Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


FƏSİL XI. MALİYYƏ RESURSLARI VƏ ONLARIN İDARƏ EDİLMƏSİ



Yüklə 1,22 Mb.
səhifə69/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72
I ABBASOV R SADIQOV Menecment

FƏSİL XI. MALİYYƏ RESURSLARI VƏ ONLARIN İDARƏ EDİLMƏSİ


11.1. Maliyyə menecmenti

Maliyyə dövlət maliyyəsindən və müəssisələrin ma­liy­yəsindən ibarətdir. Maliyyə ümummilli məhsulun və mil­li gəlirin bölgüsü və yenidən bölgüsü, dövlətin mər­kəz­ləş­dirilmiş pul vəsaitləri fondunun yaradılması və isti­fa­dəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemidir. Müəs­si­sələrin maliyyəsi pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətləri əhatə edir. Maliyyə me­nec­menti sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəs­si­sələrin maliyyəsinə şamil olunur. Deməli, maliyyə me­nec­mentindən danışarkən, müəssisə və təşkilatların ma­liyyə fəaliyyətinin planlaşdırılması, təşkili, həyata keçi­rilməsi və bütün bu proseslərə nəzarət olunmasından bəhs edə­cəyik.


Maliyyə menecmenti mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və firmalarda maliyyə fəaliy­yətinin və münasibətlərinin idarə edilməsini özündə birləş­dirir.
Maliyyə menecmenti maliyyə münasibətlərinin ida­rə­edilməsinə istiqamətlənmiş fəaliyyətdir. Bu müna­sibət maliyyə resurslarının hərəkəti ilə xarakterizə olunur. Ma­liyyə menecmenti müəssisə və təşkilatların, fir­ma­ların ma­liyyə vəsaitlərinin formalaşması və ondan istifadə olun­ması ilə əlaqədar qərarlar qəbul edilməsini əhatə edir.
Maliyyə menecmenti qiymətli kağızlar bazarlarında baş verən dəyişikliklərə uyğun olaraq müəssisələrdə səhm­lərin buraxılışı və satışına nəzarəti həyata keçirir. Maliyyə menecmenti müəssisə və firmaların maliyyə aktivlərini qiy­mətləndirir, onları uçota alır, maliyyə fəaliyyətini plan­laşdırır və təhlillər aparır, hesabatları, maliyyə nəti­cə­lə­rini işləyir və təqdim edir.
Maliyyə menecmenti özündə aşağıdakı funksiyaları birləşdirir:

  1. Maliyyə planlarının tərtib edilməsi;

a) Müəssisənin balansı.
b) Pul vəsaitlərinin hərəkət planı.
c) Mənfəət planı.
2.Maliyyə fəaliyyətinin təşkili;
a)Maliyyə mənbələrinin müəyyən olunması.
b) Pul vəsaitləri fondunun təşkili.
v)Maliyyə münasibətlərinin formalaşması.
3. Maliyyə fəaliyyətinin həyata keçirilməsi;
a) Pul vəsaitlərinin cəlb olunması.
b) Maliyyə ödənişlərinin həyata keçirilməsi.
c) Cari hesablamaların həyata keçirilməsi.
4. Müəssisənin fəaliyyətinin iqtisadi cəhətdən qiy­mət­ləndirilməsi:
a) Kapital qoyuluşunun səmərəliliyinin qiymət­lən­di­rilməsi;
b)Fəaliyyətin nəticəsinə görə iqtisadi səmərəlilik gös­təricilərinin müəyyən olunması.
5. Maliyyə nəzarəti;
a)Maliyyə sahəsində uçotun aparılması.
b)Maliyyə təhlili.
c)Maliyyə hesabatlarının işlənməsi və təqdim edil­məsi.
Hər bir müəssisənin əsas məqsədi mənfəət əldə et­mək­­dən ibarətdir. Bu zaman isə maliyyə münasi­bət­lərinin baş verməsi vacibdir. İşgüzar təşkilatlarda maliyyə mü­na­si­bətləri adətən pul formasında çıxış edir. Maliyyə menec­menti maliyyə münasibətlərini idarə edir. Maliyyə mü­na­sibətləri müəssisədaxili və müəssisəxarici olur.
Müəssisədaxili maliyyə münasibətlərinə işçilərin əmək haqqının verilməsi, layiqli işçilərə maddi yardım­la­rın və pul mükafatlarının verilməsi, ayrı-ayrı struktur va­hid­ləri arasındakı hesablaşmalar aiddir. Müəssisəxarici ma­liyyə münasibətlərinə alıcılarla, malgöndərənlərlə, tə­rəf­daş müəssisələrlə, banklarla, kredit təşkilatları ilə, sı­ğor­t­a təşkilatları ilə, dövlət büdcəsi və büdcədənkənar fond­­­larla maliyyə münasibətlərini aid etmək olar.
Müəssisə və təşkilatlarda maliyyələşmələri həyata ke­­çirmək üçün maliyyə mənbələrini aşkar etmək və ma­liyyə vəsaitlərini cəlb etmək tələb olunur. Maliyyə mən­bə­ləri aşağıdakılar hesab edilə bilər:

  • təsisçinin vəsaiti;

  • müəssisənin vəsaiti;

  • müəssisənin və ya təsisçinin əmlakı;

  • qiymətli kağızlar (istiqrazlar, veksellər, çeklər və s).

  • cəlb edilmiş vəsaitlər (bank kreditləri, maliyyə yardımları, səhmdarların kapitalları və s.).




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin