37
Vəslinə nail olam müştaqəm ey miri-hüda
Gördü Zəhra əşgilə sərşar Kərrarın gözün
Dözmədi gözyaşlı görsün yari-dildarın gözün
Naxoşun qalxıb əli sildi pərəstarın gözün
Səslədi sən ağlama Zəhra sənə qurban ola
Söylədi Heydər həman Kərraram ey xilqətdə şam
Ömərlər öldürmüşəm əda olubdur qəlü-qəm İstəsəydim
hammısın birdə qırardım dəstə cəm
Bu azan olmazdı, amma nə səlat və nə dua
Əmri-Taha səbrimə baisdi, ey əfzun qəmi
Ayrı bir hikmət də var bilməz çoxu bu mübhəmi
Bu sükutum şiəyə xatirdi tutsun aləmi
Vədə vermişdi bizə çün şiəni əvvəl Xuda
Keşməkeş başlandı bildim dinmədim, qəlb dağladım
Sən çağırdın Fizzəni, mən də özümü saxladım
Ta səsin birdən ucaldı, Zeynəbi mən yolladım
Get dedim öyrəş qızım vardır qabaqda Kərbəla
Dostları ilə paylaş: