Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə46/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   42   43   44   45   46   47   48   49   ...   87

Bu xütbənin (azğınlıq yolunda sərgərdan
qalan insanın təsvir edildiyi) bir parçasıdır

Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.
Bu xütbənin (günahkarlar barədə söylənilən eşidənlərə öyüd olan) bir hissəsidir
(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət şadlığına bel bağlamayın).1 İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl sözlərinin cəzasından) oyan, (qalımlığı varlığı az, məhvi yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər sum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)

Allah-təalanın Qur’anda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq.1 (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq.2 (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək.3 (Dördüncüsü) öz dinində bid’ət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq.4 (Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq.5 Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün.6 Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir.7 (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)

Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir.1 (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin