C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə78/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   114
C fakepathelave vesait

Dərəcələr

Gəlirlər

Ümumi gəlirdə payları

Ən aşağı 20%

24.000 dollara qədər

4,2 faiz

Aşağı 20%

41.127 dollara qədər

9,7 faiz

Orta 20%

62.500 dollara qədər

15,4 faiz

Yüksək 20%

94.150 dollara qədər

22,9 faiz

Ən yüksək 20%

100.000 dollardan çox

47,8 faiz



Müqayisə üçün göstərmək olar ki, Almaniyada ən aşağı həyat səviyyəsinə daxil edilən ölkə əhalisinin ümumi gəlirlərdə payı 9 faiz və ən yüksək həyat səviyyəsi qru­pu­na daxil edilən ailələrin ölkənin ümumi gəlirlərində payı 37,1 faiz təşkil etmişdir. Bu rəqəmlər müvafiq surətdə Ka­nadada 7,5 və 39 faiz, Rusiyada 7,4 və 40 faiz, Braziliyada 2,5 və 64,2 faiz, Çilidə 3,5 və 61,0 faiz, İngiltərədə 7,1 və 39,8 faiz, Çində 5,5 və 47 faiz, Azərbaycanda təxminən 16-21 və 5-8 faizdir. 2011-ci ilin məlumatlarına əsasən res­pub­likada minimum əmək haqqı 85 manat, orta aylıq əmək haqqı 350 manat, hər nəfər ailə üzvünə düşən gəlir isə 180 manat olmuşdur.
Ümumiyyətlə hər hansı bir cəmiyyətdə, əhalinin gə­­lir­ləri, ölkənin milli məhsulunun bölgüsünün müəyyən bir hissəsidir ki, həmin hissə əhaliyə çatır. Bu gəlir müx­təlif sahələrdə çalışan insanların öz əməyi, zəhməti, səyi nə­­ticəsində əldə etdiyi məhsul yaxud puldur.
Əhalinin müxtəlif yollarla əldə etdiyi gəlirlər, yəni pul və məhsul (natural) şəkildə olan gəlirləri - ümumi, yaxud məcmu gəlirlər adlanır. Buraya daxildir:

  1. əmək haqqı və əməyin ödənilməsinin digər növ­lə­­ri;

  2. pensiyalar, təqaüdlər və sosial fondlardan digər ödə­­mələr, habelə pulsuz xidmətlər;

  3. sahibkarlıq gəliri, əmanətlər üzrə faizlər, səhm­lər­­dən alman dividentlər, daşınar və daşınmaz əmlak, mül­kiyyətdən alman gəlirlər;

ç) şəxsi yardımçı təsərrüfatlardan götürülən məh­sulun satışından əldə olunan gəlirlər;
d) ailənin ehtiyacları üçün şəxsi yardımçı təsər­rüfatlardan götürülən məhsulların dəyərinin verdiyi gəlir­lər.
Müxtəlif cəmiyyət və iqtisadi sistemlərdə olduğu kimi bazar iqtisadiyyatı şəraitində də qeyri-qanuni surətdə fəaliyyət göstərən istehsal sahələrinin («xəlvəti», yaxud «gizli» iqtisadiyyatın) gətirdiyi, habelə zəhmətsiz yaxud kriminal gəlirlər vardır.
Əhalinin gəlirlərini səciyyələndirmək üçün iqtisadi nəzəriyyədə müxtəlif kəmiyyət və qrafik cizgilərdən istifa­də edilir. Buna misal olaraq, müxtəlif ölkələrin ayrı-ayrı əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabər­sizliyi (fərqləri) ölçmək üçün Lorens əyrisindən (Maks Lorens - ABŞ, 1876-1959); həmin bərabərsizliyin dərəcə­si­ni əks etdirən Cinni əmsalından (Korrado Cinni – İtali­ya, 1884 - 1945) və əhalinin müəyyən təbəqələrinin gəlir­lə­ri­­nin öz nisbi sabitliyini qoruyub saxlaya bilməsi haq­qın­­da «Pareto qanunun»dan (Bilfredo Pareto- İtaliya, 1848-1923) istifadə olunur.
Lorens əyrisi, Cinni əmsalı, Pareto qanunu öz əksi­ni aşağıda verilmiş sxemdə tapmışdır:



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin