Beytul-əhzan naləsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   8   9   10   11   12   13   14   15   ...   62
beytul-ahzan

Zülfüqar
Əgər Ruhul-Qudus dəm vursa feyzi-canfəzasından
Qələm bir süfreyi-rəngin açar şərhi-rəsasından
Mürtəza eşqilə kəlmə-bekəlmə sözləri düzsəm
Görərsən porbəhadır gənci-Qarunun təlasından
Əli Tövrat, İncil və Zəbur, vasili Qurandı


38
Bizə təfhim olur babi-ülum Mutafasından
Kiməm tərif edəm mən məzhəri-küllül-əcayibdən Gedib 
Qurana bax, şənin xəbər al Həl-ətasından
Əlidir sadiri-kamil, Əlidir aşiqi-amil Əlidir 
qaziyi-adil, qəzavətdə qəzasından
Əli Qurani-münzəldir, əvvəldən əvvəldir
Peyəmbərlərdən əfzəldir, məgər Taha və Yasindən
Əlinin rəfəti-şəni salıbdır şübhə xəlqə Bir 
iddə fikr edib allahdı, öz zənni-xətasından
O movlanın məqamı müxtəsər birdən olur peyda
Və matəş-Şafi və ləysə yədri qəd kəfasından
Ki, yəni Şafi öldü və lakin bilmədi axər
Ki, Allahdır Əli, ya yox kamali-etilasından
Buyurdu həzrəti Sadiq bu mətləbi özü möhkəm
Əmir əl-möminin tənha Əlidir ibtidasından
Biri qeyr əz Əli bu iddianı eyləsə mütləq
Ki, mənkuhud-duburdur müddəi öz iddiasından
Əli öz nəşinin pişvazına gəldi gecə vəxti
Bu iş görsənməyib nə ənbiya, nə ovliyasından
Əlinin adı hər yerdə deyilsə, Fatimə orda
Ki, ayrılmaz vəfalı aşina öz aşinasından
Sözüm bir ayrı mətləbdir gözüm yaşı aman versə
Görəkdir başlayam başdan Xudanın ittikasından
Əvamünnas ümmət Mürtəzanı eylədi məzlum
Sükut etdi benahəqq satdı dinin qəhqərasından
Qədiri-Xumu yetmiş gündə nadidə tutub dandı Olar ki, 
zahirən hacıydılar bimöhtəvasından Xudaya, cahili öz 
cəhlinə agah elə bilsin
Və bir də aləmi hifz eylə nəfsin bəd həvasından


39
Yerin üstündə cəmiyyət köçübdü neçə milyard
Çoxu kafirdi, inkar eyləyib dini əsasından
Qalanda iddiayi-din edir, şiə və ya sünni
Olardan kəm deyil gahi günahü-ibtilasından
Nə qədri yer üzündə bu xəlayiq məsiyət etsə
Ona şirkətdi sani ta qiyamət öz cəzasından
Deyiblər, əvvəlin xişti əgər memar kəc qoysa
Sürəyyayə kimi divar kəcdir, kəc bənasından
Peyəmbər öldü, xişti əvvəli bu sani kəc qoydu
Mübarək peykəri-dinə vurub xəncər qəfasından
O tohin eylədi Tahaya vəxti-ehtizarında
Buxari öz Səhihində yazıbdır macərasından
Onun tərhiydi Şura da, Əli xanəneşin oldu
Qapı yandı, Fədək getdi, ölüb Zəhra yarasından
Özü bədxülq idi, Movlaya guya eylədi izhar
Deyibsən ağlaram peyvəstə Zəhranın vəfasından
Mən ilə durmusan indi və lakin ağlamırsan sən
Niyə təbliğ edirsən bu sözü boş iddiasından
Əlinin halı döndü ta ki, Zəhranın adı gəldi
O namərdin cavabın verdi ləhni-dilrübasından Dedi: 
Zəhraya hər yerdə tək olsam gözlərim ağlar
Siz ilə bahəm olsam qəlbim ağlar, ixtifasından
Əlimi bağladı Taha, Bətulu kuçədə vurdun
Mənə göstərmədi sili yerin amma həyasından
Edib qasibləri mövləl-məvali bu sözə agah
Əli məzun deyil izni Xudayi-zülətasından Əgər 
məzun olub haqqızdakı ayati açsaydım
Deyərdim xəlqə kimsiz, niyyətizdə ibtidasından
Danışsam tez deyərsiz Mürtəza dünyaya talibdir


40
Sükut etsəm deyərsiz qorxur ölümün həvasından 
Sükutum şiə və Qurana xatirdi, bilin gərnə
Qırardım hammızı vəllahi, bu zülmün cəzasından
Əlinin səbri dildən saldı səbri ya Rəsuləllah
Və lakin çıxmadı bir ləhzə əmri-pişvasından
Deyillər təngə gəldi Zülfəqarı səbri-Mövladan
Dil açdı öz diliycə bir günü izni-Xudasından
Bu sani Samiritək bir böyük fitnə edib bərpa
Əbu Bəkri çu qusalə danışdırdı xəfasından
İcazə ver ağa, boynun vurum, səhərin edim batil
Məgər mən kəmtərəm Musəbni İmranın əsasından
Edim bir zərbət ilə qəri-duzəxdə onu sakin
Cəhan əhli xilas olsun o bidinin xətasından
Məni şaha, uşaqlardan bu əndazə utandırma
Həsən ağlır, Hüseyn ağlır, qəmi-biintəhasından
Deyəndə oxşama Zeynəb sızıldar tiğeyi-tizim Qəlaf 
içrə nəvanı başlaram Zeynəb nəvasından
Xilas eylə qəlafımdan bu dəfə Zeynəbə xatir
Öləndən Fatimə şərməndəyəm mən Ali-Yasindən
Vücudum vəqfdir Qurana, mən Zəhraya mədyunam
Əlindən öpmüşəm hərdəm yuyanda öz vəfasından Həmin 
bu Zülfəqar idi Hüseynə çox kömək etdi
Vəli əfsus ola, şah yorğun idi çox yarasından
Hüseynin Əkbəri ölmüşdü, qəlbi dağidar idi
Hələ qanı qalırdı, getməmişdi heç Abbasından
Bu şerin Sadiqi yoxdur nəziri şerlər içrə Sənə 
ehsan edib mövləl-məvali öz ətasından
Əmir əl-möminindən şerinə bir Kərbəla istə
Pəsənd etsə verər muzdun Hüseynin Kərbəlasından


41

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin