Beytul-əhzan naləsi


Həzrət Süğranın (s.ə) əhvalatı



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
beytul-ahzan

Həzrət Süğranın (s.ə) əhvalatı
Rəsmidir şanə deyər zülfü-pərişanə sözün
Andırar rəmzilə ta bilmiyə biganə sözün
Bu məlahət, bu lətafət ki, sənin var cana Yeri 
vardır yazalar səfheyi-Quranə sözün
Naz edəndə mənə nazında nələr var demərəm
Açmaram özgələrə nərgizi məstanə sözün
Hər zaman dərdin olanda de təbibin özünə
Demədi mur, o zəfilə Süleymana sözün
Baxma Yusif dedi öz dərdini biganələrə
Sən həmişə degilən həzrəti cananə sözün
Müfti-əzəm eşqin bizə fətvası budur Zülmdür 
kim deyə aqillərə divanə sözün
Bir gecə şəmilə xəlvət elədim sübhə yaxın
Ta salam məhfilə bir nəhvilə pərvanə sözün
Adını tutdum alışdı mənə qeyzilə dedi Dəstəmazsız tutma 
adın salma şəbistanə sözün
Dedi çox baxma həqarətlə bu pərvanələrə
Çox əcib işləri var gər dözəsən sanə sözün
Nə qədər sağdı, salamatdı danışmaz əbəda
Alışan vəxtə deyir şəmə bu divanə sözün
Ağladar şəmi öz əhvalına ta sübhə kimi
Əşki şəmilə qatar ta verə payanə sözün


47
Gərçi şagird idi, özünün məktəbi var
Qanadında yetirir şöleyi-suzanə sözün
Xəbər aldım deyirəm kimdi onun ustadı
Dedi Süğradı düzər əşgilə müjqanə sözün
Əkbərin dərdi bu Süğranı ayaqdan saldı
Ayrı dərdi yoxdu ta deyə cananə sözün
Duduman bağlı qalıbdır bir elin ayrısıdır Nə 
gedib, nə qala bildi deyə bir yanə sözün
Eşqi Əkbər otağı idi, o da ki, bağlı qalıb
Qapısın hər gün öpərdi deyə hicranə sözün
O qədər bağlı otağın qapısın öpmüş idi Adət 
etmişdi deyərdi ona ruzanə sözün
Gün batan çağı durub tez sürünərdi qapıya
Ərz edərdi yana-yana Həqqi Rəhmanə sözün
Bir gün əyləşmişidi gördü ki, bir səs gəlir
Qasidəm səmti İraqa varun aya nə sözün
Eşitdi vəxti İraq adın itirdi özünü
İstədi yolluya dildarə qəribanə sözün
Naxoşun durmağı müşküldü, süründi eşiyə
Ağlayır dildə deyir Xaliqi Subhanə sözün
Səslədi getmə dayan, məndə verim bir namə
Yazmışam əşgilə ey qasidi-fərzanə sözün
Baxdı qasid ona gördü ayaq üstündə ölüb Ürəyi 
yandı dayandı ala dürdanə sözün
Xəbər aldi ki, xanım yolda kimin vardı? Dedi:
Əkbərə müntəzirəm ta ki, alam canə sözün
Bir neçə xırda uşaq caməsi bir boxça ara
Vurdu namilə dedi zimni-həkimanə sözün
Qasidə neçə əlamət babasından saydı


48
Ki, özü şahdi deməz qeyri-Mənnanə sözün
Sinni altmış hələ olmaz, üzü çox nurani
Oxşadar hər eşidən ayeyi-Quranə sözün
Bir əmim var uca boy sağ tərəfində dayanar
Babamın arxasıdır ərz elər sultanə sözün
Bir cavan sol tərəfində adı Əkbərdi onun
Qardaşımdır o mənim pəxş elə hər yanə sözün
Çatmadı qaşları, başda yaşıl əmmaməsi var
Özü bir aydı, deməz heç məhi-Kənanə sözün

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin