Əgər hazır olan proqramı yerinə yetirsək, onda məlum olacaqdır ki, proqram işləyib qurtarandan sonra nəticələrə baxmaq olmur. Nəticələrlə olan pəncərə tez bağlanır.
Onagörə də proqramın sonunda ekranı dayandıran funksiyadan istifadə etmək lazımdır. Bu funksiya getch() funksiyasıdır. O, klaviaturadan istənilən düymənin basılmasını gözləyir.
#includeconio.h başlıq #includefaylının qoşulması main()
{
printf (“Salam”); // ekranaçıxarış
getch(); /* düymənin basılmasını gözləmək*/
}
ekranın dayandırılması üçün getch() funksiyasından istifadə etməklazımdır;
bu funksiyanın təsviri conio.h başlıq faylındasaxlanılır;
Verilənlərin emalı üçün onları yaddaşda saxlamaq lazımdır. Özü də, onlara hər hansı üsullarla müraciət etmək lazımdır. Adətən, insanlar bir-birinə adı ilə müraciət edirlər. Həmin üsuldan proqramlaşdırmada da istifadə olunur: yaddaşın hər xanasına (və ya bir neçə xanaya) xüsusi ad verilir. Bu addan istifadə edərək xanadan məlumatları oxumaq və yeni məlumatları yazmaqolar.
Kompüter yaddaşında müəyyən məlumatları özündə saxlayan adlı xanaya dəyişən deyilir. Proqramın yerinə yetirilməsi zamanı dəyişənin qiyməti dəyişə bilər. Xanaya yeni qiymət yazılarkən köhnə qiymət silinir.
Kompüter üçün yaddaşda olan bütün verilənlər - ədədlərdir (daha doğrusu, sıfırlar və birlərdir). Buna baxmayaraq məlumdur ki, kompüter tam ədədləri və kəsirləri fərqli üsullarla emal edir. Buna görə də hər proqramlaşdırma dilində verilənlərin müxtəlif tipləri var və onların emalı üçün müxtəlif üsullardan istifadə edilir. Məsələn,