təklif amilləri: a) təbii resursların kəmiyyət və keyfiyyət artımı; b) əmək resurslarının kəmiyyət və keyfiyyət artımı; c) əsas kapitalın təklifinin (həcminin) artımı; ç) texnoloji tərəqqi.
İqtisadi artımın bu 4 təklif amili, ölkənin ümumi daxili məhsulunun (ÜDM) və milli iqtisadiyyatın potensialının artmasının fiziki, intellektual, texniki-texnoloji şərtlərini təşkil edir.
tələb amilləri:a) təklif amilləri sayəsində istehsalın artan həcmi, ölkənin ev təsərrüfatları, biznes və dövlət orqanlarının müxtəlif təyinatlı tələblərini öz növbəsində yüksəltməli, yəni onların məhsul-xidmətlərə sərf etdikləri məcmu xərcləri çoxaltmalıdır; b) istehsal və əmək resurslarının bölgüsü, habelə istifadəsi onlardan faydalanmağın yüksək səmərəlilik səviyyəsini təmin etməlidir.
İqtisadi artımın bu iki tələb amili, istehsalın genişlənən həcminin həm daxili bazarda,həm də məhsul və xidmətlərin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi sayəsində xarici bazarlardareallaşdırılması (satışı və ixracı) imkanlarını müəyyənləşdirir. Aydındır ki, yalnız istehsalın təklif etdiyi məhsul və xidmətlərin ölkə daxilində, habelə beynəlxalq miqyasda mövcud tələblərə cavab verərək onları təmin etməsi, iqtisadiyyatın gələcək inkişafı üçün etibarlı zəmin yarada bilər. Başqa sözlə, istehlakçıların məcmu xərclərinin artım tempi, ölkənin milli gəlirinin artım tempindən aşağı olmamalıdır. Əks halda, bu iqtisadi tarazlığın pozulması, iqtisadi inkişafın artımı templərinin zəifləməsi, işsizlik və inflyasiya prosesləri ilə nəticələnə bilər. İstehsalın tələb və təklif amilləri arasında olduğu kimi, eyni zamanda bu amillərlə onların cəmiyyət miqyasında səmərəli bölgüsü, qənaətlə istifadəsi, ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım templəri, ictimai istehsalın son faydalılığı arasında sıx əlaqə, habelə qarşılıqlı asılılıq vardır. Cəmiyyətdə iqtisadi artım o zaman mümkündür ki, təklifin yuxarıda qeyd olunmuş 4 amili, istehsal imkanlarının mövcud hüdudlarını daha da genişləndirərək, onun yüksəliş templərini təmin etsin. Bu prosesi qrafik sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: