BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə6/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   ...   53

AYƏ 17:


﴿ وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدُيرٌ ﴾

TƏRCÜMƏ:


«Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir

TƏFSİR:


Ümidlər yalnız Allahdır, qorxu da yalnız Allahdan olmalıdır. Çünki bütün işlərin mənşəyi eynidir. Xeyrin bir, şərin isə digər bir mənbədən qaynaqlandığına inanmaq yanlış fikirdir. İlahi qanunlarda heç bir istisna yoxdur. Peyğəmbəri-Əkrəm (s) də acılı-şirinli hadisələrlə qarşılaşdıqda Allaha təvəssül etməlidir.

AYƏ 18:


﴿ وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ ﴾

TƏRCÜMƏ:


«Odur bəndələri üzərində hakim qalib Odur (bəndələrin işlərinin idarəsində) hikmətli (onların zahir batinlərindən) xəbərdar!»

TƏFSİR:


14-cü ayədə Allahın xaliqiyyət və ruzi verməsi, 15-ci ayədə ilahi qəhr və Qiyamət məsələsi, 16-cı ayədə ilahi rəhmət sayəsində nicat və qurtuluş, 17-ci ayədə çətinliklərin həll olunması və xeyir işlərə çatmaq, 18-ci ayədə isə Allahın mütləq və qeyri-məhdud qüdrətindən söz açılır.

Əgər insanların cəhalət, təfriqə və zəifliyinə görə bəziləri müəyyən müddətdə başqalarına hakim olsa belə, Allahın qahiriyyət qüvvəsi bu büsatların hamısını məhv edər. O Öz qüdrət və qəhharlığından elm və hikmət çərçivəsində istifadə edir. Buna görə də buyurulur: «Ey Peyğəmbər, camaatdan əsla qorxma. Çünki Allahın qüdrəti onların qüdrətinin fövqündədir.»


AYƏ 19:


﴿قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادةً قُلِ اللّهِ شَهِيدٌ بِيْنِي وَبَيْنَكُمْ وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللّهِ آلِهَةً أُخْرَى قُل لاَّ أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ﴾

TƏRCÜMƏ:


«(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: “Şahidlik baxımından daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda şahiddir bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi (həm bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?” De: “Mən şəhadət vermirəm.” De: “Həqiqətən O, tək olan Allahdır şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.”»

TƏFSİR:


Məkkə müşrikləri Peyğəmbərdən (s) onun risaləti barədə daim dəlil-sübut və şahid tələb edir, o Həzrətin (s) nübüvvətini qəbul etməyərək deyirdilər: «Hətta yəhudilər və məsihilər də səni peyğəmbər hesab etmirlər!»

Bu ayə Allahın yetirəcəyi nüsrət və qələbədən ilham alan bir fəzada və İslamın qüvvəli olduğu dövrdə parlaq və ümidverici bir gələcəkdən xəbər verib şirkə qarşı nifrət hissi oyadır. Qısa bir sətirdən ibarət olan bu cümlədə üç dəfə tövhid və şirkə nifrət məsələsi irəli çəkilmişdir.

Quran sair möcüzələri göstərmək, qeybi yardımlar etmək və müşriklərin məkrli tədbirlərini zərərsizləşdirməkdən əlavə Peyğəmbərin (s) risalətinin haqq olmasına ən böyük şahiddir.

Həzrət Məhəmmədin (s) bu risaləti ümumdünya səviyyəli və əbədi, eləcə də bütün nəsillərdə və əsrlərdə olan insanlar üçündür.

Əlbəttə, həmişəlik olan qorxutma (inzar), həmişə mövcud olan qorxudan şəxslə (münzir) yanaşı olmalıdır. Deməli, ilahi rəhbərlik və imamət də daim Quranla yanaşı olmalıdır.8


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin