2.Müəyyənlik prinsipi.Hər kəsin ödədiyi vergi, onun ödənilmə müddəti, ödənilmə forması, ödəniləcək miqdar bütün-bunlar ödəyici ilə yanaşı hamı üçün aşkar və qəti şəkildə müəyyən olmalıdır. Bu prinsipi, başqa ifadə ilə qanunilik prinsipi adlandırmaq olar.
3.Əlverişlilik prinsipi. “Vergi ödəyici üçün ən uyğun şəkildə və ən az narahatlıq yaradan zamanda alınmalıdır”. Başqa sözlə, verginin əlverişli və ağır olmayan ödənilmə üsulu elə olmalıdır ki, vergitutma şəxslərin iqtisadi davranışına mümkün qədər az təsir göstərsin və bazarda dağıdıcı rol oynamasın. Müasir dövrdə həmin prinsip vergilərin “bitərəfliyi” adını almışdır.
4.Qənaətcillik (iqtisadilik) prinsipinə görə hər vergi elə bir üsulla alınmalıdır ki, vergi ödəyicisi xəzinəyə daxil olandan başqa, mümkün qədər az ödəmə etsin və pulun xalqın əlindən çıxması ilə xəzinəyə daxil olması arasında keçən müddət mümkün qədər az olsun. Başqa sözlə, bu prinsip vergi sistemində ucuz inzibati üsulların tətbiq edilməsini tələb edir. Əgər vergilər çoxsaylı məmurlar ordusundan istifadə edilməklə toplanırsa və tutulan vergilərin böyük bir hissəsi onların əmə-yinin ödənilməsinə sərf edilirsə, vergi sistemi qənaətli deyil, qeyri-iqtisadidir. Əgər vergitutma sahibkarlıq fəaliyyətinə maneçilik törətmək üçün rəsmi şəxslərə imkan verirsə, o zaman qənaətçillik prinsipi pozulmuş hesab edilir. Vergi ödəyicilərinə onların gələcək gəlirlərinin əsaslarını sarsıdan cəza tədbirləri tətbiq edilirsə, belə vergi sistemi də qeyri-iqtisadidir.
Vergi ödəyicisinin ləyaqətini alçaldan, onun mülki hüququnu pozan vergi nə-zarəti üsulları da həmin prinsipin tələblərinə ziddir. Belə tədbirlərin mənəvi zərəri bəzən ödənilən vergi məbləğindən də yüksək olur. Ona görə də, ödəyici öz şəxsiyyə-tinin alçaldılmasına yol verməmək üçün bəzən istənilən məbləği ödəməyə razı olur.
Deyilənləri ümumiləşdirsək, göstərmək lazımdır ki, A.Smitin hazırladığı qay-dalar vətəndaş və dövlətin qarşılıqlı hüquq və öhdəliklərinin yaranmasına, höku-mətin bu sahədə özbaşınalıqlarının məhdudlaşdırılmasına yönəldilmişdir. Beləliklə, vergitutma prinsipləri-vergi ödəyicilərinin və dövlətin bir-birinə zidd olan maraq-larının qarşılıqlı güzəştlər əsasında uyğunlaşdırılmasına xidmət edir. Klassik maliy-yə və vergi anlayışının hələ tam formalaşmamış olduğu XVIII əsrdə A.Smit tərə-findən əsaslandırılmış olan bu prinsiplər müasir şəraitdə də öz əhəmiyyətini saxla-yır və cəmiyyətin sonrakı inkişaf mərhələlərində təkmilləşir və onlara yeniləri əlavə edilir.