C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə2/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait

əvvələn, müxtəlif ölkələrdə iqtisadi inkişaf və onun artım sürətinə, ümumi milli məhsulun natural həc­mi­nə və dəyərinə, milli gəlirə, investisiya qoyuluşlarına, əha­li­nin və şirkətlərin gəlirlərinə, habelə onların yığımına dair statistik məlumatlarının, müqayisəli ümumiləşdirici gös­tə­ri­cilərin toplanıb təhlil olunması, eyni zamanda bu əsasda Milli Hesablar Sisteminin yaradılması zəruriliyinin rəsmi dairələr (hökumətlər) tərəfindən dərk olunması;

  • sonra, 1929-1933-cü illərdə ABŞ-da dünya iqti­sa­di böhranı («böyük depressiya») göstərdi ki, baş verən prosesləri və onun inflyasiya, işsizlik, istehsalın kəskin surətdə aşağı düşməsi, investisiyaların azalması, xarici ti­ca­rət əlaqələrinin məhdudlaşdırılması, əhalinin həyat sə­viy­yəsinin pisləşməsi, cəmiyyət miqyasında sosial zid­diy­yət­lərin kəskinləşməsi kimi ağır nəticələrini, klassik – neo­klassik nəzəriyyələrin kapitalizmin «özü-özünü tən­zim­ləməsinə» dair müddəaları ilə izah etmək mümkün deyildir. Eyni zamanda yaranmış vəziyyətdən necə çıx­maq və gələcəkdə baş verə biləcək bu tipli proseslərin qarşı­sını almaq üçün hansı tədbirlərin hazırlanması zəru­riliyinə cavab tapmaqda, mikroqtisadi təhlil mövqeyində duran klassik - neoklassik məktəb nümayəndələrinin elmi-nəzəri baxışlarının acizliyi;

    - nəhayət, toplanmış məlumatların elmi təhlili və ümumiləşdirilməsi nəticəsində, iqtisadi inkişafın enib-qalxan dövrü (tsikl) xarakter daşıyan qanunauyğunluqları ölkənin, habelə dünyanın təsərrüfat həyatının işgüzar fəallığının kəskin surətdə dəyişməsinin qarşısını almaq üçün dövlətin, onun müvafiq orqanlarının cəmiyyətin iqtisadi problemlərinə qarışmasının (müdaxiləsinin) nəzəri cəhətdən əsaslandırılması zəruriliyinin irəli sürülməsi.
    Müasir makroiqtisadi nəzəriyyənin banisi və yara­dı­cı­sı görkəmli ingilis iqtisadiyyatçısı Con Meynard Keyns (1883-1946) olmuşdur. Bütün dövrlərin və xalqların ən bö­yük iqtisadçılarından biri sayılan Keyns, iqtisadiyyatda baş verən qeyri-sabitliyin, dəyişkən meyllərin, zəruri enib-qalxmaların səbəblərini aydınlaşdırmaqla yanaşı, bunların aradan qaldırılması yollarını nəzərdə tutan müəyyən döv­lət proqramlarının ardıcıllıqla həyata keçirilməsinin vacib­li­yini əsaslandırmışdır. Müxtəlif mövqelərdən tənqid edil­mə­sinə baxmayaraq, «XX əsrin iqtisadi fikrinin ən mühüm nailiyyətlərindən biri sayılan» (Pol Samuelson) makroiq­ti­sa­di nəzəriyyə həqiqətən aydınlaşdırdı ki, iqtisadi sarsın­tıların qarşısını almaq, yaxud onların pozucu təsir gedişini «yumşaltmaq» üçün dövlət tənzimlənməsi siyasəti səviy­yə­sində hansı tədbirlərin həyata keçirilməsi məqsədə­uy­ğundur. Yalnız həmin tədbirlər sisteminin düşünülmüş və ardıcıllıqla reallaşdırılması, ölkənin çoxsahəli təsərrüfat həyatının uzunmüddətli tarazlı inkişafını təmin edə bilərdi.
    C.M.Keynsin makroiqtisadiyyata dair nəzəri ide­ya­la­rı, onun «Məşğulluğun, faizin və pulun ümumi nəzəriy­yəsi» (1936) kitabında irəli sürülüb, hərtərəfli əsaslan­diril­mışdır. Bu nəzəriyyənin təməlini aşağıdakı yeni fikirlər və ideyalar təşkil edirdi:
    - bazar münasibətləri iqtisadi sistemin özünü tən­zim­ləyə bilməsi haqqında klassik və neoklassik nəzəri ba­xış­lardan imtina olunurdu;
    - iqtisadi inkişaf, onun templərinin formalaşma­sın­da tələbin həlledici rol oynadığı faktı vurğulanaraq, fransız iqtisadiyyatçısı J.B.Seyin bazarda «təklif tələb yaradır» məşhur qanunu tənqid edilirdi;
    - milli iqtisadiyyatın vahid bir sistem kimi fəaliyyət göstərməsi şəraitində, onun ayrı-ayrı sahələrinin problem­lərinin özünəməxsus cəhətlərinin həmin sistemin ümumi fəaliyyəti üçün həlledici əhəmiyyət daşımadığını, (məsə­lən, şəxsi və ümumi maraqların üst-üstə düşməməsi məna­sın­da, «yığım paradoksu (möcüzəsi, fenomeni)» psixoloji qanunu timsalında) fərdi yığımdan fərqli olaraq, milli yı­ğı­­mın konkret investisiyalara çevrilmədikcə, ölkənin milli sərvətini artırmadığını əsaslandırmışdı.
    Makroiqtisadi nəzəriyyədə istehsalçılarla (satıcı­lar­la, təkliflə) istehlakçıların (alıcıların, tələbin) qarşılıqlı vəh­dəti nəzərdə tutulur. Lakin bu qarşılıqlı asılılıq prose­sin­də ağırlıq mərkəzi iqtisadi resurslara təklifdən tələbə və onun sabitliyinə yönəldilmişdir. Deməli, bu nəzəriyyənin mərkəzində səmərəli tələb və ölkənin milli gəlirinin artı­rıl­ması qanunauyğunluqlarının təhlili durur. Bu nə­zə­riy­yə iqtisadiyyatın ümumiləşdirilmiş göstəriciləri üzərində qu­rul­duğundan, ayrı-ayrı əmtəələr, xidmətlər, istehsal amil­lə­ri bazarı deyil, vahid milli bazar və vahid alıcı məna­sın­da - məcmu tələb, habelə məcmu təklif anlayışları həll­edi­ci əhəmiyyətə malikdir.
    Məcmu (ümumi) tələb dedikdə, müxtəlif qiymətlər səviyyəsində əmtəə və xidmətlərə olan tələbin ümumi həcmi başa düşülür. Məcmu təklif dedikdə isə, müxtəlif qiymətlər səviyyəsində bazara çıxarılacaq, alıcılara təklif olunan əmtəə və xidmətlərin ümumi həcmi (kəmiyyəti, miq­darı) nəzərdə tutulur.
    Keynsin makroiqtisadi təlimində ölkənin təsərrüfat həyatının müxtəlif bölmə və sahələrinin tarazlığı proble­mi­nə də əhəmiyyətli yer verilmişdir. Makroiqtisadi taraz­lıq milli iqtisadiyyatın ümumiləşdirici göstəricilərinin bir-birindən asılılıq vəziyyətini və optimal nisbətlərini əks et­dirir. Bu halda istehsal olunmuş məhsul və xidmətlər tam reallaşdırılır, tələblər isə ödənilir. Deməli, iqtisadi ta­raz­lıq ideyası ölkənin əmtəə-xidmətlər axını ilə pul (gə­lir­lər) axını hərəkətinin qarşılıqlı surətdə bir-birinə uyğun­luğunu nəzərdə tutur.
    Bu problemin öyrənilməsilə vaxtilə A.Smit, L.Val­ras, J.B.Sey, A.Marşall və başqaları məşğul olsalar da, şübhəsiz, L.Valrasın rolu xüsusi qeyd olunmalıdır. Onun fikrincə, bazar iqtisadiyyatı həmişə tarazlı inkişafa meyl edir və onun müxtəlif sahələri arasında qarşılıqlı əlaqələr mübadilə (alqı-satqı) yolu ilə həyata keçirilir. A.Marşall isə bu qarşılıqlı tarazlığı məcmu tələb və məcmu təklif (MT-MT, yaxud AD-AS) şəklində göstərmişdir. Keyns bu mövqelərin məhdudluğuna diqqəti cəlb edərək, makroiq­ti­sa­di tarazlığın təmin olunması üçün təkcə bazarın daxili, özü-özünü tənzimləmək mexanizminin imkanlarından de­yil, eyni zamanda dövlətin iqtisadiyyatı tənzimləməsi va­si­tə­lərindən də istifadə edilməsinin zəruriliyini əsaslan­dır­mışdır. Keynsin davamçıları AD - AS modelini daha da tək­milləşdirərək, onu IS - LM, yəni investisiyalar - yığım-likvidlik (satış) - pul şəklində göstərmişlər.
    Şübhəsiz, makroiqtisadi tarazlıq ideyası mütləq mə­na­da reallaşdırıla bilməsə də, lakin ölkənin təsərrüfat hə­ya­tında ona doğru irəliləyişə xidmət edən tədbirlər sis­te­mi­nin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi zə­ru­ridir.


      1. Yüklə 2,89 Mb.

        Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin