Venesiya donanması Orta əsrlərdə özünün donanmasına sahib olmuş dövlətlərdən söz açarkən, ərəb və türk donanmaları ilə yanaşı, Venesiya, Piza, Genuya və başqa İtaliya şəhər-dövlətlərinin donanmalarından və onların apardıqları dəniz ticarətindən və müharibələrindən də söz açmaq lazımdır. Bunlardan tarixi mənbələrdə ən birinci xatırlanan donanma Venesiyaya aid olan donanmadır ki, onun haqqında ilk məlumat 810-cu ilə aiddir və həmin məlumatda franklarla Venesiyalılar arasında baş vermiş müharibədən (809-810), Böyük Karlın oğlu Pipinin gəmilərlə Venesiya sahillərinə yaxınlaşmasından, fəqət Vensiyalılara məğlub olmasından danışılır. 840-cı ilə aid başqa bir məlumatda isə Venesiya donanmasına aid 60 gəminin Torontodan olan müsəlmanlar tərəfindən darmadağın edilməsindən söhbət açılır.
Digər qaynaqlardakı məlumatları aşağıdakı kimi sıralamaq olar:
1000-ci il. Doj Pyetro II Orselo Neretvaya qarşı ordu göndərir və Zadar yaxınlarındakı dəniz savaşında qalib gələrək, Kurtsole və Lastovodakı dəniz quldurlarına aid bazaları ələ keçirir və Dalmasiyanın önəmli hissəsi üzərində öz hakimiyyətini qurur.
1002-ci il. Bari şəhərini mühasirəyə alan ərəblər üzərində qələbə.
1062-ci il. Doj Dominika Kontarini Dalmasiyaya donanma göndərir və Zadarı ələ keçirir.
1099-1100 – cü illər. Venesiya donanması I səlib (xaçlı) yürüş tərkibində Rodosa yola çıxır və öz ticarət rəqibi Pizalıların donanması üzərində qələbə çalır. Bundan sonra həmin donanma Qüds (Yerusəlim) ktallığına çatır və krala Hayfa və Yaffanı ələ keçirməyə yardım edir.
1105-1108 – ci illər. Venesiya Zadar və Troqiranı itirir. Şəhərlər Macarıstan kralı Kalman tərəfindən tutulur.
1115-1116 –cı illər. Venesiya Zadar və Şibeniki geri ala bilir.
1122-1124 –cü illər. Hərbi yürüşə çıxan Venesiya Korfunu ələ keçirir, Lesbos, Samos və Rodos adalarını qarət edir. 1223-cü ildə Askalon yaxınlarında Misir donanması üzərində qələbə çalır və müsəlmanların Şərqi Aralıq dənizi üzərindəki hakimiyyətinə müvəqqəti son qoyur. 1124-cü ildə Tir şəhərinin ələ keçirilməsində iştirak edir.
1125-ci il. Venesiya Split və Troqiri Macarıstan kralı II İştivanda almağı bacarır və beləcə bütün Şimali Adriatik dənizi qzərində nəzarəti ələ keçirir.
1148-ci il. Venesiya Korfu adasını normanların kralı Rocerdən geri alır.
1162-ci il. Venasiya Respublikası imperator Fridrix Barbaeosa qarşı savaşan Papa III Aleksanndrın köməyinə gəlir.
1202-1204 – cü illər. Dördüncü səlib (xaçlı) yürüşü. Venrsiya ordusu xaçlılarla birlikdə Zadarı İşğal edir. Daha sonra doj Enriko Dandalonun başçılığı alrında Konstantinopolu ələ keçirir. Latın imperiyasının təşəkkülündən sonra bulqarların üzərinə hücuma keçir.
1253-1271 – ci illər. Venesiya-Genuya savaşları. Akradakı (Fələstin) ticarət mübahisələrindən qaynaqlanan bu savaşa Bizans imperatoru Mixail VIII Paleloqun 1261-ci ildə Genuya Respublikası ilə ittifaq quraraq Konstantinopolu geri alması və Genuyalılara ticari güzəştlər verməsi ilə şiddətlənir və nəticədə latın imperiyası dağılır. Venesiya donanması ticari nufuz dairəsi uğrunda Genuya ilə müharibəyə girişir.
1294-1299 – cu illər. Venesiya və Genuya donanmaları arasında savaşlar gah dayanır, gah da yenidən alovlanır. 1294-cü ildə Venesiyalılar öncə Ladjatstso dəniz döyüşündə, ardınca da Dalmasiyanın Korçula adası yaxınındakı döyüşdə məğlub olur.
1337-1404 – cü illər. Venesiya öz ərazilərinin Verona, Paduya və Trevizo hesabına genişləndirir.
1354-1355 – ci illər. Venesiyalılar Selense yaxınlarında Genuyalılara məğlub olurlar.
1377-1381 – ci illər. Koaci müharibəsi. 1380-ci ilin iyununda Venesiyalar hücuma keçərək onu Genuyalılardan alırlar. Respublikalar arasında sülh müqaviləsi imzalanır.
1386-cı il. Venesiya Korfanı ələ keçirir.
1393-cü il Lepantonu işğal edir.
1394-1395 – ci illər. Venesiya nüfuzunu Afina və Şkoderə (Skutari) qədər artırır.