Allahın evinə xidmət göstərmək böyük fəxir və çox bəyənilən bir əməldir. İbrahim (ə)‚ İsmayıl (ə) və Məryəm (s.ə) məscidə xidmət etmək şərəfinə və iftixarına sahib olmuşlar. Peyğəmbərdən (s) rəvayət olunmuş bir hədisdə buyurulur: «Həqiqətən, Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.»
Deməli‚ İslam dininə görə məscidə dəyərli və ləyaqətli şəxslər xidmət etməlidir.
Bir sıra məscidlər daha çox fəzilət və üstünlüklərə malikdir. Məsələn; bütün müsəlmanların qibləsi olan Kəbə‚ Məscidül-həramda yerləşir. Məscidün-nəbi (Peyğəmbərin (s) məscidi), Məscidül-həramdan sonra ən fəzilətli məscid sayılır. Məscidül-əqsa isə Kəbədən öncə müsəlmanların qıbləsi olduğu üçün xüsusi hörmətə sahibdir. Quba‚7 Kufə‚ Səhlə‚ Xəyf‚ Qədir‚ Fəth və Fəzih məscidləri çoxsaylı xeyir və bərəkətlərə malikdir ki‚ bu barədə müxtəlif rəvayətlər mövcuddur.
İslami rəvayətlərin belə məscidlərin fəzilət və üstünlüklərinə təkid etməsi‚ dinimizin peyğəmbərlərin və övliyaların xeyir-bərəkətlərindən bəhrələndiyi bu qədim və tarixi əhəmiyyət daşıyan məscidlərə dəyər verərək‚ müsəlmanları onları lazımınca qiymətləndirməsinə həvəsləndirməsindən xəbər verir.
Şiə və əhli-sünnənin hədis mənbələrinə əsasən, evlərdə təmiz və səliqəli bir məkanın namaz qılmaq üçün ayrılması tövsiyə edilmişdir. Bu hədislərdən belə nəticəyə gəlmək olar ki‚ insan öz evində maddi ehtiyaclarını təmin etmək üçün xüsusi bir məkan ayırdığı halda‚ təbii ki‚ mənəvi ehtiyaclarını təmin etmək üçün də məxsus bir məkanı qərarlaşdırmalıdır.
Əlbəttə‚ dinimizin vacib namazların məsciddə qılınması haqda olan çoxsaylı göstərişlərinə və israrlarına görə‚ evdə qurulan namazxana məscid hökmündə deyil. Bu məkan, yalnız müstəhəbb namazların qılınması üçün daha uyğundur. Necə ki‚ Allahın Rəsulu (s) buyurur: «Ən fəzilətli namazlar‚ vacib namazlar istisna olmaqla‚ insanın öz evində qıldığı namazlardır.»9