C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə5/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait

Nəhayət, keçid dövrü, milli iqtisadiyyatın artım tempinə təsir edən amillər, iqtisadi artımın forma və tipləri, gəlirlər və əhalinin həyat səviyyəsi, beynəlxalq valyuta münasibətləri, iqtisadi inteqrasiya və müasir qloballaşma prosesləri işıqlandırılmışdır.
II FƏSİL. TƏKRAR İSTEHSAL PROSESİ VƏ
İQTİSADİ ARTIM


2.1.Təkrar istehsal prosesinin mahiyyəti və formaları

Müxtəlif cəmiyyətlərin formalaşıb inkişaf etməsi üçün ictimai əmək bölgüsü əsasında maddi nemətlərin və xid­mətlərin fasiləsiz təkrar istehsal prosesi hökmən baş ver­məlidir. Çünki hər bir cəmiyyət və onun üzvləri fərdi-ictimai tələbatlarını ödəmədən yaşaya bilmədiyi kimi eyni zamanda təkrar istehsal prosesini həyata keçirmədən so­sial-iqtisadi tərəqqi yolları ilə irəliləyə bilməz.


İstehsal prosesi dedikdə, insanların müxtəlif təyi­natlı tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradıl­ması, hazırlanması və xidmətlərin göstərilməsi başa duşu­lür. Təkrar istehsal prosesi isə cəmiyyətin çoxcəhətli tə­sər­rüfat əlaqələrinin qarşılıqlı axın halında daimi hərə­kəti və fasiləsiz yeniləşməsidir. İqtisadi artım, müəyyən bir vaxt (məsələn 1 il ərzində) milli iqtisadiyyat, yaxud dün­ya miqyasında istehsal olunmuş əmtəələrin və göstərilmiş xidmətlərin əvvəlki müvafiq dövrə nisbətən müqayisəli həcmidir.
İctimai xarakter daşıyan təkrar istehsal prosesi, cə­miy­yətdəki ayrı-ayrı istehsalçıları, yaxud çoxsaylı təsər­rüfat subyektlərini (ev təsərrüfatlarını, sahibkarları, dövlə­ti, xarici investorları) vahid bir fəaliyyət – istehsal–xid­mət dairəsində birləşdirir. Bu proses özündə istehsal, böl­gü, mübadilə, istehlak mərhələlərini məntiqi və tex­noloji ardıcıllıqla əhatə edərək, onların bir-biri üçün şərt olmasını, habelə tamamlanmasını nəzərdə tutur. Cəmiy­yətin yaşayıb və normal fəaliyyət göstərməsi naminə tək­rar istehsal prosesi gedişində əmtəə-xidmətlərin, iş qüv­və­sinin, istehsal münasibətlərinin təkrar istehsalı zəru­ridir.
Bütövlükdə istehsal ayrı-ayrı bölmələrə, sahələrə, yarımsahələrə, yardımçı istehsallara bölünür. Bəzən bu təsərrüfat sahələri yanacaq-energetika, aqrar sənaye, hərbi müdafiə kompleksi, xidmət dairəsi kimi qruplaşdırılır.
BMT-nin təsnifatına görə iqtisadiyyatın maddi is­teh­sal və qeyri-istehsal kimi 2 sahəyə: maddi nemətlər, maddi xidmətlər və qeyri-maddi (mənəvi) xidmətlər kimi 3 bölməyə ayrılması qəbul olunmuşdur.
İqtisadiyyatın birinci bölməsi kənd təsərrüfatını, me­­şə təsərrüfatını, ovçuluq və balıqçılığı əhatə edir. İkinci bölməyə sənaye, energetika, tikinti sahələri daxildir. Üçün­cü bölmə xidmət sahələrini (nəqliyyatı, rabitəni, ticarəti, elmi təhsili, səhiyyəni, maliyyə-kredit sistemini, mədəniyyəti, mənzil-kommunal təsərrüfatını, sosial-təmi­natı, ictimai-iaşəni, turizmi, bank-sığorta müəssisələrini, bə­dən tərbiyəsi və idmanı, dövlət və ictimai təşkilatları) özündə birləşdirir.
İqtisadi nəzəriyyə real və maliyyə (pul) bölmələrini (sektorlarını) bir-birindən fərqləndirir. İqtisadiyyatın real bölməsində əmtəələr hazırlanır, maliyyə bölməsi isə real sektora xidmət göstərir.
Təkrar istehsal prosesi bütün cəmiyyətlərdə sadə və geniş kimi iki formada həyata keçirilmişdir. Sadə təkrar istehsal müəyyən vaxt (adətən 1 il) ərzində istehsalın əv­vəl­ki həcmdə təkrarı prosesidir. Bu proses nəticəsində hazır­lanmış əmtəə-xidmətlər cəmiyyət tərəfindən tama­milə sərf olunaraq, istehlaka yönəldilir. Sadə təkrar isteh­sal forması, sərbəst (kapitalist) sahibkarlıq fəaliyyətinin meydana çıxmasından əvvəlki dövrlər üçün səciyyəvi ol­muşdu. Bu vəziyyət müxtəlif ölkələrdə XVI-XVIII əsrə qə­dər davam etmişdir.
Cəmiyyət tarixində iri müharibələr, təbii fəlakətlər, kütləvi xəstəliklər dövrü baş verən iqtisadi geriləmələr və təsərrüfat həyatının tənəzzülünü nəzərə almasaq, ictimai istehsal həmişə artmağa doğru meyl etmişdir.
Lakin azad sahibkarlıq fəaliyyətindən əvvəlki dövr­lərdə istehsalın təkrarı elə hüdudlar daxilində həyata keçi­ril­mişdir ki, iqtisadi nəzəriyyə elmi onu sadə təkrar isteh­sal prosesi kimi qiymətləndirir.
Böyük coğrafi kəşflərdən sonra dünyanın müxtəlif qitələri və ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin sü­rət­lə genişlənməsi, əhalinin təbii artımı, cəmiyyətin isteh­sal və istehlak xarakterli tələblərinin çoxalması, elmi-texniki sahələrdəki irəliləyişlər, geniş təkrar istehsal pro­se­sini zəruri etdi.
Geniş təkrar istehsal - sadə təkrar istehsal prose­sin­dən fərqli olaraq, mövcud istehsalın əvvəlki dövrə nisbə­tən müqayisəli sürətdə mütləq göstəricilərlə, yaxud faizlə artmasını nəzərdə tutur. Əgər sadə təkrar istehsal gedişin­də, müəyyən istisnalarla məhsulların əksəriyyəti, hətta ha­mı­sı istehlaka gedirdisə, geniş təkrar istehsalda istehlak­dan başqa, hökmən yığım fondu (hissəsi) ayrılaraq, isteh­salın genişləndirilməsinə yönəldilməsi tələb olunur.
Cəmiyyətin əldə etdiyi məhsulun və yaratdığı sər­vət­lərin düşünülmüş surətdə yığıma ayrılaraq, istehsalın gə­ləcək inkişafına yönəldilməsinin bir sıra səbəbləri var­dır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin