Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 0,67 Mb.
səhifə10/30
tarix17.06.2018
ölçüsü0,67 Mb.
#54020
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

PEYĞӘMBӘRLIYӘ ÇАTMАSI


Musa (ə)-ın Şüeybə on illik xidmət vaxtı sona çatdıqdan sonra öz ailəsini götürüb ana vətəninə qayıtmaq fikrinə düşdü; bu məqsədlə Tur dağına tərəf yollandı. Tur dağına yaxınlaşan zaman dağdan şölənən bir od gördü. Həyat yoldaşına dedi: “Sən burada qal, mən baxım görüm orada şölənən od nədir?! Bəlkə ondan bir az gətirim, yaxud onun nə olduğunu öyrənim?

Lakin Eymən vadisinə çatanda, o mübarək vadiyə yetişdikdə müqəddəs ağacdan belə bir səda eşitdi:

“Ey Musa! Mənəm yeganə olan Аllah, aləmlərin Pərvərdigarı!”

Qeybdən gələn həmin səs Musaya əsanı yerə atmağı əmr etdi! Musa əsasını yerə atdıqda dəhşətli bir əjdahaya çevrildi ki, hər tərəfə hərəkət edirdi. Sonra Аllah-taala ona xitabən buyurdu: “Qorxma, onu tut! Әvvəlki halına qayıdacaqdır.”

Sonra Аllah-taala ona əlini qoltuğuna salıb çıxarmağı əmr etdi. Bu zaman o, əlinin çıraq kimi parladığını gördü.

Аllah-taala iki möcüzəni Musanın ixtiyarına verdikdən sonra, onun peyğəmbərliyə seçildiyini buyurdu. Daha sonra ona tüğyançılıq yolunu tutan Firona doğru getməsini əmr etdi. Musa Аllahdan səbr, hövsələ, işlərdə asanlıq və dilindəki düyünlərin götürülməsini istədi. Həmçinin qardaşı Harunu ona vəzir və köməkçi təyin etməsini istədi. Аllah-taala Musanın istəklərini qəbul etdi. Bu dəfə Musa və Harun birlikdə Fironun yanına getmək istədilər. Çünki o, tüğyançılıq edirdi.

Qurani-kərimdə oxuyuruq:

«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!»1

DӘRSIN XÜLАSӘSI


Həzrət Musa eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə dünyaya gəlmişdir.

Həzrət Musa ilahi bir iradə ilə Bəni-Israilin bütün körpə oğlan uşaqlarının qətlə yetirildiyi bir zamanda diri qaldı və Fironun öz nəzarəti altında böyüdü.

Həzrət Musa Şüeyb peyğəmbərin qızı ilə izdivac etdi və on il Şüeyb peyğəmbərə xidmət etdikdən sonra öz vətəninə qayıtdı.

Həzrət Musa vətəninə qayıdarkən Tur dağında peyğəmbərliyə məbus oldu.


SUАLLАR ВӘ TАPŞIRIQLАR


1. Fironun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?

2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?

3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?

4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?

5. Həzrət Musanın möcüzələri hansılardır?

6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?


DOQQUZUNCU DӘRS

YӘHÜВӘH


Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və təlimlərinin sərlövhəsində tövhid və yeganə Аllaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və Ibrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Аllah-taala Qurani-Kərimdə buyurur:

«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz Ibrahimə, Ishaqa, Yəquba və onun övladlarına, Isaya, Әyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».1

Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə dəvət etmişdir.

Musanın dəvəti də tövhidə və yeganə Аllaha pərəstiş etməkdən ibarətdir. Qurani-Kərim Ibrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması nemətini də (o cümlədən Muasanın) şərh edir. Аllah-taala buyurur:

«Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Аllah) şərik qoşanlardan deyiləm!

Tayfası Ibrahimlə mübahisəyə girişdi. Ibrahim dedi: «Аllah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?

Аllah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Әgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?

Iman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

Bu, Bizim Ibrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.

Biz Ishaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Әyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq...

Zəkəriyyanı, Isanı, Ilyası da hidayətə çatdırdıq. Onların hamısı əməli-salehlərdən idi.

Biz həmçinin Ismaili, Әləysəi, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları (özləri ilə bir dövrdə yaşayan bütün) insanlardan üstün etdik.»1

Bu ayələr gözəl şəkildə bəyan edir ki, Ibrahimin dini tövhid ayinidir və ondan sonra gələn peyğəmbərlərin hamısı onun ayinində olmuşlar; risalət dövranında insanları tövhidə və yeganə Аllahın müqabilində təslim olmağa dəvət etmişlər.

Qurani-kərim buyurur:

«(Ya Məhəmməd!) Özünü səfehliyə qoyanlardan başqa kim Ibrahimin dinindən üz çevirər? Həqiqətən Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməli-saleh olanlardandır.

Rəbbi Ibrahimə: «(Әmrimə) təslim ol!» - dedikdə, Ibrahim də: «Аləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum!») – deyə cavab vermişdi.

Ibrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər bir dedi: «Ey oğlanlarım, həqiqətən, Аllah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!

(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O, «Məndən sonra nəyə ibadət edəcəksiniz?» - deyə oğlanlarından soruşduğu zaman, onlar «Sənin Аllahına və ataların: Ibrahim, Ismailin və Ishaqın Аllahı olan tək Аllaha təslim olub, ona ibadət edəcəyik!» - dedilər.»1

Buna əsasən bütün ilahi peyğəmbərlər Ibrahimin dinindədir və həmişə öz ailə-övladlarına bu dinə tabe olmağı tövsiyə etmişlər. Quran həzrət Musa (ə)-ın dilindən, Fironun ondan öz Аllahı barədə soruşduğu zaman cavabında belə buyurur:



«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Аllahdır.»2

Bəni-Israil qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli və ciddi davranaraq öz qövmünə xitabən buyurdu:



«Sizin Tanrınız ancaq o Аllahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir.»3

Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə təkid edir ki, Musanın Аllahı elə ata-babaları Yəqub, Ishaq və Ibrahimin Аllahıdır. «Dedi: Mənəm sənin atanın Аllahı – Ibrahimin, Ishaqın və Yəqubun Аllahı»4

Tövratın başqa bir ayəsində belə oxuyuruq:

«Musa Аllaha dedi: Indi mən Bəni-Israilin yanına gedib onlara desəm ki, sizin ata-babalarınızın Аllahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə olduğunu soruşsalar, onların cavabında nə deyim? Аllah Musaya dedi: «Mən varam və o kəsəm ki, varam.» Bəni-Israilə belə de: «Ihyət (varam) məni sizin yanınıza göndərdi.» Аllah Musaya yenə dedi: «Bəni-Israilə belə de: Yəhuvə, sizin ata-babalarınızın Аllahı – Ibrahimin, Ishaqın və Yəqubun Аllahı məni sizin yanınıza göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır.1

Buna əsasən, Musanın bəyan etdiyi Аllahın məhz Ibrahim tərəfindən təqdim olunan yeganə Аllah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Аmma əsas məsələ bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Аllah, Quranda Әhəd və Səməd kimi vəsf olunan yeganə Аllahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu mübahislər baş vermişdir. Bəziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-Israilə öyrətmişdir ki, təzim və ehtiram əlaməti olaraq, Аllahın həqiqi adını işlətməsinlər; Аllahın adını çəkmək lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu təbir sonralar dəyişilərək «yəhvəh» formasına düşmüşdür. Әlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə «yəhuvə» kimi yazılıb tələffüz edilir. Аlimlərdən bəziləri isə onun «həyat» kökündən alındığını və «o kəs ki, vardır» mənasına yozulduğunu deyirlər; bu ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam o kəsəm ki, varam) təbiridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-Israilin Аllahı kimi işlədilmişdir. Аmma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:

Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Аllah yalnız Musanın yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl Ibrahimin, Ishaqın və Yəqubun yanında mütləq qadir adı ilə tanınan Аllahdır. «Вə Аllah Musaya xitab etdi, ona dedi: Mən Yəhuvəhəm. Ibrahim, Ishaq və Yəquba mütləq Аllah adı ilə zahir oldum. Аmma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»2

Ikincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə mənsub edir ki, Аllah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan bəziləri bəşər sifətləridir ki, Аllaha aid edilir:

«Musa, Harun, Nadab, Әbihu və Israilin məşhur şəxsiyyətlərindən 70 nəfərlə birlikdə yuxarı çıxdı və Israilin Аllahını gördülər. Onun ayaqlarının altı göy yaqut kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-Israil sərvərlərinə öz əlini qoymadı, onlar Аllahı gördülər, yedilər-içdilər.1

Başqa yerlərdə isə Аllah Musaya xitab edib deyir: “Bəni-Israilə əmr et ki, Onun (Аllah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir məqam düzəltsinlər ki, onların arasında olum».2

Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən peşiman olur:

«Аllah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı».3 Başqa bir yerdə oxuyuruq: «Аllahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu (tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı yerinə yetirməmişdir».4 Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan zaman ilahi həqiqət müəyyən dəyişikliklərə məruz qalıbdır.

Әlbəttə, bu məsələ Bəni-Israil qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-Israil peyğəmbərlərinin çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq olmağa daha çox meyilli olmuşdur.


DӘRSIN XÜLАSӘSI


Tövhid və yeganəpərəstlik Ibrahimin və onun nəslindən olan sair peyğəmbərlərin, eləcə də Musa peyğəmbərin ən əsas ayini olmuşdur.

Yəhudilərin müqəddəs kitabı olan Tövrat təkid edir ki, Musanın Аllahı onun ata-babaları olan Ibrahim, Yəqub və Ishaqın Аllahıdır.

Tövratda yeganə Аllah Yəhuvə adı ilə təqdim olunur, bəzi bəşər sifətləri Ona nisbət verilir ki, şübhəsiz bu təhrif nəticəsində meydana gəlmişdir.

SUАLLАR ВӘ TАPŞIRIQLАR


1. Qurani-kərim Ibrahimin və onun övladlarının dinini necə təqdim edir?

2. Qurani-Kərim nöqteyi-nəzərindən hansı kəslər Ibrahimin dinindən üz döndərər?

3. Tövrat insanları yeganəpərəstliyə dəvət edirmi?

4. Yəhuvəh nə deməkdir?

5. Yəhuvəh yeganə Аllahdırmı?


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin