Beynəlxalq poçt rabitəsi” m ü h a z I r ə L ə r müəllim : Mansurova S. M. Bakı – 2015 Beynəlxalq poçt göndərişləri bpg növləri və kateqoriyaları



Yüklə 339,68 Kb.
səhifə32/37
tarix10.01.2022
ölçüsü339,68 Kb.
#109819
1   ...   29   30   31   32   33   34   35   36   37
PUL BARATLARI
Pul baratı (bundan sonra barat) ilə göndərilmək üçün respublika ərazisində tədavüldə olan manat qəbul edilir.

Ölkə daxilində göndərilən bir pul baratının məbləği 2000 AZN-dən yuxarı ola bilməz. Eyni göndərici tərəfindən göndərilən pul baratlarının sayına və ümumi məbləğinə məhdudiyyət qoyulmur. Xarici ölkələrə göndərilən pul baratlarının məbləği, qanunvericiliyin tələblərinə müvafiq olaraq, həmin ölkələrlə bağlanmış müqavilələrə əsasən müəyyən edilir.

Nağdsız üsulla pul baratları yalnız əvvəlcədən tədiyyə tapşırığı ilə poçt müəssisəsinin bankdakı barat hesabına pul vəsaitinin köçürülməsi yolu ilə qəbul edilir.

Poçtamtın barat hesabına müvafiq vəsait daxil olmadığı halda nağdsız üsulla pul baratlarının qəbulu qəti qadağandır.

Vəsait poçtamtın barat hesabına daxil olduqdan sonra mühasibatlıqdan poçt şöbələrinə daxil olan ümumi barat məbləği və rüsum haqqı göstərilən F.150 siyahısı göndərilir. F.150 siyahısı iki nüsxədən ibarət tərtib edilir.

Siyahının birinci nüsxəsi poçt şöbəsinə göndərilir, ikinci nüsxəsi isə poçtamtın pul baratları üzrə nəzarətçisinə verilir.

Poçt müəssisələri nağdsız üsulla pul baratlarının qəbulunu aşağıdakı qaydada aparırlar:

1.Hüquqi şəxsin nümayəndəsindən pul barat blankları, F.103 siyahısı və icra olunmuş tədiyyə tapşırığı qəbul edilir və tədiyyə tapşırığı F.150 siyahısı ilə üzləşdirilir. Əgər tədiyyə tapşırığı üzrə göstərilən vəsaitin barat hesabına daxil olmasına dair poçtamtdan F. 150 siyahısı alınmamışsa, baratlar qəbul edilmir.

2. Nağdsız üsulla pul baratlarının qəbulu zamanı poçt işçisi tədiyyə tapşırığında göstərilən məbləğin F.103 və F.150 siyahılarında göstərilən məbləğə uyğunluğunu yoxlayır.

3. Tabeliyində olan poçt şöbələrində nağdsız üsulla qəbul olunmuş pul baratlarına nəzarət poçtamtlarda F. 151 jurnalı əsasında aparılır.

4. Göndərici pul baratı göndərərkən F.MP-1(M) barat blankını doldurur.

Pul baratlarının qeyri-standart formalı blankda qəbul edilməsi qəti qadağandır.

Cari hesaba pul köçürülməsi üçün bankların ünvanına göndərilən baratların blanklarında "Hara" sətrində baratın təyinat yeri, ünvan və bankın adı, "kimə" sətrində isə baratı alanın soyadı və onun bankdakı şəxsi hesabının nömrəsi göstərilir.

Baratlar vətəndaşların ünvanına göndərildikdə "kimə" sətrində ünvan sahibinin soyadı, adı və atasının adı tam göstərilir.

Pul baratı hərbi hissəyə ünvanlandıqda poçt işçisi göndərənə izah etməlidir ki, pul məbləği hərbi hissənin hesabına köçürülür, pul hərbçiyə hərbi hissə tərəfindən ödənilir və hərbçiyə onun verilməsini hərbi hissənin rəhbərliyi müəyyən edir.

Poçt işçisi pul baratını qəbul edərkən göndəricidən göndərilməli olan pulu, göndərilməsi və əlavə xidmətlər (əgər varsa) üçün rüsum haqqını və onun tərəfindən doldurulmuş barat blankını alır və aşağıdakıları yoxlayır:

1.Blankda ünvan sahibinin və göndəricinin ünvanlarının tam yazıldığını, həmçinin Qaydalarda göstərilən müvafiq qeydlərin olmasını və onların düzgünlüyünü;

2. Blankda rəqəmlərlə və yazı ilə yazılan məbləğin uyğunluğunu;

3.Qəbul edilən pulun və göndərilmək üçün rüsum haqqının məbləğinin düzgünlüyünü;

Qəbul edilən pul baratı üçün ödəniş qəbzi yazılır və qəbzin əsli göndəriciyə verilir.

Barat blankının düzgün doldurulduğu yoxlanıldıqdan və pullar sayıldıqdan sonra baratlar aşağıdakı qaydada rəsmiləşdirilir:

- yazı ilə göstərilmiş məbləğin əvvəli və sonuna məhdudiyyət xətləri çəkilir, həmçinin təyinat məntəqəsinin adının altından xətt çəkilir;

- barat blankında ödəniş qəbzi üzrə nömrə nömrələyici qurğu və ya əl ilə yazılır.

Poçt işçisi tərəfindən barat blankı imzalanır və təqvim ştempeli vurulur.

Baratlar qrup halında F.103 siyahısı ilə qəbul olunarkən bir ümumi ödəniş qəbzi yazılır. Siyahıdakı sıra nömrələri ödəniş qəbzinin nömrəsinə kəsrlə, əl ilə əlavə edilir.

Əgər barat şəhər poçt şöbəsinə ünvanlanmışsa, onda qəbzdə mütləq həmin poçt şöbəsinin nömrəsi göstərilir. "Çatdırma üsulu" sətrində müvafiq hallarda "təqaüd", "evə çatdırılmaqla", "xəbərnamə ilə" və s. qeydləri edilir. Barat yazılı məlumatla qəbul edildikdə qəbzin yuxan hissəsində sözlərin sayı göstərilir. Qəbzin yazı ilə məbləğ göstərilən boş qalan hissəsi xətlənir. Təyin edilmiş yerdə rüsum haqqı rəqəmlərlə qeyd edilir.

Ödəniş qəbzinin hər iki nüsxəsinin yuxarı hissəsində və MP-1(M) barat blankında mərkəzləşdirilmiş qaydada verilən nömrə yazılır.

Qəbzlərin əsli və surətlərində qaralamalara və düzəlişlərə yol verilmir. Əgər hər hansı səhvə yol verilmişsə, qəbz və onun surəti çarpazvari xətlə ləğv olunur və poçt işçisi tərəfindən imzalanır. Qəbzin ləğv olunması səbəbini əks etdirən akt tərtib edilir. Xətlənmiş qəbzlər və onların surətləri aktla birlikdə hesabat vaxtı poçtamta təhvil verilir.

İş gününün sonunda gün ərzində qəbul edilmiş baratların sayı, onların məbləğinin və göndərilmə haqlarının yekunları hesablanaraq, ayrıca vərəqədə nağd və nağdsız üsulla qəbul edilmiş baratlar üzrə ayn-ayrılıqda rəqəmlə göstərilir.

Sonra nağd və nağdsız üsulla qəbul edilmiş barat məbləğləri və onların göndərilmə haqları birlikdə hesablanaraq, rəqəmlə ümumi yekun göstərilir.

Yekunlar baratları qəbul edən işçi və nəzarətçi şəxs tərəfindən imzalanaraq ödəniş qəbzləri ilə birlikdə tikilir.

Ayın axırıncı günü ayrıca vərəqədə gün ərzində qəbul edilmiş baratlara müvafiq qaydada yekun vurulduqdan sonra, onun davamı kimi, ay ərzində nağd və nağdsız üsulla qəbul edilmiş baratların sayı, məbləği və göndərilmə haqları hesablanaraq, ayrı-ayrılıqda rəqəmlə göstərilir. Bundan sonra ay ərzində nağd və nağdsız üsulla qəbul edilmiş baratların ümumi sayı rəqəmlə göstərilməklə ümumi məbləği və ümumi göndərilmə haqları hesablanaraq həm rəqəmlə, həm də yazı ilə göstərilərək, ödəniş qəbzləri ilə birlikdə dəstə halında tikilir.

Hesablanmış yekunlar nəzarətçi şəxsin imzası ilə, poçt şöbələrində isə poçt şöbəsi rəisinin imzası ilə təsdiqlənir. Arayışdakı yekunlar ilə mühasibatlıq məlumatlarının uyğunluğu poçtamtın baş mühasibi tərəfindən təsdiqlənir.

Yoxlanılmış ödəniş qəbzləri BNŞ-yə göndərilənə qədər barat əməliyyatlarına nəzarət edən şəxsdə saxlanılır.





Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin