Bu ayədə müşriklərin iddialarını batil etmək üçün digər bir dəlil gətirilir və buyurulur: De: Allah-təala tövhid və Özünün yeganəliyi, eləcə də halal-haram hökmlər barəsində Özünün yetərli və aşkar dəlilini gətirmişdir – həm Özünün peyğəmbərləri vasitəsilə, həm də əql yolu ilə. Belə ki, heç kəs üçün azacıq belə, bəhanəyə yer qalmamışdır.
Deməli, onlar heç vaxt iddia edib deyə bilməzlər ki, Allah Özünün sakit qalmağı ilə onların yaramaz əməl və əqidələrini təsdiqləmişdir. Əməllərində məcbur olmalarını da iddia edə bilməzlər. Çünki əgər məcbur olsaydılar, dəlil gətirmək, peyğəmbərlər göndərmək, onların vasitəsi ilə dəvət və təbliğ etmək əbəs bir iş olardı. Dəlil gətirilməsi də iradə azadlığını göstərir.
Ayənin axırında buyurulur: Əgər Allah istəsəydi, sizin hamınızı məcburi şəkildə hidayət edərdi, hamınız iman gətirərdiniz. Lakin belə bir imanın, həmçinin belə iman sayəsində yerinə yetirilən əməllərin heç bir dəyəri yoxdur. Əksinə, insanın təkamül və fəziləti bununladır ki, o, hidayət və təqva yolunu öz əqli əsasında, iradə və ixtiyarı ilə seçmiş və ötmüş olsun.
İmam Musa Kazimin (ə) belə buyurduğu nəql olunur: «Allahıninsanlaraikinövhöccətivardır: Aşkarhöccətivəgizlihöccəti. Aşkarhöccətipeyğəmbərlər, rəsullarvəimamlardır. Batinivəgizlihöccətiisəəqlvəfikirdir (təfəkkürdür).»
«De: “Allahınbunlarıharametməsinəşəhadətverənşahidlərinizigətirin.” Beləliklə, əgərşəhadətversələr, sənonlarlabirgəşəhadətverməvəBizimayələrimizitəkzibedənlərin, axirətgününəimanıolmayanlarınvəRəbblərinəşərikqoşanlarınnəfsiistəklərinətabeolma.»
TƏFSİR:
Bu ayədə onların sözlərinin batilliyinin aşkar edilməsi, eləcə də düzgün mühakimə prinsiplərinə riayət olunması üçün dəvət olunur ki, mötəbər şahidləri olduğu təqdirdə gətirsinlər və isbat etsinlər ki, Allah bəzi heyvanları və əkin məhsullarını qadağan etmişdir. Buna görə də buyurulur: Ey Peyğəmbər! Onlara de: «Bunların haram edilməsinə dair şahidiniz varsa, gətirin.» Sonra əlavə edilir: Əgər onlar mötəbər dəlil tapa bilməsələr (şübhəsiz də tapa bilməyəcəklər) və yalnız öz iddia və şahidlərinə qənaətlənsələr sən heç vaxt onlara uyma, onların iddia və şəhadətlərinə uyğun şəhadət vermə.
Mövcud əlamətlər göstərir ki, bu saxta hökmlər sırf şəkildə kor-koranə təqlidçilikdən və həvayi-nəfsə itaətdən irəli gəlir. Çünki ilahi peyğəmbərlərdən və səmavi kitablardan bu kimi şeylərin haram olunmasına dair heç bir mötəbər sənəd gəlməmişdir. Buna görə də sonrakı cümlədə buyurulur: Bizim ayələrimizi təkzib edən, axirətə iman gətirməyən və Allah üçün şərik qoşan şəxslərin həvayi-nəfslərinə tabe olma. Yəni onların bütpərəstlikləri, Qiyaməti inkar etmələri, xurafatçılıqları və həvayi-nəfsə itaət etmələri bu hökmlərin də saxta olmasını, həmçinin bu kimi şeylərin haram edilməsi ilə əlaqədar iddialarının əsassız və dəyərsiz olduğunu göstərir.