Əhalinin həyat səviyyəsi dedikdə, insanın yaşaması üçün zəruri sayılan, maddi və mənəvi nemətlərlə onun təmin edilməsi, habelə müxtəlif təyinatlı tələbatlarının ödənilməsi başa düşülür. Deməli, həyat səviyyəsi anlayışı, əhalinin əmək (iş), yaşayış (məişət) və istirahət (dincəlmək) kimi cəhətlərinin kompleksindən ibarətdir.
Həyat səviyyəsi anlayışı, bir tərəfdən insanların tələbatlarının inkişaf səviyyəsini, digər tərəfdən isə həmintələblərin kəmiyyət baxımından necə ödənildiyini göstərir.Aydındır ki, həyat nemətlərinin tərkibi çox müxtəlif və rəngarəngdir. İnsanlara çox şey lazımdır və ümumiyyətlə onun tələbatı hüdudsuzdur. Şair demişkən, «arzunun özündən doğur arzular!». Eyni zamanda, ölkədən, iqlim şəraitindən, coğrafi mühitdən, milli mentalitetdən asılı olaraq, əhalinin və ayrı-ayrı insanların tələbatları dəyişir. Şübhəsiz, əhalinin həyat səviyyəsi göstəricilərinin dəyişməsi, onun yüksələrək yaxşılaşması və aşağı düşərək pisləşməsi ilk növbədə - iqtisadi sistemdən, orada həyata keçirilən sosial siyasətdən, ümumiyyətlə dövlətin iqtisadi siyasət strategiyasından, insanlar haqqında necə qayğı göstərilməsindən xeyli asılıdır.
BMT-nintövsiyəsi ilə həyat səviyyəsi anlayışı aşağıdakı 12 qrup göstərici əsasında müəyyənləşir: Əhalinin demoqrafik vəziyyəti.
Bütün sivil dövlətlər çalışırlar ki, həyata keçirdikləri sosial-siyasət xətti vasitəsilə, ölkə əhalisinin müxtəlif təbəqələrinin yaşayış şəraitindəki fərqləri «yumşaltsınlar».
Bunun üçün bütün sivil ölkələrdə yaşayış minimumu müəyyən olunur.