BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə36/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

AYƏ 113:


﴿ وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ ﴾

TƏRCÜMƏ:


«(İns cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər (həm ) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar

TƏFSİR:


Bu ayədə şeytanların aldadıcı təbliğat və təlqinlərinin nəticəsi belə bəyan olunur: Onların işlərinin nəticəsi belə olacaqdır ki, imansız şəxslər–Qiyamətə imanı olmayanlar onların sözlərinə qulaq asacaq, qəlbləri də onlara meyl edəcəkdir. Sonra buyurulur: Bu meyletmənin nəticəsi şeytani proqramlara kamil surətdə razılıqdan ibarət olacaqdır.

Onların hamısının axırı çirkin əməllərə, günahlara və yaramaz işlərə mürtəkib olmaqdan ibarətdir ki, istədikləri hər günahı yerinə yetirsinlər.


AYƏ 114:


﴿أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ﴾

TƏRCÜMƏ:


«(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq doğru olaraq ( ali ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə əsla şəkk edənlərdən olma

TƏFSİR:


Bu ayə həqiqətdə əvvəlki ayələrin nəticəsidir. Belə ki, buyurulur: Tövhidlə əlaqədar məsələlər barəsində mövcud olan bu qədər aşkar dəlillərlə belə, kimin hakimliyi qəbul edilməlidir? Allahdan başqasını hakimlik üçün qəbul etməliyikmi? Halbuki, insanın tərbiyəvi zəminlərdə olan bütün ehtiyaclarını əhatə edən, haqq və batil arasında fərq qoyan, nuru zülmətdən, küfrü imandan ayıran bu asimani kitab sizə nazil edilmişdir.

Sonra buyurulur: Nəinki sən və müsəlmanlar bu kitabın Allah tərəfindən nazil olmasını bilirsiniz, üstəlik kitab əhli (yəhudilər və məsihilər) də bu səmavi kitabın əlamət və nişanələrini öz kitablarında görmüşlər və Onun Pərvərdigar tərəfindən haqq olaraq nazil olmasını bilirlər. Deməli, bunda heç bir şəkk-şübhəyə, tərəddüdə yol yoxdur və sən, ey Peyğəmbər, heç vaxt tərəddüd və şəkk edənlərdən olma.


AYƏ 115:


﴿ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾

TƏRCÜMƏ:


«Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı şəriəti mənasında) düzgünlük (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən bilən!

TƏFSİR:


Bu ayədə buyurulur: Sənin Pərvərdigarının kəlamı doğruçuluq və ədalət baxımından təkmil olmuşdur. Onun kəlamını dəyişdirməyə heç kəsin qüdrəti çatmaz və O, eşidən və biləndir. Əvvəlki ayələrdə Quran barəsində söhbət olunduğuna görə bu ayədə də «kəlmə» dedikdə məqsəd Qurandır. Həqiqətdə buyurulur ki, Quran barəsində qətiyyən şəkk-şübhəyə yer yoxdur. Çünki hər bir nəzərdən kamil və eyibsizdir. Onun tarix və xəbərləri tamamilə doğru, hökm və qanunları eynilə ədalətdən ibarətdir.

Bəzi müfəssirlər bu ayəyə istinadən Quranda təhrifin baş verməsinin qeyri-mümkünlüyünü isbat etmişlər, çünki «la mubəddilə likəlimatih» cümləsi göstərir ki, onda dəyişiklik etməyə heç kəs qadir deyil. İstər söz, istər xəbər, istərsə hökm baxımından Quranda dəyişiklik edilə bilməz. Bu səmavi kitab da dünyanın axırına qədər insanların yolgöstərəni olmalı, xainlərin təhriflərindən amanda qalmalıdır.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin