Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


VERGİNİN ƏSAS FUNKSİYALARI



Yüklə 0,73 Mb.
səhifə99/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   95   96   97   98   99   100   101   102   ...   171
DovletMaliyesiEnSonHali2015

8.3.VERGİNİN ƏSAS FUNKSİYALARI


Bazar iqtisadiyyatlı bütün ölkələrdə vergilərdən büdcə münasibətlərinə və mal, iş və xidmət istehsalına birbaşa təsir vasitəsi kimi istifadə olunur. Vergilər vasitəsi ilə dövlət iqtisadi, sosial və digər ictimai problemləri həll edir.
Bu nöqteyi - nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə yetirir:
- fiskal funksiya ;
- bölüşdürücü funksiya;
- tənzimləyici funksiya;
- inteqrasiya edici funksiya;
- nəzarət edici funksiya.
Bu funksiyaları sxematik olaraq aşağıdakı kimi göstərmək olar:



Vergilərin əsas funksiyaları


Fiskal





Tənzimləyici




bölüşdürücü




Nəzarətedici






















Stimullaşdırıcı




Ləngidici




Təkrar istehsal




İnteqrasiya edici

İndi isə bu funksiyaların hər birini ayrı-ayrılıqda araşdıraq.91
Fiskal funksiyası. ”Fisk” latın sözü olub, zənbil deməkdir. Qədim Romada ilk əvvəllər pulların saxlandığı kassa, sonralar imperatorların şəxsi xəzinəsi və nəhayət, gəlir, vergi və digər rüsumların cəmləşdiyi mərkəz fisk adlandırılmışdır. Bu funksiyanın mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin (mənfəətinin) müəyyən his-səsinin dövlət xəzinəsinə cəlb edilməsidir. Vergilərin əsas təyinatı, ümum-dövlət proqramlarının həyata keçirilməsidir. Yerdə qalan funksiyalar isə fiskal funksiya-nın, bir növ törəmələridir.
Bölüşdürücü funksiya. Vergilərin bölüşdürücü funksiyanın mahiyyəti ictimai gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölüşdürülməsindən iba-rətdir. Başqa sözlə, əhalinin güclü təbəqəsinin vergi yükünün ağırlaşdırılması ba-lansına vəsaitlər bu kateqoriyadan əhalinin daha zəif kateqoriyalarına ötürülür. Bölüşdürücü funksiyaya misal olaraq aksizləri, mütərəqqi vergitutmanı göstərmək olar.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində vətəndaşları onların öz nəzarətləri xaricində olan amillərin doğurduğu iqtisadi çətinliklərdən qorunmasını təmin edən geniş sosial müdafiə şəbəkəsi mövcuddur. Sosial müdafiə dedikdə, ilk növbədə cəmiyyətin aztəminatlı üzvlərinə maliyyə yardımını nəzərdə tutan dövlət proqramları nəzərdə tutulur. Bu cür proqramlara işsizliyə görə müavinətlərin veril-məsi, əlilliyə və qocalığa görə pensiyaların verilməsi, pulsuz tibbi xidmətin göstə-rilməsi, pulsuz yaşayış sahələrinin verilməsi və s. daxildir.
Tənzimləyici funksiya. Bu funksiya vergi mexanizmləri vasitəsi ilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir. Bu funksiya vasitəsi ilə vergilər, təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə əhəmiyyətli təsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir, ödəniş qabiliyyətli tələbi artırır və ya azaldır.
Vergilərin tənzimləyici funksiyasını təhlil edərək onun aşağıdakı üç alt funksi-yasını qeyd etmək lazımdır:
- stimullaşdırıcı alt funksiya;
- ləngidici alt funksiya;
- təkrar istehsal alt funksiya;
Stimullaşdırıcı alt funksiya bu və ya digər iqtisadi proseslərin inkişafının təmin edilməsinə yönəlir. O, güzəşt və azadolmalar sistemi vasitəsi ilə həyata keçirilir.
Ləngidici alt funksiya isə əksinə, vergi yükü vasitəsi ilə hər hansı bir iqtisadi prosesin inkişafının qarşısının alınmasına yönəldilir. Bu məqsədlə dövlət müəyyən fəaliyyət növləri üçün yüksək vergi dərəcələri müəyyənləşdirir, kapital ixracına vergi tətbiq edir və s.
Təkrar istehsal alt funksiyası isə istifadə olunmuş ehtiyatların bərpa edilməsinə xidmət edir.
İnteqrasiya edici funksiya. XX əsrin sonlarında vergilər bazar iqtisadiyyatının tənzimlənməsi mexanizmlərində keyfiyyətcə yeni bir funksiyanı yerinə yetirməyə başladılar. Bu, öz əksini xarici iqtisadi münasibətlərin tənzimlənməsində vergilərin inteqrasiya edici funksiyanı yerinə yetirməsində tapmış oldu. Onun meydana çıx-masını şərtləndirən əsas amil dünya təsərrüfat sisteminin inkişafının xarakterik xüsusiyyəti ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclən-məsi və təsərrüfat həyatının hərtərəfli beynəlmiləlləşməsi ilə bağlıdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin