BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə39/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

AYƏ 123:


﴿ وَكَذَلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجَرِمِيهَا لِيَمْكُرُواْ فِيهَا وَمَا يَمْكُرُونَ إِلاَّ بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴾

TƏRCÜMƏ:


«Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən ( camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər (bunu) dərk etmirlər.»

TƏFSİR:


Bu ayədə azğın küfr rəhbərləri və fəsad başçılarının vəziyyətinə işarə edilir və buyurulur: Hər bir şəhərdə və abadlıqda günah yolunu tutaraq məkr, hiylə və fırıldaqla camaatı düz yoldan azdıran böyüklər qərar verdik. Onlar çoxlu günaha batmaq və itaətsizlik etmək nəticəsində haqq yolunun quldurları sayılır, Allah bəndələrini haqq yolundan azdırırlar. Ayənin axırında buyurulur ki, onlar özlərindən başqa heç kəsə məkr işlətmirlər. Lakin bu həqiqəti dərk etmirlər.

Bu ayədən məlum olur ki, bütün cəmiyyətlərin düçar olduqları fəsad, eybəcərlik və bədbəxtliklərin mənşəyi həmin cəmiyyətin böyükləri, başçılarıdır. Onlar müxtəlif növ hiylələrlə adi insanların Allah yoluna gəlməsinin qarşısını alır, haqqın simasını tamamilə başqa cür cilvələndirir və Allahın yolunu dəyişmək istəyirlər.


AYƏ 124:


﴿وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ اللّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُواْ يَمْكُرُونَ﴾

TƏRCÜMƏ:


«Onlara (Qüreyş kafirlərinə) bir ayə möcüzə gələn zamanAllahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab möcüzə) bizə verilməyincə əsla iman gətirmərik!” deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq şiddətli əzab yetişəcəkdir

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Nəql olunanlara görə bu ayə Vəlid ibn Müğeyrənin barəsində nazil olmuşdur (o, bütpərəstlərin məşhur adamlarından idi. Başqa sözlə desək, onların «düşünən beyni» sayılırdı). O, Peyğəmbərə (s) deyirdi: “Əgər nübüvvət haqdırsa, bu məqama keçməyə mən daha artıq ləyaqətliyəm. Çünki həm yaşım səndən artıqdır, həm də mal-dövlətim!”

TƏFSİR:

PEYĞƏMBƏR YALNIZ ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR.


Bu ayə dolğun bir məna ilə bu kimi batil rəhbərlərin və günahkar qəbilə başçılarının məzhəkəçi iddialarını və puç təfəkkür tərzini belə çatdırır: Onların hidayəti üçün Allah tərəfindən bir ayə göndərilən zaman onlar dedilər: “Biz heç vaxt iman gətirməyəcəyik. Yalnız o vaxt iman gətirərik ki, Allahın seçilmiş bəndələrinə əta olunan ayə və məqamlar bizə də əta olunsun.” Quran onlara aydın şəkildə cavab verərək buyurur: Siz Allaha heç bir şey öyrətməyin! Allah hansı peyğəmbəri göndərəcəyini, kimin arasından seçəcəyini və Öz risalətini kimin ixtiyarında qoyacağını daha yaxşı bilir.

Aydındır ki, Allah tərəfindən olan peyğəmbərlik məqamı nə mal-dövlətə və yaşa bağlıdır, nə də qəbilə və tayfa arasındakı nüfuza. Əksinə, onun ilkin şərti hər şeydən əvvəl ruhi hazırlıq, batinin paklığı, əsl insani səciyyələr, yüksək təfəkkür, güclü düşüncə və nəhayət ismət mərhələsində olan son dərəcə pərhizkarlıq və təqvadır. Bu kimi səciyyələrin, xüsusilə ismət məqamına hazırlıq sifətini Allahdan başqa heç kəs ayırd edə bilmir. Qeyd olunan şərtlərlə onların dediyi şərtlər arasındakı yerlə göy qədər fərq vardır.

Peyğəmbərdən (s) sonrakı haqq canişin də vəhy və şəriət gətirməkdən başqa Peyğəmbərdəki (s) bütün bu sifət və proqramlara malik olmalıdır. Yəni o, həm şəriətin qoruyucusu, həm də ilahi qanun və ideologiyanın keşikçisi, insanların həm maddi, həm də mənəvi rəhbəridir. Buna görə, elə o da ismət məqamına malik olmalı, günah və xətalardan uzaq olmalıdır ki, öz ilahi vəzifəsini yerinə yetirərkən lazımi nəticə əldə edə bilsin. Həmçinin ülgü götürüləcək bir nümunə, itaət olunacaq bir rəhbər ola bilsin.

Həmin səbəbə görə də o, camaatın nəzəri, yaxud şura təşkil edilməsi ilə deyil, yalnız Allah tərəfindən seçilməli idi. Bu məqamın hansı yerdə qərar verilməsini xalq yox, Allah daha yaxşı bilir.

Ayənin axırında bu cür batil, iddiaçı və günahkar rəhbərləri gözləyən acınacaqlı tale barəsində belə buyurulur: Tezliklə bu günahkarları, camaatı yoldan azdırdıqları üçün işlətdikləri məkrli tədbir və hiylələrə görə, Allah dərgahında şiddətli həqarətə və əzaba düçar edəcəyik.

Özünü bəyənən bu kimi adamlar öz yaramaz işləri və çirkin əməlləri ilə böyüklüklərini və cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq istəyirdilər. Lakin Allah onları o qədər təhqir edir ki, özlərini ən dərdli işgəncələrdə hiss etsinlər.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin