Yer səviyyəsindən 10 000 fut hündürlükdə arabir yağış hрсл.hрhрсл.hр hрсл.hрhр hрсл.hрhрсл.hр hрсл.hрhр
Təhlükəli atmosfer hadisələri:
Qismən 03/06 tufan və yağış
Dağlar qapalıdır:
Zona 7,8
Turbulentlik:
Mülayim Zona 2,12,13
Buzbağlama :
Qeydə alınmayıb
SIGMET məlumatı:
2
Bölmə II
Barik sistemlər
03.00 UTС alçaq təzyiq 1010 hPa Zona 1,12 10 uzel sürət ilə cənub-qərb istiqamətində yerdəyişməsi və güclənməsi gözlənir.
Yer səthində küləyin sürəti
34018 uzel yer. 32012uzel Zona 2,12,13 dayanıqsız.04uzel Zona1,7,8, 9 dayanıqsız.04uzel Zona 3,4,6 dayanıqsız.04uzel Zona 5,10,11
Külək və temperatur
500FT
1000FT
2000FT
4000FT
5000FT
10000FT
Külək k/saat
T°С
Külək k/saat
T°С
Külək k/saat
T°С
Külək k/saat
T°С
Külək k/saat
T°С
Külək k/saat
T°С
Zona 2,12,13
340/25
16
350/30
14
190/30
10
200/35
06
200/40
04
230/45
-04
Zona 1,7,8,9
320/25
08
340/30
06
360/30
04
020/35
02
040/45
00
070/45
-08
Zona 3,4,6
140/25
09
150/25
07
160/30
05
170/35
03
180/40
01
200/40
-06
Zona 5,10,11
280/20
07
270/25
05
240/25
04
260/30
02
280/35
00
270/40
-08
Buludluluq
Dağınıq laylı. 700/1200fut əhəmiyyətli 1500/3000fut Zona 2,12,13 yer səthindən
Dağınıq laylı.. 3000/5000fut əhəmiyyətli 10000fut Zona 3,4,5,6 yer səthindən
Dağınıq laylı 5000/7000fut əhəmiyyətli 10000fut Zona 1,7,8,9,10,11 orta dəniz səviyyəsindən yuxarı
Sıfırıncı izotermin hündürlüyü.
Yer səthindən 7000 fut yüksəklikdə
Min. qiymət QNH00
Zona 2,12,13 1011 hPa; Zona 1,7,8,9,10 1011 hPa; Zona 3,6 1011 hPA; Zona 4,5 1010 hPa; Zona 11 1010 hPa
Dəniz
Səthin temperaturu 140С dalğanın hündürlüyü 1,0m
1.2. Dumanların, atmosfer yağıntılarının və aşağı buludluluğun uçuş şəraitinə təsirlərinin risk faktorları
Aşağı hava məkanında uçuşlara təsir göstərən amillər içərisində ən təhlükəli hesab edilən hadisələr meteoroloji görünüş məsafəsini məhdudlaşdıran amillərdir. Bunlara duman, çən, atmosfer atmosfer yağıntıları və aşağı buludluluq aiddir.
Yer səthinə yaxın hava qatında su buxarının kondensasiyası üçün əlverişli şərait olduqda duman əmələ gəlir. Bunun üçün lazım olan kondensasiya nüvəsi havada həmişə mövcuddur. Kondensasiya nüvəsinin hiqroskopikliyi nəticəsində va nisbi rütubətlik 100% -dən az olduqda (90-95%), duman yaranmağa başlayır.
Havanın temperaturu -10°C olduqda duman qarışıq, - 30°C-dən aşağı olduqda isə təmiz kristallikdir. Su damcılarının doyma halına yaxınlaşması əsasən havanın soyuması vaxtı baş verir. Dumanın yaranmasında havanın rütubətliyinin isti səthdən soyuq hava tərəfə buxarlanması ikinci dərəcəli rol oynayır.
Dumanların fiziki xarakteristikaları bunlardır: hissəciklərin aqreqat vəziyyəti, onların ölçüləri, vahid həcmdə sayı, dumanda temperaturun paylanması, sululuq. Əksər hallarda dumanlar kiçik su damcılarından ibarətdir. Mənfi temperaturlarda damcılar soyumuş vəziyyətdə, şaxtada isə buz kristalları halında olur.
Dumanın əmələ gəlməsi üçün aşağıdakı şərait lazımdır:
-yer səthi üzərində su buxarının 100%-ə qədər doyması;
-kondensasiya nüvələrinin olması.
Intensivliyinə görə dumanlar aşağıdakı növlərə bölünür:
-çox güclü (görünüş məsafəsi 50 m-dən azdır);
-güclü (görünüş məsafəsi 50-dən 200 m-ə qədərdir);
-mülayim (görünüş məsafəsi 200-dən 500 m-ə qədər- dir);
-zəif (görünüş məsafəsi 500-dən 1000 m-ə qədərdir).
Yaranmasının sinoptik şəraitinə görə dumanlar iki qrupa bölünür:
-kütlədaxili dumanlar;
-cəbhə dumanları.
Kütlədaxili dumanlar havanı su buxarı ilə doyması halina gətirən proseslərdən asılı olaraq aşağıdakılara bölünür:
-soyuma dumanları;
-buxarlanma dumanları.
Soyuma dumanları mütləq üstünlük təşkil edir və onlar havanın temperaturunun aşağı düşməsi nəticəsində əmələ gəlir. Bunlara aşağıdakılar aiddir:
-radiasiyon dumanlar
-advektiv dumanlar
-advektiv-radiasiyon dumanlar
Radiasiya dumanlarının əmələ gəlməsi üçün digər mühüm şərt isə tam küləksiz və yaxud zəif, yəni 1-3 m/san küləklərin olması, açıq və ya az buludlu səmanın olmasıdır. Radiasiya dumanlarının şaquli qalınlığı bir neçə metrdən bir neçə on metrə qədər, bəzən isə 100-200 m - dək çata bilir. Belə dumanların ən sıx yeri bilavasitə yer səthində olur, hündürlüyə qalxdıqca isə onların sıxlığı azalır. Radiasiya dumanları düzənlikdə, su hövzələrinin üzərində və rütubətli yerlərdə daha çox yaranırlar. Buna görə də bu dumanlar məhdud bir ərazini tutur və uçuş hündürlüyündən lələklər şəklində müşahidə olunurlar. Belə dumanlar, əsasən, gecə saatlarında (02-03 radələrindən sonra) formalaşmaqla, davamiyyət dövrü çox zaman 5-8 saatadək olur.
Advektiv dumanlar soyuq səth üzərinə hərəkət edən isti və rütubətli havada yaranır. Bu cür dumanlara cəbhə dumanları da demək olar. İsti hava kütləsinin soyuq səth üzərinə hərəkəti zamanı yerüstü sərhəd təbəqəsində inversiya qatı yaranır və havanın soyuması aşağı qatda yuxarı qata nisbətən daha çox olur. Bu dumanların davamiyyət dövrü radiasiya dumanlarından fərqli olaraq, bir neçə saat, bəzən bir neçə sutkayadək ola bilir.
Advetkiv – radiasiya dumanlarının yaranmasında isə hər iki təsir özünü birgə biruzə verir. Yəni, burada həm isti havanın soyuq səth üzərinə hərəkəti, həm də radiasiya soyuması baş verir. Belə dumanların yaranması üçün əlverişli sinoptik şərait, yüksək rütubət, gecələr aydın səma və küləyin sürətinin 3-4 m/san-dək olması əsas sinoptik şəraitlərdən hesab edilir.
Bütün növ dumanların əmələ gəlməsi üç mərhələdən ibarətdir:
Dumanların əmələgəlmə mərhələsi – bu dövr dumanın ilkin əlamətlərinin yaranması vaxtından onun nisbətən böyük ərazi üzərində yayılmasınadək olan bir dövrü əhatə edir. Advektiv dumanların müşahidə məntəqəsi üzərindən keçdiyi dövrdə bu mərhələ bir neçə dəqiqə, radiasiya dumanlarında isə bu mərhələ əksinə bir neçə saat davam edə bilər. Lakin bu mərhələ tez də formalaşa bilər.
Dumanların əsas mərhələsi- bu mərhələ dumanın bütün növlərinə aiddir. Bu mərhələdə aerodromun əksər hissələrində dumanlar dayanıqlı qat əmələ gətirirlər, məkan və zaman baxımından bircinsdirlər. Belə ki, başqa hallarda dumanın əsas qatında görünüşün dəyişməsi 50 % - dək ola bilər.
Dumanların zəifləmə mərhələsi- bu mərhələ dumanın zəifləməsi və dağılması dövrüdür. Dumanda görünüşün dəyişməsi əsaslı yer tuta bilər. Bu dövr radiasiya dumanlarında Günəşin çıxması vaxtı ilə əlaqəli olub, qısa zaman ərzində (bəzən, 0,5 saatadək) baş verir. Adveksiya dumanlarında isə bu mərhələ bir qədər fərqli olub, qarışan hava kütlələrinin temperatur kontrastının azalması və ya heçə enməsi ilə əlaqədardır.
Dumanlar zamanı məhdud görünüş məsafəsinin məhdudlaşması uçuşların meteoroloji təminatı müəyyən risk amilləri ilə xarakterizə olunur. Bu amillər aşağıdakılardır:
Hava limanlarının minimumunun tələb olunan göstəricisindən aşağı olması (hava minimumu QEZ-də görünüş məsafəsi və buludun aşağı sərhəddinin hündürlüyü hesab olunur)
Məhdud görünüş məsafəsindən asılı olaraq HG-nin enməsinin mümkünsüzlüyü, həmçinin ehtiyat hava limanınına istiqamətlənməsi
Bütün bu faktorlar əsas risk amilləri hesab olunmaqla, hava yolları şirkətlərinin əlavə maddi zərər və vaxt itkisinə gətirib çıxarır. Risk amilləri hava gəmisinə aşağıdakı kimi təsir göstərir.
Duman görünüş məsafəsini kəskin azaldır və eniş mümkünsüz olur. Belə şəraitdə təyyarələr (mülki və ya hərbi) müvafiq avadanlıqla təchiz olunmuş aerodromlara “avtomatik eniş” edə bilər. Bəzən texniki imkan olsa belə mülki və hərbi uçuş prosedurları müəyyən şərtlər daxilində “avtomatik enişi” qadağan edir.
Buz dumanın oxşar görünüş məsafəsi məhdudiyyətləri var, lakin buna əlavə olaraq təmizlənməmiş QEZ nazik buz təbəqəsi ilə örütülə bilər. Pilotlar aerodrom üzərindən uçarkən təhlükəsizliyi səhv hiss edə bilərlər, çünki düz aşağı baxanda binalar və QEZ aydın görünür. Bununla belə yaxınlaşıb enərkən və duman arasından sahəyə maili baxmaq istəyərkən, pilot həmin an bütün vizual istinadları itirə bilər və bu ciddi çətinlik yarada bilər.
Buludlardan yer səthinə düşən və ya çökən su damcılarına həmçinin buz kristallarına yağıntı deyilir. Yağıntı zamanı nisbi rütubətlik 80-100% arası tərəddüd edir. Yağıntılar miqdarına və intensivliyinə görə xarakterizə olunurlar. Yağıntıların miqdarı su keçirməz üfüqi səthə düşmüş yağıntının əmələ gətirdiyi su qatının qalınlığına deyilir və mm-lə ölçülür. Meteoroloji məntəqələrdə yağıntıları ölçmək üçün yağıntı ölçən vedrələrdən və xüsusi qablardan istifadə edilir. Yağıntıların intensivliyi vahid zaman ərzində vahid səthə düşən yağıntının miqdarına deyilir və mm/s ilə ölçülür.
Atmosfer yağıntıları bir neçə cür təsnifatlaşdırılır. Bunlardan biri yağıntıların faza və ya aqreqat halına görə aparılan təsnifatıdır. Burada əsas şərt havanın temperaturudur. Belə ki, yağıntılar 00C - dən aşağı temperaturlarda donaraq bərk hala keçir. Atmosfer yağıntıları suyun faza və ya aqreqat halına görə 3 yerə ayrılır:
bərk yağıntılar; 2) maye yağıntılar; 3) qarışıq yağıntılar.
Bərk yağntılara aşağıdakılar aiddir:
- qar, ulduz formasında olan buz kristalları və dolu. Bu tip yağıntılar ilin soyuq dövrlərində olmaqla (dolu istisna edilməklə), Cb, Ns, As, Sc buludlarından yağır;
- qar dənəcikləri - qeyri-şəffaf, kürəvi, qara bənzər dənəciklərdir. Bu yağıntılar ağ rəngli olmaqla, diametri 3 mm-ə qədər olaraq, Ns, As, Sc buludlarından düşür;
- buzlu yağış - şəffaf buz kürəcikləri olmaqda, ölçüləri 1-3 mm təşkil edir.
- dolu - müxtəlif ölçülü və formalı buz parçalarıdır. Dolu nüvələri daha iri Cb bulud damcılarının, təxminən mənfi 20-250C temperaturlarda donması nəticəsində, əsasən, ilin isti dövrlərində, günün ikinci yarısında dağlıq və dağətəyi regionlarda əmələ gəlir.
Maye yağıntılara isə aşağıdakı yağıntılar aiddir:
- yağış - 0.5-7.0 mm diametri olan damcılardan təşkil olunub, As, Sc, Cb, Ns buludlarından düşür.
- çiskin - havadan asılı vəziyyətdə olan, düşməsi hiss olunmayan və diametri 0.05-0.5 mm olan damcılardır. Bu yağıntılar, əsasən, Sc və St buludlarından düşür.
Qarışıq yağıntılara sulu qar, qarla yağışın qarışığı aiddir. Qarışıq yağıntılar əsasən bir neçə bulud növlərinin (Sc, Ns, As və Cb) birgə təzahürü nəticəsində müşahidə olunur.
Yaranma şəraitindən asılı olaraq yağıntılar aşağıdakı növlərə bölünür:
aramsız yağıntılar;
leysan xarakterli yağıntılar;
çiskin yağıntılar;
Aramsız yağıntılar, əsasən, cəbhə buludlarından olan laylı-yağışlı, yüksək-laylı və bəzən də laylı - topa buludlarından qar və sulu qar, yağış şəklində yağırlar. Aramsız yağıntılar böyük əraziləri əhatə edərək mülayim, təxminən bərabər intensivlikli, eyni zaman ərzində böyük ərazini tutmaqla, fasiləsiz və davamiyyətli olurlar. Bu yağıntılar çox qısa fasilələrlə, bir neçə saat, bəzən hətta 1-2 sutkayadək davam edir və damcılarının ölçüləri 0,5-0,7 mm təşkil edir.
Leysan yağıntılar - topa-yağışlı buludlardan qar, dolu, yağış şəklində yağır. Bu cür yağıntılar qəfil başlaması və qurtarması, kəskin tərəddüdlü, intensiv və nisbətən az davamiyyətli olması ilə fərqlənirlər. Adətən, leysan yağıntılar çox da böyük olmayan ərazini əhatə edirlər. Yayda belə yağıntılar çox iri damcılı və bəzən də dolu ilə birlikdə yağır. Yay leysan yağışları tez-tez ildırımlarla və güclü küləklərlə müşayət olunurlar. Qışda leysan yağıntıları güclü qar şəklində müşahidə edilir. İlin keçid dövrlərində güclü qar və yaxud buz dənələri qar və yağışla birlikdə müşahidə olunur. Leysan xarakterli yağıntılarda damcıların diametri, adətən, 1,0 mm-dən çox olur.
Çiskin yağıntılar - əsasən, ilin soyuq dövrü üçün xarakterik olan yağıntılardır. Bu tip yağıntılar laylı və laylı-topa buludlardan çiskin şəklində, çox alçaq temperaturda isə buz kristalları şəkilində yağır.
Sinoptik şəraitə görə yağıntılar iki növə bölünür:
1) kütlədaxili yağıntılar; 2) cəbhə yağıntıları.
Kütlədaxili yağıntılar - nisbətən bir tipli hava kütlələri daxilində yaranırlar. Kütlədaxili yağıntılar dağlıq zonalarda çox zaman leysan, dənizsahili və düzənlik sahələr üçün isə aramsız xarakterli olur.
Sabit (dayanıqlı) isti hava kütlələri üçün laylı buludlardan çiskin, laylı-topa buludlardan zəif, aramsız yağışlar yağması daha çox xarakterikdir.
Qeyri-sabit (dayanıqsız) soyuq hava kütlələrində isə topa-yağış buludlarından leysan xarakterli yağıntılar yağır.
Cəbhə yağıntıları - atmosfer cəbhələrinin keçməsi ilə əlaqədar olan yağıntılardır. isti hava cəbhələri üçün aramsız yağıntılar, soyuq cəbhə üçün isə leysan yağıntılar xarakterikdir.
Yağan yağıntılar aviasiyanın fəaliyyətinə çətinlik törədir və hətta ağır aviasiya fəlakətlərinə də səbəb ola bilir. Yağıntıların təsir gücü onların növündən, intensivliyindən, havanın temperaturundan asılıdır. Çiskin yağıntılar alçaq sıx laylı, bəzən isə laylı topa buludlardan yağır. Onlar kiçik yağış damcıları (diametri 0,5 mm və az) və ya kiçik qar dənəcikləri və qar dənələri şəklində olurlar, görünüşü ğüclü şəkildə zəiflədə bilmək qabiliyyətinə malikdirlər, çox zaman çiskin və dumanla müşayiət olunurlar. Yağıntı zonalarının üfüqi uzunluğu 100 km-lərlə uzanır, bəzən isə hətta 1000 km-i də keçə bilir. Çiskin yağıntılar ən çox kiçik yüksəkliklərdəki uçuşları mürəkkəbləşdirə bilər. Adətən çiskin yağıntılar mövsümlərarası keçid dövrləri və ya qışda güclü istilənmələr zamanı müşahidə olunurlar. Əgər yağıntıların düşməsi mənfi temperatur şəraitində baş verərsə, onda hava gəmilərinin buzlaşması hadisəsi müşahidə oluna bilər.
Aramsız yağıntılar görünüşü zəiflətdiyi üçün bu buludlarda uçuşlar çətinlik törədir. Zəif, aramsız qar yağdıqda görünüş məsafəsi 1–2 km-dən çox olmur, bu göstərici güclü qar zamanı onlarla metrə qədər zəifləyir. Güclü qar zamanı yer səthində bütün parametrlərin kontrastlığı aşağı enir ki, bu da yerüstü obyektlərə nəzərən uçuşu çətinləşdirir. Aramsız qar görünüşü aramsız yağışdan daha çox zəifləşdirir. Güclü yağış zamanı pilotun kabinəsinin şüşəsi su ilə örtülür, su damcıları hava təzyiqi qəbuledicisinin dəliyini örtə bilər və sürət göstəricisinin qiymətlərini azalda bilər (bəzən hətta 100 km/saat). Aramsız yağıntılar uçuş zamanı təyyarələrin elektriklənməsinə, mənfi temperaturlarda isə mülayim və güclü buzlaşmaya səbəb olur. Uzunmüddətli aramsız yağıntılar zamanı torpaq özüllü zolaqlar islanır və QEZ-ı yararsız vəziyyətə düşür. Topa-yağışlı buludlar üçün leysan yağıntılar xarakterikdir. Onlar iri damcılardan, bəzən doludan ibarət olur.
İri damcılı yağış uçuş zamanı havanın normal sovrulmasını pozur və reaktiv təyyarələrdə kompressorda dönmələrin sayını azaldır. Leysan yağıntılar təyyarələrin enməsinə böyük təsir göstərir. Pilot kabinəsinin şüşəsi üzərində su təbəqəsininin əmələ gəlməsi nəticəsində işıq şüaları sınır və təyyarəçiyə enmə zamanı təyyarənin QEZ üzərində hündürlüyünü dəqiq təyin etməyə çətinlik çəkir. Bu «sərt» enməyə və təkərlərin sıradan çıxmasına səbəb olur. Bundan əlavə, leysan yağıntılar zamanı enmədə qlissirləşmə effekti yaranır, həmçinin qaçış məsafəsi artır, QEZ-dən kənara çıxma və təyyarənin sınması halları baş verə bilir.
Yer səthindən müəyyən hündürlükdə asılı vəziyyətdə yerləşən su damcıları və buz kristalları yığımına bulud deyilir. Buludlar, su buхarının kondensasiyası və yaхud, sublimasiyası nəticəsində yaranırlar. Buna görə də buludları çox zaman kondensasiya və ya sublimasiya məhsulları da adlandırırlar. Atmosfer çoх qarışıq bir mühitdir və burada üfüqi hərəkətlərlə bərabər, şaquli hərəkətlər də müşahidə olunur. Havanın bu cür aхınları yer səthinin böyük ərazilərində hava şəraitinin formalaşmasında mühüm rol oynayır. Bu təsir хüsusən buludların, yağıntıların və başqa atmosfer hadisələrinin yaranmasında da özünü göstərir.
Buludların təsnifatı aşağıdakı əlamətlərə əsaslanaraq aparılır:
Buludların aşağı sərhədlərinin yer səthindən hündürlüyünə və onların хarici görünüşlərinə görə - bu cür təsnifat buludların morfoloji təsnifatı adlanır və aşağıdakı kimi aparılmışdır:
1) aşağı sərhədi 6 km-dən yuхarıda yerləşən yuхarı təbəqə buludları – Ci, CC, Cs ( lələkli, lələkli-topa, lələkli-laylı );
2) sərhədləri 2 – 6 km arasında yerləşən orta təbəqə buludları – Ac, As (yüksək-topa, yüksək-laylı);
3) aşağı sərhədi 2 km-dən alçaq olan aşağı təbəqə buludları – Sc, St, Ns (laylı-topa, laylı, laylı-yağışlı);
4) Şaquli inkişaf buludları və ya konvektiv buludlar – Cu, Cu cong, Cb (topa, güclü-topa, topa- yağışlı). Burada Cu cong buludu Cu buludunun yarımnövüdür.
Buludların aşağıdakı mikrofiziki хüsusiyətləri var:
a) bulud elementlərinin aqreqat halı (su damcıları və buz kristalı) ;
b) damcıların və kristalların ölçüləri ;
c) sululuq (q/m3) .
Buludların aqreqat vəziyyəti onun hansı temperaturda yaranması və inkişafı ilə əlaqədar olaraq üç yerə bölünür: sulu, buzlu, qarışıq.
Damcıların donması və buz kristallarının əmələ gəlməsi mənfi 120C və aşağı tam kristallı buludlar isə mənfi 240C və aşağı temperaturlarda müşahidə olunur.
Bulud elementlərinin ölçüləri çoх müхtəlifdir. Sulu buludlarda radiusu 1-2 mk- dan 100 mk-dək və çoх olan damcılara da rast gəlmək mümkündür. Ən böyük damcılar isə turbulentlik yaхşı inkişaf etmiş buludlarda müşahidə olunur. Buz kristallarının uzunluğu bir neçə mm, qalınlığı bir neçə mk - na çata bilir.
Buludlarda uçuş şəraiti bu xarakteristikalarla təyin olunur: aşağı və yuxarı sərhədin hündürlüyü, üfüqi uzunluğu, təbəqələşmə, mikrofiziki quruluş, temperatur rejimi, turbulentliyin intensivliyi, buludların elektrik sahəsi və buzlaşma dərəcəsi.
Yer səthinə ən yaxın buludlar (St), parçalanmış laylı (FrSt), parçalanmış yağışlı buludlardır (FrNb). Onların aşağı sərhədinin hündürlüyü adətən 100 – 300 m təşkil edir, hətta yer səthi səviyyəsinə qədər də enə bilir. Laylı buludların aşağı hissəsində görünüş çiskin və yağıntılar zamanı zəifləyir. Laylı buludların üfüqi uzunluğu bir neçə yüz, hətta min kilometr təşkil edə bilər.
Laylı buludlarda görünüş qiymətləri böyük diapazonda dəyişir. Yuxarı enliklərdə görünüş məsafəsinin təkrarlanması 100 m-dək 11 %-ə, 101 m-dən 300 m-dək 71 %-ə, 301 m-dən 500 m-dək 17 %-ə, 500 m-dən artıq 1 %-ə bərabərdir. Orta enliklərdə buludluq daha sıx və görünüş daha zəif olur. Yırğalanma bu buludlarda daha az olur, adətən uçuş sabit keçir.
Laylı buludların qalınlığı 200 – 800 m; ilin soyuq dövründə isə çox isti hava kütlələri axınının daxil olması nəticəsində 3 km-ə qədər çatır.
Soyuq yarımdövrdə laylı buludlarda uçuşlar rabitənin zəifləməsi, bəzi hallarda isə, güclü buludlarda təyyarənin gövdəsinə elektrik boşalmalarının təsiri ilə müşayiət olunan təyyarələrin elektrikləşməsi hadisəsi baş verir.
Laylı-topa buludlar (Sc) aşağı yarusun ən geniş yayılmış buludlarıdır. Onların təkrarlığı (həmçinin digər bulud növləri ilə bərabər) ildə orta hesabla 42% təşkil edir. Kütlədaxili Sc buludlar dalğavarı hərəkətlərə məruz qalan təbəqələr altında əmələ gəlirlər.
Laylı-topa buludların aşağı sərhədinin hündürlüyü adətən 600 m-dən 1000 m-ə qədər təşkil edir, qalınlığı isə 100 – 300 m arasında dəyişir. Daha sıx laylı-topa buludlarda aşağı sərhədin hündürlüyü 300 – 600 m, qalınlığı 600 – 1000 m təşkil edir. Bu buludlar xüsusən atmosfer cəbhəsi zonalarında laylı olur.
Laylı-topa buludlar su damcılarından (73 %), buz kristallarından və ya qarışıq hissəciklərdən (24 %) ibarət olur. İlin soyuq dövründə bu buludlar, əsasən donmuş damcılardan ibarət olur və onlarda buzlaşma inetensivliyi zəifdən mülayimədək baş verir.
Sc buludlarda görünüş məsafəsi orta hesabla 70 – 80 m, daha sıx laylı-topa buludlarda isə 35 – 45 m təşkil edir. Şimal enliklərində onların sıxlığı daha azdır və görünüş məsafəsi (72 %) əsasən 100 – 300 m təşkil edir. Sc buludlarında yırğalanma, St buludlarda olduğundan daha çox müşahidə olunur və uçuş zamanı zəif və mülayim yırğalanmalar baş verir.
Atmоsfеrin aşağı qatlarında laylı buludlar оlarsa, bu zaman həm mеtеоrоlоji görünüş, məsafəsi, həm də uçuş görünüşü çох mürəkkəbləşir. Bu həmin buludların aşağı sərhədinin mürəkkəb quruluşu ilə əlaqədardır. Bu layın şəffaflığı aşağıdan yuхarıya doğru tədricən pisləşir və zəif dumanlaşmadan tam görünüş itənə qədər davam еdir. Buradan о nəticəyə gəlmək оlar ki, buludun aşağı sərhədi kəskin məhdud bir səth dеyildir. О, adətən parçalanmış vəziyyətdə оlur və оnun qalın hissəsi kеçid layından sоnra başlayır. Buna buludaltı çən qatı dеyilir. Bunların şaquli qalınlığı müxtəlif cür оlur, yəni bir nеçə 10 mеtrdən çənin aşağı sərhədinin yеr səthinə düşənə qədər оlan qalınlığı nəzərdə tutulur.
Buludaltı qatda görünüşün pisləşməsinin başqa bir səbəbi, burada tеz-tеz müşahidə оlunan yağıntıların və yеrüstü çənlərin оlmasıdır. Buludaltı çənlərin və əlavə yağıntıların оlması üfüqi və maili mеtеоrоlоji görünüşü və хüsusən uçuş görünüş məsafəsini bütün buludaltı laydan Yеr səthinə kimi pisləşdirir.
Adətən, yеrüstü çənlər (radiasiya çənləri) alçaq buludluluq оlmadıqda yaranırlar. Bəzən оnlar laylı fоrmalı buludlar (500 m-dən yuхarıda yеrləşən Sc оlduqda) zamanı yarana bilir. Yеrüstü çənlərin qalınlığı Yеr səthində maksimal оlur və hündürlük artdıqca azalır.
Laylı (St) və laylı-topa (Sc) buludları aşağı kütlədaxili layvari buludlara aid edilirlər. Onların aşağı sərhədinin hündürlüyü yer səthi üzərində 300 m və daha az olur. St və Sc buludlarının aşağı hissəsi tərkib etibarilə radiusu 4-5 mkn olan kiçik su damcılarından ibarət olur. Hündürlük artdıqca su damcılarının ölçüləri və miqdarı artır. Bununla əlaqədar olaraq, St və Sc buludlarının sululuğu hündürlükdən asılı olaraq dəyişir. Layvari aşağı təbəqə buludları isti, dayanıqlı hava kütlələri üçün səciyyəvidir. Onlar, əsasən yer səthi ilə istilik mübadiləsi nəticəsində yerüstü hava təbəqəsinin əhəmiyyətli nəmlənməsi (nisbi rütubət 85%-dən çox) və temperaturun azalması hesabına yaranırlar. Aşağı buludların yaranması üçün yaxşı ifadə olunmuş istilik mübadiləsi böyük rol oynayır.
Azhərəkətli siklonların mərkəzi və arxa hissələri, siklonların isti sektoru və yuyulmuş təzyiq sahələri aşağı buludluğun yaranması üçün əlverişli sahələr hesab edilir. Quru üzərində aşağı buludluğun daha çox təkrarlanması ilin soyuq dövrünə, sahil rayonlarında və dəniz üzərində isə ilin isti dövrünə təsadüf edir. Şimal yarımkürəsinin dənizləri üzərində aşağı buludluq qışda da müşahidə edilir.Aşağı buludluğun proqnozlaşdırılmasında ilkin məlumatlar kimi yerüstü müşahidələrdən istifadə olunur.