C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə6/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait

Əvvələn, son 200 il ərzində dünya əhalisinin sayı bir neçə dəfə artaraq, 7 milyard nəfərə yaxınlaşır. Bu amil, şübhəsiz təkrar istehsal prosesinin əvvəlki dövrlərə nisbə­tən müvafiq surətdə artırılmasını tələb edir ki, cəmiyyət üzvlərinin artmaqda olan ehtiyaclarını ödəmək mümkün olsun. İnsanların maddi-mənəvi tələbatlarının yalnız kə­miy­yətcə deyil, həm də keyfiyyətcə yüksəldiyi nəzərə alı­narsa, istehsalın geniş təkrar prosesi istiqamətində geniş­lən­dirilməsi zərurəti aydın olar. Sonra, geniş təkrar isteh­salın daha yeni və mükəmməl maddi-texniki baza əsasın­da, səmərəli yollarla həyata keçirilməsi elmi-texniki fikrin inkişafını, habelə bu işə xeyli vəsait yönəldilməsini tələb edir. Elm və texnikanın nəzəri müddəalarının praktik nəticəsi olan yeni istehsal vasitələrini, maşınları, dəzgah­ları, avadanlıqları, texnoloji prosesləri idarə etmək üçün ixtisaslı, peşəkar kadrlar hazırlamaq lazım gəlir. Daha sonra, geniş təkrar istehsal prosesi müvafiq infrastruktura və xidmət dairəsinin (nəqliyyat, ticarət, səhiyyə, kommu­nal təsərrüfatı, digər xidmətlərin) formalaşdırılmasını zə­ru­ri bir şərt kimi irəli sürür. Daha sonra, ölkənin milli təhlükəsizliyinin (ərzaq və hərbi) təmin edilməsi, habelə bununla yanaşı digər problemlərin həlli, geniş təkrar istehsal prosesinin cəmiyyətin müasir inkişaf səviyyəsində nə qədər vacib olduğunu göstərir. Nəhayət, müasir inteq­ra­siya prosesləri və vahid dünya təsərrüfat sisteminin for­malaşdığı, bəşəriyyətin qlobal problemlərlə üzləşdiyi bir şəraitdə, nəinki milli iqtisadiyyatlar, habelə planet miqya­sında geniş təkrar istehsal prosesini ictimai əmək bölgüsü və kooperasiya təməlində həyata keçirmək tələb olunur.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin