Sual: 453. Həzrət İsa nazil olduqdan sonra hansı şəriətə əməl edər?
Cavab: Səmərə nəql edir ki, həzrət peyğəmbər buyurmuşdur: “İsa ibn Məryəm Məhəmməd və onun ümmətini təsdiq edən halda nazil olar. Həmin vaxt Dəccalı qətlə yetirər...”3
İbn-Həbban Əbu-Hüreyrədən belə nəql edir: Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Məsih rükudan qalxdığı vaxt “Səmiəllahu limən-həmidəh” deyər...”2
Sual: 454. Ümumdünya tövhid hökumətinin rəhbəri kimdir?
Cavab: Bu hökumətin rəhbəri ilə bağlı üç ehtimal var: rəhbər İsa ibn Məryəmdir; rəhbər İslamdan olan Məsihdir; rəhbər imam Əsgərinin (ə) övladı həzrət Mehdidir (ə).
Birinci ehtimalı irəli sürənlər kitablardakı “Məsih” sözünün həzrət İsaya aid olduğunu bildirirlər. Hansı ki, Məsih ümumişlək bir ləqəbdir və onun məhz İsaya aid olmasını sübuta yetirən yetərli dəlillər yoxdur.
Ümumdünya tövhid hökumətinin İslamdan olan Məsih tərəfindən idarə olunacağı barədə də mötəbər məlumat yoxdur.
Üçüncü ehtimalla bağlı bir neçə dəlil göstərmək olar:
1. İmam Mehdi (ə) İslam Peyğəmbəri (s) tərəfindən belə bir hökumətə varis seçilmişdir;
2. Rəvayətlərdə bildirilir ki, həzrət İsa müsəlmanlara imamlıqdan imtina edər və imam Mehdini (ə) imam kimi tanıtdırar;
3. Ümumdünya tövhid hökumətinin rəhbərinin İslam ümmətindən olması hikmətə əsaslanır;
4. İncildə göstərilir ki, həzrət İsa “insan övladı” adlı bir şəxsin köməyi ilə səmadan enib, onun yardımı ilə bu hökuməti quracaq.
Sual: 455. Həzrət İsa nazil olduqdan sonra nə qədər yaşayacaq?
Cavab: Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Məsih yer üzündə qırx il qalacaq, vəfatından sonra müsəlmanlar onun üçün namaz qılacaq.”3
2. Abdullah ibn Ömər nəql edir ki, peyğəmbər buyurmuşdur: “İsa ibn Məryəm yerə enər, izdivac edər və övlad sahibi olar.”4
Dostları ilə paylaş: |