C dilində proqramlaşdırma



Yüklə 0,81 Mb.
səhifə4/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   2   3   4   5   6   7   8   9   ...   27
c muhazire Nailə Allahverdi

C dilində sadə proqram


Bu proqram cəmi 8 simvoldan ibarətdir :
main ()
{
}

Əsas proqram həmişə main adlanır (diqqətli olun – C dili böyük və kiçik hərfləri fərqləndirir və C dilində bütün standart operatorlar kiçik hərflərlə yazılır). Boş mötərizələr o deməkdir ki, main funksiyasının parametrləri yoxdur. Proqramın gövdəsi fiqurlu mötərizələr ({} ) içində yazılır. Belə ki, yuxarıdakı misalda mötərizələr içində heç nə yazılmayıb, bu o deməkdir ki, bu proqram heç bir iş görmür. Bu proqramı kompilyasiya edib, ondan icra olunan exe-faylı almaqolar.


Mətnin ekrana çıxarılması


Ekrana “Salam” sözünü çıxardan proqramı tərtib edək.

Qaydalar:


  • Standart funksiyalardan istifadə etmək üçün bu funksiyanı translyatora tanıtdırmaq lazımdır, yəni o, bilməlidir ki, funksiyanın adı və parametrləri düz yazılıb, ya yox. Bu o deməkdir ki, proqrama funksiyanın təsvirini daxil etmək lazımdır.C dilində

standart funksiyaların təsviri *.h genişlənməsi olan başlıq fayllarda (ing. header file) saxlanılır (DevC++ proqramı üçün C:\Dev-Cpp\include qovluğu).

  • Başlıq faylların qoşulması üçün preprosessorun #include direktivindən (göstərişindən) istifadə olunur. Faylın adı künclü mötərizələr ( < … >)arasında yazılır. Künclü mötərizələr içində boşluq olmamalıdır. Hər yeni başlıq faylın qoşulması üçün yeni #include direktivdən istifadə etməklazımdır.

  • Məlumatları ekrana çıxartmaq üçün printf funksiyasından istifadə olunur. Yuxarıdakı misalda bu funksiyanın bir parametri var – dırnaqlar arasında yazılmış cümləni ekrana çıxardan sətir.

  • C dilinin istənilən operatordan sonra nöqtəli vergül ( ; ) işarəsiqoyulmalıdır.



Proqramın yerinə yetirilməsi


Proqramı yerinə yetirmək üçün əvvəlcə onu translyator vasitəsi ilə maşın dilinə çevirmək, sonra isə yığıcının köməyi ilə standart funksiyaları qoşub icra olunan faylı yaratmaq lazımdır. Əvvəllər bütün bu əməliyyatları əmrləri ilə yazmaqla bir-bir yerinə yetirirdilər. Hal-hazırda bütün bu mərhələləri birləşdirib və xüsusi proqram təminatı vasitəsi ilə yerinə yetirirlər. Bu cürə proqramlar IDE (ing. Integrated Development Environment), yəni proqramların yaradılması üçün inteqrasiya olunmuş mühit adlanırlar. IDE-ya daxildir:



  • mətnredaktoru;

  • translyator;

  • yığıcı;

  • düzəndirici.

Bu mühitdə proqramın mətnini yığıb və bir düyməni basıb proqramı icra etmək olar (əgər proqramda səhv yoxdur).
DevC++ mühitində proqramı icra etmək üçün F9 düyməsi basılmalıdır. Əgər proqramda səhvlər varsa, onda DevC++ ekranının aşağı hissəsində səhvlər haqqında məlumatlar əks olunacaqdır. Əgər bu sətirlərdən birini seçsək, onda proqramda səhv olduğu sətir seçilir.
Səhvləri aşkar etdikdə aşağıdakıları nəzərə almaq lazımdır:

  • çox vaxt səhv həmin sətirdə yox, ondan əvvəlki sətirdə olur. Ona görə də o sətri də yoxlamaqlazımdır.

  • çox vaxt bir səhv nəticəsində digər səhvlər dəyaranır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin