Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə10/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   72
I ABBASOV R SADIQOV Menecment

Kompleks yanaşma. Hər hansı bir hadisəyə bir neçə tərəf­dən yanaşılma formasına kompleks yanaşma de­yi­lir. Komp­leks yanaşmada tərəflər ayrı-ayrılıqda, yəni qarşı­lıqlı əla­qədə nəzərə alınmadan da araşdırıla və təhlil edilə bilər. Kompleks yanaşma hərtərəfli yanaşma forması kimi özünü göstərir.
Müəyyən hadisələrlə əlaqədar olaraq bütün yana­şıl­ma formalarının tətbiq olunması halı da kompleks ya­naş­ma he­sab edilir. Deməli, digər yanaşma formaları kom­p­leks yanaş­manın tərkib hissələri hesab edilə bilər.
FƏSİL II. MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR, ONLARIN İDARƏETMƏ SİSTEMLƏRİ
2.1. Sahibkarlıq fəaliyyəti və biznes

Sahibkarlıq fəaliyyəti dedikdə, fiziki və ya hüquqi şəxs tərəfindən mənfəət və ya şəxsi gəlir əldə etmək məq­sə­­dilə həyata keçirilən və qa­­nunla qa­­dağan olunmayan fəaliyyətlər başa düşülür. Sa­hib­kar nəin­­ki əmlakın, vəsait­lə­rin, kapitalın, hətta biz­ne­sin, ide­ya­nın, markanın və s. sahibi kimi çıxış edir. Sa­hib­­kar­ların məqsədi cəmiyyətə xidmət göstərmək, on­la­rın tə­ləbatını ödəmək, əvəzində gə­lir götürməkdir. İqtisadi ədə­biyyatlarda sahibkarlıq fəaliy­yəti ifadəsi ilə biznes ifadəsi də birgə yer almışdır. Bu məf­humların oxşar və fərqli cəhətləri mövcuddur.


Biznes sözünün hərfi mənası işdir. Biznes istehlak­çı­l­a­­rın tələbatının ödənilməsi və mənfəət əldə etmək məq­sə­di ilə həyata keçirilən insan fəaliyyətidir. Biznes insanlar ara­­sın­da işgüzar münasibətlərin məcmusudur. Biznes hü­qu­qi şəxs yaratmaqla və ya hüquqi şəxs yaratmadan müx­tə­lif növ məh­sulların istehsalı, satışı, xidmətlərin gös­tə­ril­mə­­si və s. bu kimi fəaliyyətin həyata keçirilməsi ilə əla­qə­dar işdir.
Lakin bu prosesdə hər iki subyektin fəqləndirici xü­su­siy­yətlərini dəyərləndirmək də mümkündür. Sahibkarlıq fə­aliy­yəti biznes fəaliyyətindən daha geniş­dir. Biznes fə­aliy­yəti özü də sahibkarlıq fəaliyyətinin tərkibinə daxil olan ak­tiv bir fəaliyyətdir. Yəni biznes fəaliyyəti sa­hib­kar­lıq fə­aliy­yəti hesab olunur. Amma hər bir sahib­kar­lıq fəaliy­yəti biz­nes fəaliyyəti hesab olunmur. Məsələn mən öz ticarət ob­yektimi hər hansı bir biznesmenə icarəyə ve­ri­rəm­­­sə, bu hal­da mən sahibkarlıq fəaliyyəti ilə məş­ğul olu­ram, lakin biz­nes­lə məşğul deyiləm. Yaxud mən öz evimi ki­­rayəyə verirəmsə, bu­rada sahib­kar­lıq fəaliyyəti var, am­ma biz­nes fəaliyyəti yox­dur.
İstər sahibkarlar, istərsə də biznesmenlər fəaliy­yət­lə­rini, istehsal və ticarət münasibətlərini idarə edirlər. Bu za­man onlar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
1. Fəaliyyət istiqamətini seçmək. Fəaliyyət isti­qa­mə­tini seçmək insanda uzaqgörənlik, proqnoz vermək qa­bi­liy­­yəti, mövcud vəziyyəti düzgün dəyərləndirmək baca­rığının olmasını tələb edir. Biznesmen fəaliyyət isti­qamət­­lə­rini seçən zaman öz qarşısına belə suallar qoy­ma­­­lıdır:

  • seçdiyi fəaliyyət (istehsal, xidmət növü) nə dərə­cə­də əhəmiyyətlidir?;

  • həmin şəxs müəyyən etməlidir ki, tələbata uyğun məh­­sul istehsal edib bazara çıxara biləcəkmi? Tələbata uy­­ğun məhsul dedikdə, burada məhsulun həcmi, keyfiy­yə­ti, qiyməti, maya dəyəri, məhsulun tərkibi, alıcının istək­lə­ri və s. bu kimi parametrlərə cavab verən məhsul başa düşülür;

  • aparılmış tədqiqatlar, araşdırmalar, proqnozlar, təh­­­lil­­lər, ümumiləşdirmələr əsasında müəssisənin fəaliy­yət pla­­nı tərtib olunur. Plan əsasında müəyyən olu­nur ki, bu fə­aliy­yətlə məşğul olmaqla müəyyən zaman kəsi­yində nə qə­dər mənfəət əldə etmək mümkündür. Çünki, biznesin əsas məq­sədi mənfəət əldə etmək­dən ibarətdir.

2. Fəaliyyət istiqamətinin seçilməsindən sonra növ­bəti mər­hələ fəaliyyətin təşkili mərhələsidir. Bu mər­hə­­lədə isteh­sal üçün lazım olan ünsürlər, yəni əsas vəsait­lər (tex­nika, texnologiya, avadanlıq, dəzgah və s.), döv­riy­­yə və­sait­ləri (xammal, material, yanacaq və s.), işçi qüv­vəsi cəlb edi­lir və onlar istehsala hazır vəziyyətə gə­ti­ri­lir.
3. Bundan sonra istehsal prosesinə başlamaq olar. Bu mər­hə­lədə sahibkar və ya biznesmen fəaliyyətin həya­ta keçi­rilməsini təmin etməlidir. İstehsal xammaldan ha­zır məh­sul hasil edilməsi prosesidir. Deməli, bu mər­hələnin sonun­da bazar üçün maddi nemətlər hasil olur.
4. Növbəti mərhələdə sahibkar istehsal etdiyi məh­su­lu sat­maq haqqında düşünür. Çünki satışdan əldə edilən ma­liyyə vəs­aiti yenidən istehsala sərf olunacaq və müəs­si­sə­də geniş tək­rar istehsal prosesi təmin ediləcəkdir.
5. Sahibkar və ya biznesmenlər fəaliyyətə nəzarəti hə­ya­ta keçirirlər. Nəzarət baş vermiş kənarlaşmaları ara­dan qaldırmaq və onların gələcəkdə bir daha təkrar­lan­maması məqsədini daşıyır.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin