D230 saylı Blok üzrə Seysmik Tədqiqat


Neft dağılmasının modelləşdirilməsinə dair xülasə



Yüklə 4,7 Mb.
səhifə14/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Neft dağılmasının modelləşdirilməsinə dair xülasə

Dağılma ssenarisi / təsviri

Seysmik tədqiqat gəmisindən dizel dağılması – FS1 sahəsində 800 ton həcmində dağılma

Transsərhəd sular

Müəyyənləşdirilmiş orta xətt

Kəsişmə ehtimalı (> 1%) və çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

5a ( FS1 - yazda)

5b ( FS1 - yayda)

5c ( FS1 - payızda)

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Azərbaycan-İran

3

15

1

11







Azərbaycan-Qazaxıstan

5

1

3

2

2

2

Azərbaycan-Rusiya

1

26

1

10

1

10

Azərbaycan-Türkmənistan

6

1

2

2

2

2

Qazaxıstan-Türkmənistan

4

1

2

5

1

3

Rusiya-Qazaxıstan

2

12













Türkmənistan-İran

3

15

1

11







Sahilə çıxma




Sahilə çıxma ehtimalı və sahilə çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

Proqnozlaşdırılan yerlər

5a ( FS1 - yazda)

5b ( FS1 - yayda)

5c ( FS1 - payızda)

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Azərbaycan

5

3

3

2

3

2

İran







1

15

1

15

Rusiya







1

18







Dizelin sahilə çıxması (ən pis hal)

243 ton

240 ton

255 ton

Cədvəl 7.3: Ən pis ssenari (Ssenari 3) üzrə ehtimal simulyasiyasının nəticələri

Neft dağılmasının modelləşdirilməsinə dair xülasə

Dağılma ssenarisi / təsviri

Neft dağılmasının modelləşdirilməsinə dair xülasə – NS3 sahəsində 800 ton həcmində dağılma

Transsərhəd sular

Müəyyənləşdirilmiş orta xətt

Kəsişmə ehtimalı (> 1%) və çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

3a (NS3 - yazda)

3b (NS3 - yayda)

3c (NS3 - payızda)

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Azərbaycan-İran







1

8







Azərbaycan-Qazaxıstan

2

2

1

4

1

5

Azərbaycan-Rusiya

2

10

2

5

2

6

Azərbaycan–Türkmənistan

2

8













Qazaxıstan-Türkmənistan

1

8













Rusiya-Qazaxıstan

1

11













Türkmənistan-İran

1

16













Sahilə çıxma




Sahilə çıxma ehtimalı və sahilə çatması üçün tələb olunan minimum vaxt (günlər ilə)

Proqnozlaşdırılan yerlər

3a (NS3 - yazda)

3b (NS3 -yayda)

3c (NS3 -payızda)

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Ehtimal

Vaxt

Azərbaycan

3

4

7

2

3

2

İran







1

13







Rusiya

1

22













Dizelin sahilə çıxması (ən pis hal)

356 ton

486 ton

269 ton
Səthdə neft qatı – Ehtimalın Modelləşdirilməsi

Modelləşdirmənin nəticələri göstərir ki, seysmik tədqiqat gəmisindən dağılmış neftin (dizel) dəniz səthində > 0.04 µm qalınlığında (və 5%-dən yuxarı (>5%) ehtimala əsasən) mövcudluğu bütün ssenarilər və bütün mövsümlər üzrə dağılma yerinə çox yaxın olacaq. Payız mövsümündə FS1 dağılma sahəsində (Ssenari 5) >5% ehtimalla səthin neftlə çirklənməsi Şəkil 7.4-də göstərilib Ümumiyyətlə səthin neftlə örtülməsi Azərbaycanın iqtisadi suları ilə məhdudlaşır, lakin buna baxmayaraq, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iqtisadi sularında da >1% ehtimalla səthin müəyyən qədər neftlə örtülməsi proqnozlaşdırılır (Cədvəl 7.2 - 7.3; Şəkil 7.5).

Nəticələr həmçinin göstərir ki, dağılmış dizel Azərbaycan sahillərinə paralel şəkildə (şimal yaxud cənub istiqamətində) hərəkət etməyə meyllidir (baxın: Əlavə 7A). Səthdəki neftin yay mövsümü ilə müqayisədə payız və yazda daha uzağa hərəkət edəcəyi və Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan orta xətləri boyunca səthdə daha çox neftin olacağı görünür, lakin ehtimal göstəriciləri <5% təşkil edir. Transsərhəd kontekstində ərazi sularına dağılmış dizelin əhatə zonası məhduddur və gözlə müşahidə edilən neft təbəqəsinin (səthdəki neft təbəqəsinin qalınlığı > 0.04 µm) təsirinə məruz qalmış su səthinin təxminən 10%-ni təşkil edir.

Səthdəki dizelin proqnozlaşdırılan qalınlığına əsasən, dağılma yerinə bilavasitə yaxın ərazidə vizual olaraq “metal” rəngli görüntü olacağı proqnozlaşdırılır (baxın: Şəkil 7.5). Nisbətən daha uzağa getdikcə səthdəki dizelin dəniz səthində “parlaq təbəqə şəklində” yaxud “göy qurşağı rənglərində” neft qatı kimi görünəcəyi proqnozlaşdırılıb. Modelləşdirmə göstərdi ki, dizel modelləşdirmə bölgəsinin əksər sahələri daxilində dəniz səthində 3 gündən artıq qalmır və bu müddət adətən 2 gündən az olur (baxın: Əlavə 7A).

Səthdə neft qatı – Deterministik Modelləşdirmə

Ən pis ssenarinin deterministik simulyasiyası Ssenari 3-də sahil xəttinin ən çox neftlə çirklənməsi ilə nəticələnən ehtimal simulyasiyasının dinamikalarını göstərir (yay mövsümü; baxın: Cədvəl 7.3). Baxmayaraq ki, stoxastik nəticələr ümumi ekoloji riski daha yaxşı əks etdirir, bir deterministik simulyasiya dənizdəki dağılmış dizelin ən pis ssenari üzrə sahil xəttinin neftlə çirklənməsi zamanı özünü necə apara biləcəyini göstərir.

Şəkil 7.6-dan görmək olar ki, səthdə neftin əhatə zonası məhduddur.

Kütlə balansının təhlili (Şəkil 7.7) göstərir ki, dəniz səthindən dizelin buxarlanması dağılmadan sonra sürətlə baş verir (ilk 5 gün ərzində). Sonra isə buxarlanma sürəti əhəmiyyətli dərəcədə azalır və dizel sahil xəttində yan aldığında bioloji parçalanma ən aktiv parçalanma prosesinə çevrilir.

10 gündən sonra dəniz səthində dizelin qalmayacağı proqnozlaşdırılır. Dizelin kiçik nisbəti (1-2%) 10 gündən sonra dispersiya olunaraq su sütununda qalır, lakin dağılmadan 20 gün sonra kiçik nisbətlərdə bioloji parçalanmaya məruz qalır.


Sahil xəttində neft – Ehtimalın Modelləşdirilməsi

Modelləşdirmənin nəticələri göstərir ki, sahil xəttinin neftlə çirklənməsini əsasən Abşeron yarımadasının şərq və şimal sahilləri boyunca gözləmək olar, lakin buna baxmayaraq ayrıca təcrid edilmiş və daha uzaq yerlərdə də müəyyən qədər sahil xəttinin neftlə çirklənməsi baş verə bilər. Şəkil 7.8-də və Cədvəl 7.3-də ən pis ssenari – Ssenari 3 üzrə dizelin sahil xəttinə yan alması ehtimalı və onun sahilə çatması üçün lazım olan minimum vaxt göstərilir. Sahilə çıxan dizelin ən böyük həcminin yayda (hətta dəniz daha isti və havanın temperaturları daha yüksək olanda) baş verəcəyi proqnozlaşdırılır və bu vaxtlarda buxarlanma sürəti yüksək olur. Abşeron yarımadasının şimal hissəsində sahil xəttinin neftlə çirklənməsi daha kəskin olacaq, belə ki, dağılmadan sonra ilk 7 gün ərzində sahil xəttinin 30 – 40km-lik hissəsi boyunca burada neftlə çirklənmənin güclü (>10mm qalınlıqda) olacağı proqnozlaşdırılır (ITOPF təsnifatına əsasən8) (baxın: Şəkil 7.9).

Dağılma sahəsindən məsafə artdıqca çatma vaxtlarının böyüdüyü görünür. İlk 10 gün ərzində Abşeron yarımadasında (baxın: Cədvəllə 7.2 və 7.3; ehtimallar <5%) və sonrakı 20-25 gün ərzində daha uzaq məsafələrdə və Rusiya və İranın ayrı-ayrı yerlərində sahil xəttində dizel toplaşmağa meyllidir (1% ehtimal)9. Modelləşdirmə proqnozlaşdırır ki, bir sıra milli və beynəlxalq mühafizə olunan / xüsusi ayrılmış sahələr sahil xəttinin neftlə çirklənməsi səbəbindən təsirə məruz qala bilər (baxmayaraq ki, ehtimal azdır) (baxın: Cədvəl 7.5 və Şəkil 7.8).


Sahil xəttində neft – Deterministik Modelləşdirmə

Ən pis halda dağılmış materialın trayektoriyası onunla səciyyəvi idi ki, axınlar və küləklər dizeli NS3 dağılma sahəsindən cənuba aparır (baxın: Şəkil 7.6). Modelləşdirmənin nəticələri göstərir ki, dağılmış dizelin əksər hissəsi əhəmiyyətli dərəcədə dispersiya olmur (yayılmır) və onun çox hissəsi ya buxarlanır ya da sahilə çıxır (nisbətən konsentrasiyalı kütlə ilə). Aşınma dizelin sahilə çıxmasından əvvəl əsas aşınma prosesidir. Əsas sahilə çıxma prosesi baş verdikdən sonra dizelin aqibəti üçün növbəti mühüm bir mərhələ bioloji parçalanma olur (xüsusən də dağılmadan 20 gün sonra). Sahil xəttindən geriyə su sütununa doğru kiçik miqdarda təkrar hərəkətin olacağı da proqnozlaşdırılır.

Modelləşdirmə nəticələri göstərir ki, sahilə çıxmış neft bir neçə aydan çox sahil xəttində qalır (baxın: Şəkil 7.7) və ən çox miqdarda neftin sahilə çıxması dağılma sahəsindən birbaşa cənub istiqamətindəki sahil xətti boyunca baş verir. Əhəmiyyətli miqdarlarda emulsiyalaşmış dizelin (200 ton) sahilə çıxdıqdan 100 gün sonra sahil xəttində hələ də qaldığı müşahidə edilib.


Su sütununda dizelin dispersiyası (yayılması)

Su sütunundakı karbohidrogenlər müəyyən konsentrasiyadan artıq olduğundan su orqanizmləri üçün risk təşkil edir. Johnrsen (2005)10 və Det Norsk Veritas (2008)11 tərəfindən aparılmış tədqiqatın nəticəsində su sütunundakı müxtəlif karbohidrogen konsentrasiyalarının orqanizmlərə təsirini qiymətləndirmək üçün növlərin həssaslığı üzrə dozaya cavab reaksiyasının əyriləri hazırlanıb. Ümumi karbohidrogen konsentrasiyaları üçün 5-ci persentil üzrə ÖK5012 göstəricisinin 58ppb olduğu aşkar edilib ki, bu göstərici də modelləşdirmədə potensial kəskin toksikoloji reaksiyalar üçün aşağı hədd kimi tətbiq edilib.

Ehtimal modelləşdirməsinin nəticələri (Əlavə 7A) su sütununda ümumi karbohidrogen konsentrasiyalarının >58 ppb səviyyəsində dizelin mövcud olduğu konkret məhdud regionu göstərdi. >5% ehtimal diapazonunu nəzərdən keçirdikdə, əhatə zonaları dağılma sahəsi ilə lokallaşır. <5% ehtimal ilə ümumi karbohidrogenlərin konsentrasiyası >58 ppb olan sahələr həm şimal, həm də cənub istiqamətində sahil xəttinə paralel şəkildə dağılma sahəsindən 50km məsafədə uzanır. Bu zonanın adətən Azərbaycan XİZ daxilində məhdudlaşdığı görünür. Modelləşdirmə göstərir ki, dağılma sahəsindən 10km məsafə daxilində su sütununda ümumi karbohidrogen konsentrasiyaları üzrə ehtimallar 20% səviyyəsi qədər yüksəkdir. Lakin, ümumilikdə ehtimalların <5% olduğu müşahidə edilir. Modelləşdirmə göstərdi ki, su sütununda yayılmış (dispersiya) və həll olmuş >58 ppb dizel adətən istənilən yerdə bir gündən az müddətdə dayanıqlı olur.



Şəkil 7.4: Ən pis ssenari (Ssenari 5 – Payız) üzrə dəniz səthinin neftlə çirklənməsi ehtimalı

Dəniz səthində 0.04µm-dən artıq qalınlıqda neft qatı (gözlə görünən parlaq təbəqə) ( ehtimal >5%)

Səthin neftlə çirklənməsi ehtimalı (> 5%), səthdəki neft qatının qalınlığı 0.04 µm-dən yüksək olduqda (Neftin Görünüşünə dair Kod Sistemi haqqında Bonn Sazişinə əsasən minimum gözlə görünən qalınlıq13).


Statistika xəritəsi: Səth: Hədd göstəricisindən (0.000mm) yuxarı çirklənmə ehtimalı (%)

NS5c (Payız)




Yüklə 4,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin