Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Sərhəd dəmir yolu daşımasına aid olan sazişlər



Yüklə 112,79 Kb.
səhifə50/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Sərhəd dəmir yolu daşımasına aid olan sazişlər (sərhəd dəmir yolu sazişləri), adətən ikitərəfli qaydada bağlanılır. Buna görə də onlar ikitərəfli sazişlərdir. Həmin sazişlər, ilk növbədə, hökumətlərarası saziş formasında rəsmiləşdirilir.

Sərhəd dəmir yolu sazişləri sərhəd dəmir yolu stansiyalarının iş qaydasını, həmsərhəd olan dəmir yollarının nəqliyyat-texniki münasibətlərini (qatarların hərəkəti və onların xidmət göstərməsini, təmir işlərinin yerinə yetirilməsini və s.) habelə zərər vurulduğu hallarda tərəflərin üzərinə düşən məsuliyyəti müəyyən edir.

Xidməti təlimatlar daşıyıcının (dəmir yolunun) müştəri qarşısında məsuliyyət məsələsinin həlli zamanı, xüsusilə, mühüm əhəmiyyət kəsb edir. Belə ki, xidməti təlimatlar dəmir yolları arasında yükün verilməsi, daşıma zamanı akt tərtib olunması və müştərilərin pretenziya verməsi barədə qaydaları nəzərdə tutur. Onlar beynəlxalq dəmir yolu daşımaları həyata keçirilərkən yükün qəbulu, daşınması və sahibinə verilməsi, habelə sərnişin və baqajın daşınması zamanı nəqliyyat-kommersiya əməliyyatlarının daşıyıcı (dəmir yolu) tərəfindən yerinə yetirilməsi qaydalarını müəyyən edir.

Vaqonlardan və digər daşıma vasitələrindən qarşılıqlı istifadə barədə sazişlər istifadənin hüquqi rejimini müəyyən edir. Söhbət vaqonlardan və digər daşıma vasitələrindən istifadənin hüquqi rejiminin müəyyənləşdirilməsindən gedir. Bu, onlardan səmərəli istifadə olunmanı təmin edir.

Məlum olduğu kimi, sərhəd stansiyasında vaqonlar və digər daşıma vasitələri həmsərhəd olan xarici dövlətin dəmir yollarına daxil olur. Bu zaman vaqonların (və digər daşıma vasitələrinin) verilməsi və geri qaytarılması ilə bağlı olaraq, tərəflər (dəmir yolları) arasında müəyyən münasibətlər yaranır. Həmin münasibətlərin nizama salınması zərurəti meydana çıxır. Bunun üçün müvafiq sazişlər bağlanılır ki, onlar dəmir yolları arasındakı münasibətlərə aydınlıq gətirir.

Digər tərəfdən, yük sərhəd stansiyasına çatdıqda boşaldılmalı və yenidən xarici dövlətə məxsus olan vaqonlara (və digər daşıma vasitələrinə) yüklənməlidir. Sərhəd stansiyasında aparılan belə əməliyyatların həyata keçirilməsi məqsədəuyğun deyildir. Bu cür əməliyyatların həyata keçirilməsinin qarşısını almaq üçün tərəflər (həmsərhəd olan dövlətlərin dəmir yolları) bir-birlərinə vaqonlardan (və digər daşıma vasitələrindən) müvəqqəti istifadə olunmasına icazə verirlər. Belə icazə isə vaqonlardan (digər daşıma vasitələrindən) istifadənin hüquqi rejimini müəyyən edən sazişlərdə əks olunur.

Beləliklə, tərəflər vaqonlardan (və digər daşıma vasitələrindən) qarşılıqlı istifadə etmək barədə razılığa gəlirlər və bu məqsədlə öz aralarında saziş bağlayırlar. Belə sazişlər iki tipdə olur. Birinci tip sazişlər xarici ölkənin dəmir yoluna vaqonlardan müvəqqəti istifadə hüququ verilməsini nəzərdə tutur. İkinci tip sazişlərə gəldikdə isə qeyd etmək lazımdır ki, onlara görə ümumi vaqon parkı yaradılır və iştirakçı dövlətlər həmin parka müəyyən sayda vaqonlar verir. Bu vaqonlardan birgə istifadə olunur.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin