Beytul-əhzan naləsi


Şam yolu və Fatimənin (s.ə) həzrət



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə47/62
tarix25.10.2022
ölçüsü0,94 Mb.
#118588
1   ...   43   44   45   46   47   48   49   50   ...   62
beytul-ahzan

Şam yolu və Fatimənin (s.ə) həzrət 
Qasimə (s) xitabı
Vurmusan qarə telindən boynuma zəncir əmoğlu
Gözlərində çox gözüm var qıl mənə tədbir əmoğlu
Sən kimi aləmdə hərgiz bir kəmandar ovçu olmaz Hansı 
səyyadın daliyca yol gedər nəxcir əmoğlu
Mən dedim nəşin gələndə çıxmadım pişvazə küsdün
Qaşların çəkmiş o illət üstümə şəmşir əmoğlu
Pərtovi-hüsnü-rüxunda qaşların qövsi-qəzəhdir
Zülfün amma nizədə nilufərə bənzir əmoğlu
Hər yel əsdirdikcə zülfün bir qəmim eylir təcəlla
Göz yaşım qoymur və lakin şərh edəm bir-bir əmoğlu


180
Ver icazə hamısın bir kəlmədə edim xülasə
Nə qız oldum, nə gəlin, yox hacəti-təfsir əmoğlu
Mayiləm ovci-bəqayə pər vuram əfsus neylim
Tayiri-ruhim olubdur zülfünə dərgir əmoğlu
Eşq zəncirində bir güc var onu heçkim qıranmaz
Aşiqi bağlar çəkər hər yana bu zəncir əmoğlu
Axşamın dəyəcək nəsimi ney kimi ruhum sızıldar
Aşiqə xoşdur həmişə naleyi-şəbgir əmoğlu Məhrəmi-
eşqim səfadən mərvə üstə hər veləm var
Naxuni-həsrət sinəmdə eylərəm təqsir əmoğlu
Mən qulağım yarəsindən etmərəm hərgiz gilayə
Xoşdu aşiq yarə xatir olmasın dilgir əmoğlu
Az qalır əşgim məni rüsva edə əğyar içində
Hey edir əsrarimi rüxasarimə təhrir əmoğlu
İstirəm öz dərdimi pünhan edəm qoymur sereşgim Tök 
cəmalə qarə zülfün qıl mənə tədbir əmoğlu
Hər qədəmdə ağlaram mən halimə öz naqəm ağlar
Var qəribin naləsində ayrı bir təsir əmoğlu
Sən mənim göz yaşimə baxma cida üstə pozulma
Söz mənim bəxtimdədir, yox səndə heç təqsir əmoğlu


181
Həzrət Rüqəyyənin (s.ə) naqədən 
yıxılması
(Sinəzəni)
Düşdüm gecənin vəxti əcəb müşgülə Allah
Rəhm eylə mənə gözdən itib qafilə Allah
Saldı məni gözdən necə bir silsilə ya Rəbb
Çox yalvarıram dadıma Əkbər gələ ya Rəbb
Bəs harda qalıb gəlmir o qarə gələ ya Rəbb
Saldı bu fələk ayrılığı yüz ilə Allah
Yusif kimi xoşdur məni qəmlər aparırdı
Bir çahə düşərdim qəmi digər aparardı
Ordan çıxarardı məni Əkbər aparardı
Şamatə çatardı yorulan qafilə Allah
Hicran daşını kaş bu səhradə atardım
Yol yoldaşımın birdə qucağında yatardım Ömrüm 
də qutarsaydi gedib Şamə çatardım
Çün söz verib Şamə babam da gələ Allah
Xoşdur ki, qəmü-həsrəti-canandan ölərdim
Şamə yetişib möhnəti-virandan ölərdim
Ey kaş görərdim babamı ondan ölərdim
Yainki vurardı məni də Hərmələ Allah
Ay çıxdı gecə eyləyə səhrayə təmaşa


182
Çöldə bir uşaq gördü qaçır yekkə və tənha
Başında qara məcəri var hüsnü dilara
Kimdir bu bala çöldə düşüb müşkülə Allah
Qəm haləsi göydə ayın ətrafına gəldi
Baxdı o qıza gördü özündən də gözəldi
Zülfü bələşib toprağa bimislü-məsəldi
Xar üstə qaçır qibliyə sarı çölə Allah
Eyb etmə desəm müxtəsər ay endi aşağa
Yol üstə Allaha görə xırda uşağa
Gördü balaca qızdı qaçır hey sola-sağa
Nagəh yetişib Zəcr, o xunin dilə Allah
Ətrafə bir az qaçdı o qız qəlbi şikəstə
Düşdü nəfəsi təngə oturdu yerə xəstə
Zəcri o zaman qeyzilə gördü başı üstə Qəmçi sağ əlində 
özü bihövsələ Allah
Fori, o bala vəhşətilən durdu yerindən
Qoydu əlini başinə, salam eylədi birdən
Vurma məni “ya şeyx” dedi başladı şivən
Ravi deyir az qaldı o çöldə ölə, Allah
Mən Zəcrə dedim qeyzilə çox kinədə durma
Gəl mehrü-vəfa riştəsini bu gecə qırma
Var xırda qızın Allaha bax bu qızı vurma
Bax surətinə bənzər solmuş gülə Allah


183
Səbr eylə dedi bari çatım qızlara öldür
Babamı görüm qəmçiyə ondan dola öldür
Əmməm nigərandır məni görsün sonra öldür
Çöldə məni dəfn eylədi şayəd hələ Allah

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin