İdarə edər onu qutsal, böyük May-Tərə. Belə görünür ki, May-Tərə (Umay) Gök Tenqri dinində Tenqridən sonra ikinci yerdə durmuşdur. Görünür elə bu səbəbdən də onun adı Tonyukuk abidəsinin ll daşının qərb tərəfinin 38-ci sətrində Tanrı ilə qoşa çəkilir:
…Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc. A. V. Anoxinin yazdğına görə, Altay türkləri inanırdılar ki, ən böyük Göy Tanrının xidmətində elçilik vəzifəsini icra edən yardımçı ruhlar (yumuşçilər) var. Şaman özünün göyə meracı zamanı Ülgenin qatına birbaşa yüksəlmək iqtidarnda deyil. Tanrı göy gəzintisində şamana yardımçı olmaq üçün ruhlar (yumuşçilər) göndərir. Bunlar Yayık, Suyla və Qarlıqdır. Bunlardan birincisi insanlar arasında yaşayır, onları pis varlıqlardan qoruyur , Ülgenlə insanlar arasında vasitəçilik edir. Şaman qurbanı Ülgenə yalnız onun müşayiəti ilə aparır.
Bu ruhlardan ikincisi olan at gözlü, qartal şəkilli Suyla insanların qoruyucusu olmaqla yanaşı, insanların nə etdiyini Göy Tanrıya xəbər verir. Sözügedən ruhların üçüncüsü Qarlıqdır. O da göy gəzintisində şamana kömək edir.
Yaradılış dastanının Radlov və Verbitski variantlarında digər yumuşçi (mələk) obrazları da maraq doğurur. Bu baxımdan bəzi epizodlarda yumuşçi, yəni mələk, bəzi məqamlarda isə yalmac, yəni peyğəmbər kimi çıxış edən Mandı-Şirə obrazı xüsusi maraq kəsb edir. O, bir epizodda eynən Həzrət Mikayılın (ə) “Əhdi-Ətiqdə”də, daha dəqiq desək, “Vəhy” kitabında təsvir edilən missiyalarndan birinə uyğun olaraq şeytana qarşı döyüşür: