Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Şəхsi və qеyri - şəхsi vеrgilər



Yüklə 0,73 Mb.
səhifə107/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   103   104   105   106   107   108   109   110   ...   171
DovletMaliyesiEnSonHali2015

Şəхsi və qеyri - şəхsi vеrgilər
Vеrgi mükəlləf üçün bir bоrc, dövlət üçün isə аlаcаq rоlunu оynаyır. Dövlət öz vеrgi аlаcаğını əvvəlcədən müəyyənləşdirir. Bu zаmаn dövlət vеrgi mükəlləfinin şəхsi vəziyyətini, subаy və yа аiləli оlmаsını, uşаqlı və yа uşаqsız оlmаsını, əldə еtdiyi gəlirin mənbəyini və miqdаrını nəzərə аlа və yа аlmаyа bilər. Birinci hаldа, yəni dövlət şəхsin vəziyyətini nəzərə аldığı hаldа, vеrgilər şəхsi, ikinci hаldа isə qеyri şəхsi vеrgilər hеsаb еdilir. Vеrgi mükəlləflərinin vеrgi bоrclаrının şəхsi və-ziyyətləri nəzərə аlınаrаq müəyyən еdilməsi vеrgiqоymаdа şəхsiyyət prinsipinin həyаtа kеçirilməsi dеməkdir. Şəхsi vеrgilər, həmçinin, ədаlət prinsipinin tərkib hissəsi оlmаqlа, vеrgi sistemində çох mühüm yеr tutur.
Bə’zi vеrgilər müəyyən еdilərkən, vеrgi mükəlləflərinin şəхsi vəziyyəti, sоsiаl şərаiti, əldə еtdiyi gəlirin mənbəyi və miqdаrı nəzərə аlınmıır. Bu vеrgilər mаliy-yədə qеyri - şəхsi və yахud rеаl vеrgilər аdlаnır. Ərаzi və yа tоrpağа, binа və tiki-lilərə, mühərrikli nəqliyyаtа qоyulаn vеrgi, dаşımа vаsitələrindən tutulаn vеrgilər bu cür vеrgilərdəndir. Bu vеrgilər, ümumiyyətlə, ədаlət prinsipinə uyğun оlmаyаn və yа ədаlətsiz vеrgilər hеsаb еdilir.
Vеrgilərin təsnifləşdirilməsi və yuхаrıdаkı qruplаrın müəyyən оlunmаsı vеrgi-lərin növləri və mаhiyyəti hаqqındа dаhа dəqiq məlumаt əldə еtməyə imkаn vеrir. Vеrgilərin mаhiyyətcə nеcə müəyyənləşdirilməsinin və hаnsı pinsiplər üzrə qrup-lаşdırılmаsının çох böyük əhəmiyyəti оlduğunu nəzərə аlаrаq, hər bir vеrgi növünün mаhiyyəti və tətbiqi hаqdа аyrı - аyrılıqdа dаnışаcаğıq.
Vergilər və digər dövlət gəlirləri
Vergilər büdcənin yeganə gəlir mənbəyi deyildir: o büdcəyə və digər mərkəz-ləşdirilmiş dövlət fondlarina maliyyə vəsaiti cəlb edilməsinin yalnız bir formasıdır. Məsələyə tarixi səpkidə baxıldıqda da məlum olur ki, onlar dövlət gəlirlərinin heçdə ilk forması deyillər.
Məlum olduğu kimi, dövlət gəlirlərinin ən qədim forması (hərbi qənimət nəzə-rə alınmazsa) domen, yaxud dövlət əmlakı, xəzinə torpaqları və meşələrdən daxil olan gəlirlər idi. İlk əvvəl (Şərqdə uzun müddət) onlar hökmdarların mülkiyyətində idilər. Onlardan gələn gəlirlər və bütövlükdə dövlət gəlirləri, ümumi-hüquq deyil, xüsusi-hüquq gəlirləri hesab edilirdilər. Dövlət gəlirlərinin digər mühüm mənbəyi reqali-yəni xəzinənin müstəsna inhisar gəlirləri idi. İstehsalın və fəaliyyət dövri-nün müəyyən sahələri xəzinənin inhisar hüququna aid edilir, əhalinin özəl fəaliyyət sahəsindən, dövriyyədən çıxarılırdı. Onlar, əslində vergilərə keçid mərhələsini təş-kil edirdilər.
Reqalidən vəsait alınması üsulları müxtəlif idi. Dövlət bu və ya digər istehsal sahəsini müstəqil istismar edər və məhsulları yüksək inhisar qiyməti ilə (məsələn, duz inhisarı) sata bilərdi. Yaxud bu istehsal sahəsini icarəyə verərdi. Gəlir alınma-sının həmin üsulundan (reqalidən istifadə hüququ) indi də geniş istifadə edilir. Məsələn, faydalı qazıntıların çıxarılması hüququ üçün lisenziya ödəmələri və s.
Çoxsaylı reqali növləri mövcud idi: sənaye, məhkəmə, sikkə, gömrük və sahib-siz əmlakdan alinan reqali. Sahibi olmayan və prinsip etibarı ilə heç kimə məxsus ola bilməyən hər şey xəzinənin varidatı hesab edilirdi. Bu və ya digər təbii hadisə, məsələn, külək reqali hesab edilirdi ki, bu da son nəticədə külək dəyirmanları üzərində dövlət inhisarının yaradılmasına gətirib çıxardı. Su və yerin təki də reqa-linin adi növü idi. Bu vaxta qədər bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da, tarixi və mədəni abidələrə aid olan dəfinə dövlət reqalisi hesab edilir.
Gömrük reqalisi ərazidən keçmək hüququ üçün müəyyən edilən yığımlardan ibarət idi və müasir gömrük rüsumlarına bənzəyirdi.
Sikkə kəsmək hüququ – dövlət suverenliyinin əlamətlərindən biridir. Lakin, tarix boyu dövlətlər qədər saxta sikkə buraxan olmamışdır. Çəkisi tam olmayan, yaxud qiymətdən düşmüş pulların dövriyyəyə buraxılması çox vaxt dövlətlərin sikkə reqalisindən gəlir çıxarılmasının ən geniş yayılmış forması idi. Sovet dövləti-nin dövriyyəyə buraxmış olduğu banknotları müxtəlif bəhanələrlə tez-tez dövriy-yədən götürməsi, onların dəyişdirilməsinin vaxt və miqdar nöqtey - inəzərindən məhdud-laşdırılması, qızıl məzmununun azaldılması (1961-ci il pul islahatında olduğu kimi) indiki yaşlı nəslin hələ də yaxşı yadındadır.
Keçmişdə digər çoxlu reqali növləri də mövcud olmuşdur. Sənaye bütövlükdə reqali elan edilə bilərdi və bu zaman müəssisələr qeydiyyatdan keçirilərkən, yaxud da, patent verilərkən rüsum tələb olunurdu. Yeni məhsullar (tütün, kofe, kakao), insan ehtirası (qumar, şahmat), dəbdəbə əşyaları reqali elan edilirdi.
Sənayedə dövlət inhisarı getdikcə iqtisadi münasibətlərin inkişafında buxova çevrildi. Özəl mülkiyyətin, bazar münasibətlərinin genişlənməsi getdikcə dövləti təsərrüfat həyatından sıxışdırıb çıxarmağa başladı. Sonralar yalnız ictimai zərurətlə əlaqədar olan reqalilər saxlanıldı. Dövlətin təsərrüfat həyatındakı rolu isə qazanc əldə etmək sahəsindən idarəçilik sahəsinə keçdi. Reqali əvəzinə getdikcə daha çox dövlət müəssisələrinin xərclərini ödəmək məqsədini güdən rüsumlar tətbiq edilmə-yə başladı. Beləliklə, dövlətin əsas gəlir mənbəyi kimi vergilərin tarixi iki yüz ildən də azdır və onlar dövlət büdcəsinin yeganə gəlir mənbəyi deyillər.
Azərbaycan Respublikasının dövlət büdcəsində neft fondu transferləri xaricində vergi və qeyri-vergi gəlirlərinin nisbəti aşağıdakı kimidir:




1995

2000

2005

2011

2012

2013

Vergi gəlirləri

56

67

91

83

86

86

Qeyri-vergi gəlirləri

44

33

9

17

14

14

(Ümumi yekuna görə faiz-*) Azərbaycan rəqəmlərdə 2014,
Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2012-cü il üçün təsdiq edilmiş dövlət büdcəsinin (layihə) 86%-i vergi daxilolmalarıdır. Həmin layihədə vergi gəlirlərindən başqa, digər gəlirlər də nəzərdə tutulmuşdur: dövlət rüsumları; Milli Bankın mənfəətindən daxilolmalar; banklardan alınan divi-dentlər; dövlət neft fondundan daxilolmalar; aksiz markalarının satışından daxilolma-lar; vergi olmayan sair gəlirlər, ondan başqa, hüquqi və fiziki şəxslərdən büdcədən-kənar fondlara məcburi ödəmələr, müxtəlif tarif və digər məcburi ödəmər daxil olur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin