Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə70/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
I ABBASOV R SADIQOV Menecment

11.2. Maliyyə planları

Maliyyə menecmentinin funksiyalarından biri maliy­yə planlarının tərtib edilməsidir.


Maliyyə planı müəssisənin bütövlükdə maliyyə fəaliy­yətini özündə əks etdirir. Maliyyə planı əsasən üç sə­nəd­dən ibarətdir:
1) Müəssisənin balansı.
2) Pul vəsaitlərinin hərəkət planı.
3) Mənfəət planı.
Maliyyə planlarının işlənməsi zamanı hesabat məlu­mat­larından istifadə olunması vacibdir. Çünki, hər günə bu müəssisənin maliyyə vəziyyətini təhlil etmək vacibdir. Maliyyə − hesabat sənədləri formasında müəssisənin ba­lan­sı, maliyyə nəticələri, bəyannamələr çıxış edir.
Bundan sonra isə, gələcək dövr üçün müəssisənin maliy­yə fəaliyyəti planlaşdırılır. Bu plan sənədi gəlirlər və xərclərlə əlaqədardır. Gəlirlərə satışdan əldə edilən gəlirlər və digər daxilolmalar, xərclərə isə məh­sulun istehsalına çəkilən məsrəflər aiddir.
Maliyyə planları rentabellilik göstəricilərinin he­sab­lanmasında əhəmiyyət kəsb edir. Bu isə müəs­sisənin stra­tegiyasının müəyyən olunmasında mü­hüm rol oynayır. Ren­tabellilik göstəricisi ilə müəssisədə həyata keçirilən ayrı-ayrı fəaliyyət sahələrinin hansının daha səmərəli ol­ma­sını müəyyən etmək olar.
Maliyyə menecmenti idarəetmənin fəaliyyətinin bü­tün tərəflərini əhatə edir və maliyyə münasibətlərini idarə edir.
Maliyyə menecerləri maliyyə menecmentinin həya­ta keçirilməsindən irəli gələn funksiya və vəzifələri icra edən şəxslər hesab edilir.
Maliyyə menecerləri təkcə yüksək biliyə deyil, həm­çi­nin yüksək təfəkkürə, intuisiyaya və uzaqgörənliyə ma­lik olmalıdırlar. Çünki onlar bu sahədə tədqiqatların araş­dı­rılması, planların tərtib olunması, bir sıra prob­lem­lə­rin qa­­baqcadan müəyyən olunması və aradan qaldırılması, pro­q­­nozların verilməsi və s. bu kimi fəaliyyətlə məşğul olur­lar. Maliyyə menecerləri müəs­sisənin maliyyə nəti­cə­lərində maraqlıdırlar. Çünki onlar maliyyə planının tər­tibatçısı kimi nəticələrin əldə olunmasında məsuliyyət daşıyırlar.
Maliyyə menecmentini əsas vəzifələrindən biri də maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək və aidiyyəti orqanlara təqdim etməkdir. Maliyyə hesabat­la­rı­nın tərtib olunması mühasibatlığın funksiyalarına aiddir. Mü­hasibatlıq mühasibat uçotunu aparır və uçotun əsasında ma­liyyə hesabatlarını hazırlayır. Müəssisə rəhbəri isə hə­min sənədləri təsdiq edirlər. Maliyyə hesa­bat­larına ma­liy­yə nəticələri, aksiz vergisi, əlavə dəyər ver­gisi, əmlak vergisi, torpaq vergisi, mənbədən vergi və s. vergilər haq­qında hesabat sənədləri, müəs­si­sənin balan­sı və digər he­sabat sənədləri aiddir. Hesabat sənədləri müvafiq olaraq Vergilər Nazirliyinə, Dövlət Sta­tis­tika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
Hesabat sənədlərindəki göstəricilərin düzgünlüyünə görə müəssisənin rəhbəri və baş mühasibi məsuliyyət da­şı­yır. Maliyyə hesabatlarında göstəricilərin azaldıl­masına, nağd hesablaşmaların aparılması qayda­lar­ı­nın po­zul­masına, he­sabatların təqdim edilmə­sinin gecik­diril­məsinə görə müəs­sisə və təşkilatlara maliyyə sanksiyaları tət­biq edilir. Ver­gi və tədiyyələrin ödənilməsinin gecik­di­ril­məsinə görə isə müəssisəyə cərimə hesablanır.
Yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gələ bilərik ki, müəssisə rəhbərləri iqtisadi, xüsusilə, maliyyə sahəsinə aid olan bütün qanun­vericilikləri, o cümlədən, vergi məcəlləsini, mülki məcəl­lənin müvafiq müddəalarını və s. dərindən bilməli və özünün əməli fəaliyyətində on­la­rı lazımi səviyyədə tət­biq etməlidir. Çünki əks təqdirdə müəs­sisə rəhbəri maliyyə sahəsinə nəzarət edə bilməz, bu da həmin sahədə bir sıra pozuntulara, müəssisə üçün ağır nəti­cələrə gətirib çıxara bilər.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin