Tam dəyişənlər – int tipi (ing. Integer – tam). Bu tip dəyişənlər yaddaşda 4 bayt yertuturlar;
Həqiqi dəyişənlər – float tipi (ing. Floating point – sürüşənnöqtə).;
Simvollar – char tipi (ing. Character – simvol). Bu tip dəyişənlər yaddaşda 1 bayt yertuturlar.
Proqramda istifadə olunan bütün dəyişənləri elan etmək lazımdır. Kompüterə bildirmək lazımdır ki, yaddaşda həmin dəyişənə lazımı ölçüdə yer ayırsın və onu adlandırsın. Adətən, dəyişənləri proqramın əvvəlində elan edirlər. Elan üçün əvvəlcə tipin adı (int, float və ya char), sonra isə vergüllə ayrılmış bütün dəyişənlərin adları yazılmalıdır. Lazım gələrsə elan zamanı dəyişənə başlanğıc qiymət də vermək olar. Əgər dəyişənə heç bir qiymət verilmirsə, onda onun qiyməti qeyri müəyyən olur, yəni həmin xanada əvvəl yerləşən qiymət olur(“zibil”).
Misallar.
int a; //tam a dəyişəni üçün yaddaş ayırmaq float b, c; //iki həqiqi tipli b və cdəyişənləri
int Gr104, Gr07=23, Kt06; //üç tam dəyişəni,
// Gr07 dəyişənə 23 qiyməti yazılır
float x=4.56,y,z; // üç həqiqi tiplidəyişəni
// x dəyişənə 4.56 ədədi yazılır char c,c2='A',m; // üç simvol tiplidəyişəni
// c2 dəyişənə ‘A’ simvolu yazılır
Yeni məlumatlar
Adətən proqram 4 hissədənibarətdir:
Dəyişənlərinelanı;
Başlanğıc velilənlərin daxiledilməsi;
Verilənlərin emalı(hesablamalar);
Nəticənin xaricedilməsi.
Verilənləri daxil etməzdən əvvəl ekrana əlavə məlumat çıxartmaq lazımdır. Bu daxiletmə üçün əlavə göstərişdir (bunu eləməyəndə kompüter verilənlərin daxil edilməsini gözləyir, lakin ekranda heç nə olmadığından istifadəçi bilmir, nə etməklazımdır).
printf funksiyasında \n simvolu yeni sətrin əvvəlinə keçməkdeməkdir.