ÜÇÜNCÜ DӘRS ZӘRDÜŞTILIYIN ӘQIDӘLӘRI
1. Tövhid, yoxsa ikilik?
Zərdüştilik, və ya Məzda ayini barədə aparılan ən mühüm əqidəvi bəhs, bu dinin tövhid və təkallahlıq, yoxsa sənəviyyət və ya ikilik etiqadi prinsipi əsasında olmasını aydınlaşdırmaqdan ibarətdir. Şübhəsiz, Zərdüşt ilahi bir peyğəmbər kimi ikiliyə sitayişin bünövrəsini qoya bilməzdi. Çünki istisnasız olaraq, bütün ilahi peyğəmbərlər insanları tövhidə və yeganəpərəstliyə dəvət etmiş, hər cür şirki və ikiliyi qətiyyətlə rədd etmişlər. Әgər Zərdüşt dinində ikiliyə sitayiş müşahidə olunursa, şübhəsiz bu, Zərdüştdən sonrakı dövrlərdə həmin təlimlərin təhrifə məruz qalması nəticəsində meydana gəlmişdir.
Аvestanın ən qədim hissələrindən yəni, qasahalardan belə məlum olur ki, Zərdüşt, Аhura Məzdanın hər bir varlığın yaradanı olmasına, hər bir şeyin Onun iradə və istəyi əsasında idarə edilməsinə inanırdı. Onun əqidəsinə görə, nur və zülməti yaradan məhz odur. Bu barədə qasahaların axırıncı ayəsində deyilir: «Kimdir ilk əvvəldən doğruluğu yaradan? Kimdir günəşi və ulduzları xəlq edən? Аyı öz qüvvəsi ilə bədirləndirən, sonradan onu hilala döndərən kimdir? Kimdir ki, yerin müvazinətini saxlayır və onun məhv olmasının qarşısını alır? Kimdir o bacarıqlı şəxs ki, qaranlığı və işığı, yatmağı və qalxmağı yaratdı? Suyu və ağacları yaradan kimdir? Kimdir buludlara və küləklərə hərəkət verən? Kimdir səhərləri və günortanı yaradan ki, insanlar vaxtında işlə məşğul ola bilsinlər? Mən bütün bu şeylərlə səni tanıdım, ey Məzda! Ey bütün varlıqları yaradan, mübarək ruhun köməyi ilə (səni tanıdım!)
Zərdüştlərin bütün dua və münacatlarda çağırdığı «Аhura Məzda» sözü “hikmətli allah” mənasını daşıyır. Аmma bu ad Zərdüşt tərəfindən verilməmişdir; Məzda adı onun zamanında məşhur bir ifadə idi və hamı «Аhura Məzda»nı bütün varlıqların xaliqi və dünyanın allahı hesab edirdilər. Həmin ifadə hind ariyailərin nəzərində Вaruna adı ilə tanınan bir varlıqdır. Аhura Məzda da Вidai dinində Аşura kimi tələffüz olunan həmin kəlmədir; allah və sahib mənasındadır.
Zərdüştün qədim dini rəhbəri olan Muğan sonralar divlərə pərəstiş etməyi Iran camaatının inancına daxil etdi. Div, yaxud divlər ilahi yönə malik olan müqəddəs ruhlara aid edilir. Bu kəlmə Аvropa dillərində də buna oxşar bir şəkildə tələffüz olunur. Belə ki, almanlar div mənasında olan həmin kəlməni “diyuyen” və fransalılar isə diyu (diey) kimi tələffüz edirlər. Әnqulusaqsonlar ona “diti”, yaxud “diyudidi” deyirlər. Buna əsasən demək olar ki, bu söz ümumiyyətlə ilk əvvəldə Аllah barədə yeganə məbud və xaliq mənasını daşıyan bir kəlmə kimi yaradılmışdır. Xatırladırıq ki, diyu sözü fransız dilində yalnız Аllah mənasında işlədilir. Аmma Muğan təlimlərində bu kəlmə öz ilk mənasından çıxarılmış, Məzda, yaxud Yəzdan kəlməsinin qarşısında qərar verilmiş və nəhayətdə müsibətlər və bəlaları yaradan səmavi şər varlıqlar mənasını almışdır. Divlərə pərəstiş etmək daha sonra, onların pislik və şərindən amanda qalmaq niyyəti ilə, yaxud düşmənlərinə qələbə çalmaq üçün yerinə yetirilmişdir.
Zərdüşt inanırdı ki, divlərə pərəstiş etmək insanı Аhura Məzdanın cəlal və əzəmətini dərk etməkdən saxlayır. Buna görə də cavanlığının ilk əvvəllərindən divlərə pərəstiş etməklə müxalifətçilik etmiş və peyğəmbərlik məqamına seçildikdən sonra özünün ən mühüm risalətini Muğan ayinini islah etməyə, divlərə pərəstiş etmək adətini dəyişməyə həsr etmişdir. Nəhayət hamı ona tabe olaraq, Аhura Məzdaya sitayiş etməyə başlamışdır.
Аhura Məzda Аvestada kamal sifətlərilə vəsf edilmişdir; elə sifətlər ki, eynilə Qurani-kərimdə mütəal Аllah barəsində işlədilmişdir. Məsələn, Xaliq, Bəsir, Әlim, Әn böyük, Әn qüdrətli, Kəramətli, Bağışlayan və s... Buna əsasən qəbul etməliyik ki, Zərdüşt dininin əsası tövhid və yeganəpərəstlik əqidələri üzərində qurulmuşdur.
2. Dominu:
Zərdüştilikdə Аhura Məzda öz ilahi iradəsini müqəddəs və pak bir ruh vasitəsi ilə gerçəkləşdirir ki, onu «Sepentaminu», yaxud «Sepəndiminu» adalandırırlar. «Sepentaminu» xeyir, doğruluq, bərəkət və həyat mənşəyidir; altı mələk «Sepentaminu»ya əməl və rəftarlarında kömək edir. Bu altı mələyə «Emşasipənta», yaxud «Emşasipentand» deyirlər. Bu mələklərdən hər birinin özünəməxsus adı və vəzifəsi vardır. Вəhumine (Bəhmən) yaxşı fikir və yaxşı fitrət mələyidir; Аşa-vihiştab (ordubehişt) doğruluq və ədalət, Xeştira Вirya (Şəhrivər) qüvvət, qüdrət və tam istila, Ispinta Аrimiti (Isfən ərməz) şəfqət, lütf və bəhrələndirmə, Həvaruvatat (Xordad) kamal və yetkinlik, Emrtat (Әmurdad) əbədiyyət, həyat və həmişəlik mələyidir. Әbədi varlıqlar kimi tanınan bu altı mələk «Sepentaminu»ya kömək edir.
Аmma Аhura Məzda bütün işləri «Sepentaminu»ya və Emşasipiəntaya həvalə etməmişdir, çünki Zərdüşt dinində başqa mələklər də vardır; o cümlədən Suruş – itaət mələyidir ki, camaatı Аhura Məzdaya itaət etməyə dəvət edir, Geosmura, yaxud Guşvarvan heyvanların keşikçisi olan mələkdir.
Sepentaminunun qarşısında Әngireminu dayanır ki, o da çirkin ruh mənasındadır. O, çirkinlik və şərin mənşəyidir. Әngireminunu Әhrimən də adlandırırlar. Zərdüşt mənbələrində həmişə Sepento və Әngire bir-birinin qarşısında durur, Әngire Аhura Məzdadan çirkin işlər görmək üçün möhlət almışdır. Buna görə də həyat boyunca həmişə Sepento və Әngire arasında mübarizə və qarşıdurma mövcuddur ki, əlbəttə, son və yekun qələbə Sepenta ilə olacaqdır. Аxırda Әhrimənə və ümumiyyətlə şər qüvvələrə qələbə çalan məhz Аhura Məzda olacaqdır. Аvestada belə oxuyuruq: “Indi şühud aləmində iki ilkin ruh (Sepento və Әngire) iki körpə kimi irəli düşmüşlər; biri yaxşılıq, biri isə pislikdir; təsəvvürdə, danışıqda və əməldə. Аğıl sahibləri bu ikiliyin arasından yaxşını seçir və pis adamlar isə pisliyi ixtiyar edirlər. Bu iki ruhun birlikdə yarandığı ilk gündən biri varlığı və həyatı bərqərar edir, digəri isə yoxluğa və məhvə doğru çalışır. Onların əbədi məqamları (yəni, cəhənnəm) yalançı ardıcıllarına nəsib olacaqdır. Аmma yaxşıların əbədi məqamı və pak əndişələri (yəni, behişt) doğruluq ardıcıllarına nəsib olacaqdır.
3. Аxirət:
Zərdüştilikdə axirət məsələsi aşkar şəkildə işıqlandırılır. Zərdüştilik təlimlərinə əsasən, varlıq aləminin ömrü sona çatandan sonra ümumi qiyamət başlanacaqdır. O cümlədən, bütün əməllər haqda sorğu-sual ediləcək, yaxşı və pis əməl sahiblərinin yerləri müəyyənləşəcəkdir. Zərdüşt əqidələrinə uyğun olaraq, ölümdən bir az sonra insanın əməlləri araşdırılır. Аmma onun müqəddəratı qiyamət günündə təyin edilir. Qiyamət günündə hamı cəhənnəmin üzərində olan “simut təhl” adlı bir körpüdən keçməlidir. O körpünün bir tərəfi behiştə gedib çıxır. (Bu əqidə eynilə Islami etiqadlarda olan sirat körpüsü ilə uyğundur). Körpünün əvvəlində əməl dəftəri oxunur və hamının əməlləri Аhura Məzdanın əlində olan tərəzinin iki gözünə qoyulur. Tərəzinin yaxşı əməllər qoyulan gözü ağır olarsa, həmin şəxs behiştə gedəcək, çirkin əməllər qoyulan gözü ağır olduqda isə, cəhənnəmə gedəcəkdir. Yaxşı əməl sahibləri Zərdüştün yol göstərməsi ilə o körpüdən sağ-salamat keçib gedəcəklər. Аmma şər əməl sahiblərinin cəhənnəmə süqut etməkdən başqa bir yolları olmayacaqdır.
Zərdüştiliyin müqəddəs kitabında əfv, bağışlamaq, kəffarə və şəfaətdən söhbət açılır; deyilir ki, hər kəs öz əməlinin girovundadır. Insan yaxşı iş görsə, yaxşı fikirləşsə və yaxşı danışsa nicat tapacaq, pis iş görüb, pis danışsa və şər əməl sahibi olsa cəhənnəmə getməkdən başqa yolu qalmayacaq.
4. Müjdə:
Zərdüşt, xalqı Аhura Məzdaya doğru dəvət etməklə yanaşı, inanırdı ki, axırda elə bir gün gəlib çatacaq ki, hamı düzgün bir dinə qovuşacaqdır. Аmma o, özünü axırıncı peyğəmbər və ümumbəşəri bir xilaskar kimi tanıtdırmamışdır; həmişə “suşyant” adlandırdığı xilaskarın gəlişini müjdə verirdi.
DӘRSIN XÜLАSӘSI
Zərdüştiliyin əsas etiqadları tövhid əsasında olmuş və Аhura Məzda bütün varlıqların xaliqi kimi təqdim edilmişdir.
Zərdüşt, Muğan ayinində adi hal olan divlərə pərəstiş əqidəsilə mübarizə aparmış və bu sitayişi Аhura Məzdanın əzəmətini dərk etmək yolunda bir maneə hesab etmişdir.
Zərdüşt təlimlərində «Sepentaminu» xeyir, düzlük və bərəkətin, Әngireminu isə şər və çirkinliklərin mənşəyidir.
«Emşasipentand» «Sepentaminu»ya xeyir əməllərdə kömək edən altı mələkdir.
Zərdüştilikdə axirət, behişt və cəhənnəm məsələlərinə diqqət yetirilir.
Zərdüşt özünü sonuncu peyğəmbər hesab etmir və gələcəkdə xilaskar bir elçinin gələcəyi barədə müjdə verirdi.
SUАLLАR ВӘ TАPŞIRIQLАR
1. Zərdüşt Аhura Məzdanı necə təqdim edirdi?
2. Nə üçün Zərdüşt divə pərəstiş etməklə müxalifətçilik edirdi?
3. «Sepentaminu» və «Әngireminu» nədir və onların rolu nədən ibarətdir?
4. «Emşasipentand»ın nədən ibarət olmasını izah edin?
5. Zərdüştilik tövhid dinidir, yoxsa ikiliyə pərəstiş dini?
6. Zərdüşt əqidəsində axirətlə əlaqədar hansı inanclar vardır?
7. ”Suşyant” nə deməkdir?
8. Müəllimin köməyi ilə zərdüştlərin Әhrimən barəsində olan əqidələrini müsəlmanların şeytan barəsində olan əqidələri ilə müqayisə edin.
Dostları ilə paylaş: |