Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
beytul-ahzan

Hürrun (ə) tövbəsi
Ya Hüseyn, Hürrü-pəşimanü-diləfkarəm ağa Gəlmişəm 
qovma qapından çox günahkarəm ağa
Seyyidim, gəlmir üzüm dərgahına üz döndərəm
Hürrü-nalanəm, məni əfv et, aya kani-kərəm Sən 
əlimdən tutmasan məhşər güni mən neylərəm
Xeyridən boşdur əlim möhtaci-isarəm ağa
Qüsli-tövbəmdir üzümdə göz yaşım ey möhtəşəm
Düzdü səngindir günahım mən sizi incitmişəm
Hər nə olsam da ağa indi qapından girmişəm


54
Əfv elə, qovma məni, yox ayrı bir çarəm ağa
Müxtəsər bundan qabaq öz ağlıma etdim rücu
Feyzi-tövbə şamil oldu halıma tapdım xüzu
Gəlmişəm sürtəm üzüm toprağına dildə xüşu
Sən qəbul et tövbəmi gör nə fədakarəm ağa
Sənsiz ömrü neynirəm xoşdur həyatı boşlayam
Pişmərgi-eşq olam, dərdü-bəlanı xoşlayam
Mən sənə müddətdi şaha, xəstə bir can borcluyam
Gəlmişəm borcun verəm indi bedehkarəm ağa
Almışam öz canımı əssaə şaha ovcuma
İmtahan eylə məni ta sabit olsun müddəa
Əmr elə qara qulun qəlladə vursun boynuma
Mən hürüm, çəksin məni bəski səzavarəm ağa
Baxma nəfsi tovlamışdı Hürrü ey miri üməm
İndi amma nadiməm qəlbdən aya kani-kərəm
Zülcənahın nalının tozun kainata vermərəm Sabiqən 
əğyar idim, əssaə əxyarəm ağa
Mayiləm cami-viladan mən də bir cürə dadım
Zadi-rahi-eşqim olsun malü-canim hər zadım
Küsmüsən məndən barış, ta həşrə tək qalsın adım
Ad sənindir, mən kiməm bir zərreyi-xarəm ağa
Lütfün olsa ya Hüseyn dərdi-dil ağaz eylərəm
Aşiqanə gəlmişəm dərgahına raz eylərəm


55
Sən mənə nokər desən, mən şahlara naz eylərəm
Tut əlimdən sərfəraz eylə giriftarəm ağa
Qayəti-amali-eşqü-arizusan sən mənə
Qul huvəllahu əhəddə şərhi-husən sən mənə
Abirudan düşmüşəm mən, abirusan sən mənə
Abiru ver abirundan mənə zarəm ağa
Mən səni verrəm qəsəm şaha cavan qardaşına
Rəhmətindən həlqə vurmış gözdəki göz yaşına
Əkbərə xatir ağa Hürrü dolandır başına
Yox demə sən bil balan canı xətakarəm ağa
Acizanə bir sözüm vardır sənə ey xoş xisal
Eylə bu biçarəni lütfilə məşmuli-nəval
Xırda qızlardan mənə şaha özün halallıq al
Keçməsə qızlar əgər möstocibi-narəm ağa

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin