Beytul-əhzan naləsi


Həzrət Rüqəyyə (s.ə) atasının



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə50/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   46   47   48   49   50   51   52   53   ...   62
beytul-ahzan

Həzrət Rüqəyyə (s.ə) atasının 
intizarında
Gəldi viranə adı qəlblərimiz qan oldu
Morği-ruhim pər açıb bir qıza mehman oldu


189
Gün batan çağı yetişdi üsəra mənzilinə
Gözü düşdü yorulan qızlara geryan oldu
Tanıdı Zeynəbi əvvəldə namaz üstündə
Gördü Zeynəb qocalıb hali pərişan oldu
Hər uşaq balış edib öz qolunu öz başına
Gizlədib ağlamağın naləsi pünhan oldu
Ucadan ağlamağı düşmən edibdir qədəğən
Gecə-gündüz o yerə neçə nigəhban oldu
Üç yaşında bala röyadə görübdür babasın
Aşiqanə yuxusu dillərə dastan oldu
Dedi əmmə bu gecə mən babamı istəyirəm
Ömrümə bu dili şəb müjdeyi-payan oldu
Aşiqin naləsi məşuqi də bədxab elədi
Tərki-sənduq eləyib dilbərə mehman oldu
Yaralı başı təbəqdə götürüb neçə nəfər Necə 
baş! mənzili-viranə çirağan oldu
Təbəqi qoydu nigəhban yerə çıxdı çölə
Örtüyü götürdülər viranədə tufan oldu
Hər kimin düşdü gözü ləblərinə vurdu özün
Ya Hüseyn surəti çıxıb ərşə nümayan oldu


190
Yummamışdı gözünü yarəli baş Şamə kimin
Nizədə naziri-əhvali-əsiran oldu
Örtüyü rədd eləyəndə gözünü yumdu o baş
Zeynəbindən utanırdı gözü giryan oldu
O baş əllərdə dolandı yetişib sahibinə
Öpdü daş yarəsin əvvəldə nəvaxan oldu
Nə qədər sən var idin gövhəri-porqiymət idim
Sən ki, getdin babacan qiymətim ərzan oldu
Aşiqin şəni budur canını məşuqə verə
Görələr dilbər ilə yekdilü-yekca oldu
Çox deyirdim baba qurbanın olum, olmamışam
İndi fürsətdi mənə moqeyi-cübran oldu
Bax mənə can verim aləmdə həmişə deyələr
Babasın gördü bu qız tez ona qurban oldu
Sən demişdin nə qədər vursalar da dinməyəsiz
Mən itaət elədim hər nə ki, fərman oldu
Şimr hey vurdu məni başımı saldım aşağa
Dinmədim zikrim elə ayeyi-Quran oldu
Hər müsibət ki, gəlibdir başıma bir tərəfə
Əmməmi vurdular gördüm ürəyim qan oldu


191
Səni qoy and verim öz ürəyindən keçənə
Bu qəsəm ayrı qəsəmdir mənə bürhan oldu
Səni Zəhra anamın sili dəyən nili üzü
Ki, gecə gördü Əli sinəsi suzan oldu
Qusl edən vəxtə Əlinin o əsən əllərinə
Saxlayanmırdı özün əlləri lərzan oldu
And verirəm o üzə qoydu qoydu Əli divarə
Ucadan ağladı birdən işi əfğan oldu
And verirəm o qola çıxdı kəfən altından
Səni ağuşə alıb həşr nəmayan oldu
Belə qəlbim darıxıbdır məni burdan qurtar
Gecə gündüz bu məkanda ürəyim qan oldu

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin