Hərəkət məsafəsinə və sürətinə görə;
sürət yük qatarları;
təcili yük qatarları;
süd qatarları;
tərəvəz qatarları.
Qatara daxil edilən vaqonların vəziyyətinə görə;
yüklü qatarlar;
boş qatarlar;
qarışıq qatarlar;
Qatarın tərkibindəki vaqon qruplarının sayına görə;
birqruplu qatarlar - bir təyinat (boşaltma və ya çeşidləmə) stansiyasına hərəkət edirlər;
qruplu qatarlar – iki və ya daha çox vaqon qruplarından ibarət olub,Ş müxtəlif təyinat stansiyalarına hərəkət edirlər.
Daşımaların planlaşdırılması və təşkili
Daşıma planı (tonla, vaqon və yaxud konteynerlə) yükün nomenklaturasına, dəmir yolu ilə göndərilməsinə və təyinatına, hərəkət tərkibinin növünə görə aylıq plan və təqvim tarixi üzrə yükləmə planı (operativ planı) formasında tərtib olunur. Aylıq planın layihəsi yük göndərənin sifarişinə, dəmir yolları materiallarının, dəmir yolu və digər qarışıq nəqliyyat növlərinin marketinq tədqiqatlarının verilənlərinə əsasən hazırlanır.
Daşımaların təşkili prosesində çalışırlar ki, vaqonların yük götürməsindən tam istifadə edilsin, hərəkət tərkibinin boş gedişi azaldılsın, ilin fəsillərindən asılı olaraq iqtisadiyyat sahələrinin tələbatını nəzərə almaqla daşımaların qeyri müəyyənliyi maksimum ixtisara salınsın. Daşıma prosesini qiymətləndirmək üçün aşağıdakı kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə olunur: yük daşımalarının həcmi, yük dövriyyəsi, orta sutkalıq yüklənmə həcmi, qatarın orta kütləsi, vaqonun statiki yüklənməsi, yükün orta daşıma məsafəsi və s. Orta sutkalıq yüklənmə həcmi fiziki vaqonlarla planlaşdırılır və aşağıdakı düsturla hesablanır:
Burada - il ərzində göndərilən yüklərin miqdarı, tonla,
- vaqonun statiki yüklənməsi, tonla.
Vaqonun statiki yüklənməsi hər növ yükün nomenklaturası (çeşidi) üzrə ayrılıqda hesablanır:
Burada - il ərzində yüklənmiş yüklərin ümumi miqdarı (yük daşımalrını həcmi), tonla, - il ərzində yüklənmiş vaqonların ümumi sayı.
Yükün orta daşıma məsafəsi yük dövriyyəsinin ton∙km-lə
ümumi qiymətinin yük daşımalarının ümumi həcminə (tonla) olan nisbətinə deyilir.
Yüklərin miqdarından və daşıma prosesində iştirak etməsi şəraitindən asılı olaraq yük daşımalarının növləri
Dəmiryolu nəqliyyatı təşkilatının yüklərin daşıma prosesində iştirak etməsi şəraitindən asılı olaraq yük daşımalarının aşağıdakı növləri vardır:
Yerli daşımalar – bir dəmir yolunun sərhədləri daxilində yerinə yetirilir.
Birbaşa daşımalar – iki və ya daha çox dəmir yolunun iştirakı ilə yerinə yetirilir.
Birbaşa qarışıq daşımalar – iki və ya daha çox nəqliyyat növünün iştirakı ilə yerinə yetirilir.
Birbaşa beynəlxalq daşımalar – iki və daha çox dövlətin dəmir yolları üzrə həyata keçirilir.
Bir qaimə ilə təqdim olunan yükün miqdarından asılı olaraq daşımalar aşağıdakı növlərə bölünürlər:
xırda – həcmi vaqonun tutumunun 1/3-dən çox olmayan və kütləsi 20 kq-dan 5 tona qədər olan yükün miqdarına deyilir;
az tonnajlı – həcmi vaqonun tutumunun yarısından çox olmayan və kütləsi 10 tondan 20 tona qədər olan yükün miqdarına deyilir;
vaqonlu – daşımaların yerinə yetirilməsi üçün ayrıca bir vaqon tələb olunur;
qruplu – daşımalar üçün bir vaqondan çox, bir qatarın çəki normasından az sayda olan vaqon tələb olunur;
marşrutlu – daşımaların yerinə yetirilməsi üçün ayrıca bir qatar tələb olunur.
Dostları ilə paylaş: |