C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel
Buradan aydın olur ki: ÜDM=C+İ(q)+Ç+X (n) və ÜDM=ƏH+R+F+M Məlumdur ki, ümumi daxili məhsul (ÜDM) - son nəticə etibarilə ümumi ekvivalent sayılan pulla (dollarla, avro ilə, rublla, manatla) hesablanır. Lakin bazarda tələblə-təklifin yaratdığı dəyişkən qiymətlər şəraitində inflyasiya (qiymətlərin ümumi səviyyəsinin artımı), yaxud deflyasiya (qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi) nəticəsində, ölkənin ÜDM-un düzgün hesablanmasında müəyyən dəqiqsizliklər, çətinliklər baş verir. Ona görə də iqtisadiyyatın makroiqtisadi göstəricisi sayılan ÜDM-un nominal və real anlayışlarından istifadə etmək zərurəti yaranır. Nominal ÜDM ölkədə istehsal olunmuş əmtəələrin və göstərilmiş xidmətlərin cari, yəni dəyişən bazar qiymətləri ilə ölçülüb-dəyərləndirilməsidir. Real ÜDM isə ölkədə istehsal olunmuş əmtəələrin və göstərilmiş xidmətlərin konkret bir baza ili, yəni əvvəlki ilə nisbətən, yaxud beş il, on il, indikindən əvvəlki dövrə nisbətən müqayisəli dəyərləndirilib qiymətləndirilməsidir. Bu iki qiymət meyarı arasındakı fərq - deflyator adlanır və Ölkənin nominal (cari, dəyişən qiymətlərlə hesablanan) ümumi daxili məhsulu ilə onun real (əvvəlki müəyyən bir baza ilinin müqayisəli qiymətləri ilə hesablanan) ümumi daxili məhsulun arasındakı kəmiyyət, yaxud faiz fərqini aydınlaşdırmaq üçün qiymət indeksi anlayışından istifadə olunur. Qiymət indeksi belə hesablanır: Bu nisbətin səviyyəsi hər hansı bir ölkədə baş verən inflyasiyanı, yəni müqayisə olunan dövr ərzində qiymətlərin bahalaşmasını, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsini, bəzən isə əks prosesin, yəni qiymətlərin aşağı düşməsinin (deflyasiyanın) baş verdiyini göstərir. Yüklə 2,89 Mb. Dostları ilə paylaş: |