C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə91/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   114
C fakepathelave vesait

Bretton - Vuds valyuta sistemi. Razılaşdırılmış valyuta məzənnəsi sistemi kimi səciyyələnən bu sistemin tətbiqi, beynəlxalq aləmdə valyuta münasibətləri sahə­sin­də yeni tarixi şəraitə uyğun dəyişikliklərin əsasını qoy­muşdu.
1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində ke­çi­ril­miş konfransda, Beynəlxalq Valyuta Fondu yaradılaraq qəra­ra alınmışdır ki, indidən belə beynəlxalq hesab­la­ma­larda "dünya pulu" rolunu oynayan qızılla yanaşı dollar və funt sterlinq də, ehtiyat valyuta kimi eyni hüquqlu valyuta rolunda tədavüldə iştirak etsin. Həmin konfransda razı­laşdırıldı ki, dövlətlərarası ödəniş və hesablaşmalarda 1 unsiya (31,1 qram) qızılın qiyməti rəsmi olaraq 35 dollara bərabər tutulsun. Bu ikili standart (qızıl-dollar) valyuta sistemi beynəlxalq hesablaşmalarda XX əsrin 70-ci illə­rinə qədər davam etmişdir. Bu yeni beynəlxalq valyuta sis­teminin mahiyyəti aşağıdakılardan ibarət idi:

  • qızılın dünya pulu kimi rolu saxlanmaqla yanaşı, ABŞ və İngiltərənin milli valyutaları sayılan dollar və funt sterlinq də, beynəlxalq hesablaşmalarda ödəniş (tədiyyə) vasitəsi kimi işlədilmək hüququ qazandı;

  • bütün ölkələrin milli valyutalarının qızıl tərkibi və on­ların məzənnəsi dollar əsasında müəyyənləşdirilir, dol­larla qızıl arasındakı nisbət isə 1 unsiya qızıl 35 dol­la­ra, yaxud 1 dolların qızıl tərkibi (31,1 qram: 35 dollar = 0,888 qram) təxminən 1 qrama yaxın müəyyən olundu;

  • beynəlxalq hesablaşmalar yalnız xarici bankların və dövlət orqanlarının (təşkilatlarının, idarələrinin) tələbi ilə aparıla bilərdi;

  • bu sazişi imzalayan dövlətlər öz üzərilərinə gö­tü­rürdülər ki, milli valyutalarının məzənnəsini birtərəfli qay­dada dəyişməyəcəklər.

Birləşmiş Millətlər Təşkilatının dünyanın maliyyə-valyuta münasibətləri mexanizminə dair Beynəlxalq Val­yu­ta Fondunun tövsiyyələri əsasında ABŞ-ın Bretton-Vuds şəhərində müəyyənləşdirdiyi yeni prinsiplər, əslində beynəlxalq valyuta sisteminin dövlətlərarası tənzimlən­mə­si­nə yönəlmişdi. Beynəlxalq valyuta sistemini daha işlək və dəyişən dünyanın real tələblərinə uyğunlaşdırmaq məq­sə­dinə yönəldilmiş bu addım, eyni zamanda ölkələr ara­sın­da ticarət əlaqələrinin genişləndirilməsini, dövlətlərarası hesablaşmaların asanlaşdırılmasını da nəzərdə tuturdu.
Şübhəsiz, Bretton-Vuds beynəlxalq valyuta siste­mi­nə keçid, o zaman dünyanın qızıl ehtiyatlarının 1/3 his­səsinə malik olan ABŞ milli pul vahidi dolların mövqeyini daha da möhkəmləndirir və nüfuzunu xeyli yüksəldirdi. Təsadüfi deyildir ki, o zaman Sovet İttifaqı həmin sazişi imzalamamış və ona qoşulmamışdı.
Ötən əsrin 50-60-cı illərində dünya ölkələrinin iqti­sadi-sosial inkişafının ümumi mənzərəsində baş verən kök­lü dəyişikliklər, əvvəlki müstəmləkə ərazilərinin müs­təqil tərəqqi yoluna çıxması, iqtisadi-ticarət əlaqələrinin sürətlə genişlənməsi, kapitalın hərəkətinin intensivləşməsi prosesi, Bretton-Vuds valyuta sisteminin beynəlxalq təmi­nat­çılarından (qarantlarından) biri olan ABŞ-ın ümumi ödəniş (tədiyyə) balansında ciddi çətinliklər, böyük kəsir (defisit) yaratmışdı. Tədricən başqa ölkələrdə toplanmış xey­li məbləğdə kağız pullardan ibarət dollar kütləsi, on­la­rın qızıla dəyişdirilməsi nəticəsində, ABŞ-dan qızıl axınını təhlükəli bir həddə çatdırdı.
Yaranmış və getdikcə kəsginləşən belə bir xoşa­gəl­məz maliyyə vəziyyətinin perspektivdə daha mürəkkəb problemlər yaradacağının, habelə ABŞ-m qızıl ehtiyat­la­rının başqa ölkələrə axınının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirildi. 1971-ci il avqust ayının 15-də ABŞ prezidenti Riçard Nikson, dolların qızıla bərabər tutulmasının qarşısını aldı. ABŞ hökuməti, dolların qızıla müəyyən nisbətdə bərabər (ekvivalent, paritet) tutulması qaydasından rəsmi imtina etdi. Beləliklə, 27 il davam et­miş 35 dolların 1 unsiya qızıla dövlətlərarası hesablaşma­lar­da sərbəst surətdə, rəsmi qaydada dəyişdirilməsi ləğv edildi.
Sonrakı 1971-1975-ci illərdə, Bretton-Vuds beynəl­xalq valyuta məzənnə sistemi tamamilə dağıldığından, dünya iqtisadi-ticarət əlaqələrində bir sıra çətinliklər ya­ran­dı.
Nəhayət, 1976-cı ildə Yamayka dövlətinin paytaxtı Kinqston şəhərində keçirilmiş beynəlxalq konfransda, rəsmi razılaşmalar əsasında beynəlxalq valyuta məzən­nə­sinin "üzən", yaxud "enib-qalxan" yeni sistemi qəbul olundu. Bu sistemə əsasən qızılın qiyməti, adi əmtəələrdən biri kimi beynəlxalq bazarda, həmin qiymətli metala olan tələb-təklifdən asılı olaraq formalaşmalı idi. "Üzən", yaxud "idarə olunan" valyuta məzənnəsi sistemi bu bey­nəl­xalq valyuta məzənnə sisteminin tətbiq edilməsi, dün­ya­nın dəyişmiş iqtisadi-ticarət və valyuta münasibətləri şəraitində, dövlətlərə daha çevik tədbirlər həyata keçir­mək, ölkənin tədiyyə balansının tarazlığını təmin etmək, milli maliyyə sistemlərinin işini təkmilləşdirmək imkanı yaradırdı.
Dollar və funt sterlinq kimi milli valyutaların qızıla uyğunlaşdırılması (bərabərləşdirilməsi) prinsipi ləğv edil­dik­dən sonra Beynəlxalq Valyuta Fondunun üzvü olan dövlətlərin ümumi qızıl ehtiyatlarının 1/6 hissəsi həmin ölkələrə qaytarıldı. Eyni zamanda yerdə qalan qızılın 1/6 hissəsi valyuta hərracında satıldı. İlk vaxtlar bu hadisə sər­bəst bazarda qızılın qiymətinin artmasına səbəb oldu.
O dövrdə Beynəlxalq Valyuta Fondunun təklif etdiyi metodikaya əsasən, beynəlxalq hesablaşmalar üçün sərbəst valyutanın dəyərinin quruluşu - ABŞ, Almaniya, Yaponiya, İngiltərə və Fransa kimi 5 aparıcı dövlətin "val­yuta səbəti" əsasında, onların bütün ehtiyat aktivləri bazasında müəyyənləşmişdi. Bu ümumi valyuta səbətində ABŞ dollarının xüsusi çəkisi 42%, Almaniya markasının payı 14%, Yaponiya iyeninin payı 15%, İngiltərə funt sterlinqinin payı 12%, Fransa frankının payı 12% müəy­yən­ləşdirilmişdi. Sonralar isə bu göstərici 4 ölkənin val­yu­tası əsasında hesablanır və hazırda onların hər birinin xüsusi çəkisi təxminən belədir: dollar - 45%, avro - 29 %, iyen - 15%, funt sterlinq - 11%.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin