймаг вя анламаг просесидир».1
Göründüyü kimi, ünsiyyət yalnız fərdi münasi-bətlərin deyil, eyni dərəcədə sosial və peşəkar sahələr-də fəaliyyətin obyektiv zərurətdən doğan faktorudur. Ünsiyyət mübadiləsinin aparılmasında verbal və qey-ri-verbal vasitələrin iştirakı bu prosesin axıra qədər proqnozlaş qırılmasını çətinləşdirir. Unutmamalıyıq ki, digərbütünvasitələr danışıqların yardımçı element-ləridir. Çünki dil (nitq) olmadan danışıqlardan danı-şmağa haqqımız yoxdur. Нобел мцкафаты лауреаты Луи де Бройл чох щаглы олараг гейд едир ки, «… Бяшяри кяшфляри дя, ялдя олунан билэиляри дя рийази дцстурларла ифадя етмяк мцмкцндцр. Лакин бцтцн бунлары инкишаф етдирмяк, нятиъяляриндян файдаланмаг цчцн илк бахыш-дан чох ади тясир баьышлайан ядяби дил лазымдыр. Ади эюрцnмяйиня бахмайараг, дилин дягиглийи дцстурларын дягиглийиндян гат-гат эцълцдцр.»
Kommunikativ fəaliyyətdə insanlar arasında qarşılıqlı anlaşma baş tutur. Ünsiyyətin bir forması olan kommunikasiya bəzən dəbdəbəli səsləndiyindən daha çöx istifadə olunur. Ancaq kommunikasiya və ünsiyyət arasında fərq arayanlar da az deyildıir.
Razilaşmalıyıq ki, bu cür qarışıq fikirlərin də-qiq eimi-nəzəri bazasının və yetərli dəlillərin olma-ması əslində hansısa bir müəllifə haqq qazandırmır. Ümumilikdə, psixoloqlar (L.S.Vıqotskiy, A.A.Leon-tyev, M.İ.Lisina) belə qənaətdədirlər ki, kommunika- siya obyekt və subyekt arasında informasiya müba-diləsini nəzərdə tutur.Bu tipli yanaşmalar müxtəlif dövrlərdə və müxtəlif tədqiqatçılar tərəfindən dərin tədqiq olunmadan səslənsə də uğur qazanmamışdır.
Amerikalı riyaziyyatçı K.Şennon onun həm-vətəni U.Uiver tərəfindən 1949-cu ildə işlənən kom-munikasiya modeli bir müddət rəğbətlə qarşılansa da, yeni heç nə təklif etmədiyindən çox keçməmiş unu-duldu. Xatırladaq ki, beşpilləli Şennon- Uiver mode-lıni aşağıdakı kimi təsvir etmək olar.İnformasiya mənbəyi, ötürücü, öturmə kanalı, qəbuledici və son məqsəd. Bu model mənbələrdə “xətti model” adlanır.





Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin