4. CƏMİYYƏTLƏRİN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ
Hər bir ictimai məktəb bir qayda olaraq, cəmiyyətlərin tərəqqi və yüksəlişi, onların tənəzzül səbəbləri barəsində fikirlər irəli sürürlər. Hər hansı bir məktəbin, hansı şeyləri tərəqqi və hansıları tənəzzülə səbəb bilməyi cəmiyyətə, tarixə, hərəkatlara və tənəzzülə baxış formasını təyin edir.
Qurani-kərimdə – xüsusilə də, hadisə və əhvalatların nəqlində – bu mövzuya fikir verilir. Baxaq görək, Quran bazis nəzəri verir, yoxsa üstqurum nəzəri? Daha dəqiqi: Quran nələri əsas və bazis, nələri isə ikinci dərəcəli və üstqurum hesab edir? Əsas amil kimi maddi və iqtisadi məsələrə fikir verir, yoxsa etiqadi və əxlaqi məsələlər, yaxud da hər ikisinə eyni və bərabər baxır?
Quranda ümumiyyətlə, yüksəliş və tənəzzül prosesinə təsir edən, dörd amilə rast gəlirik. Bu amillərə qısa şəkildə işarə edərik:
1. Ədalət və ədalətsizlik; Quran bu mətləbi bir çox ayələrdə işıqlandırır. O cümlədən, Qəsəs surəsinin 4-cü ayəsinə işarə etmək olar və biz, istizaf ayəsi bəhsində onun tərcüməsini verdik.
Bu ayədə, Allahlıq iddiasında olan Fironun – o, başqalarına zülm edir, onları öz köləsi sayır, müxtəlif bəhanələrlə insanlar arasında ayrı-seçkilik salaraq onları fərqli tutur və onları bir-birinə qarşı qoyurdu – qüdrət arzusunda olmağından, öz ölkəsinin bəzi insanlarını zəlil etməsi və onların oğlanlarını öldürərək qızlarını saxlamağından söz açdıqdan sonra, onu cinayətkarlardan biri adlandırır. Aydındır ki, «O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi» cümləsi, bu növ ictimai zülmlərin cəmiyyəti, kökündən silkələməsi və məhv etməsinə işarədir.
2. Birlik və ayrılıq (parçalanma); Ali-İmran surəsinin 103-cü ayəsində aşkarcasına, ilahi nura iman və itaət əsasında vahid və müttəhid olmağı, parçalanmaqdan və təfriqədən çəkinməyi əmr edir. Bir ayədən sonra buyurur ki, ixtilaf salan və parçalanan əcdadlarımız kimi olmayın. Ənam surəsinin 153-cü ayəsi də, məna baxımından bu ayəyə çox yaxındır.
Ənam surəsinin 65-ci ayəsində buyurur:
«De ki: «Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin zorunu daddrımağa qadirdir!»...»
Ənfal surəsinin 46-cı ayəsində buyurur:
Dostları ilə paylaş: |