Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


Keyfiyyətin idarə edilməsi



Yüklə 1,22 Mb.
səhifə65/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   72
I ABBASOV R SADIQOV Menecment

10.2. Keyfiyyətin idarə edilməsi

Müasir dövrdə rəqabət ölkə hüdudlarından çıxaraq beynəl­xalq səviyyədə hökm sürür. Ölkələr arasında müəs­sisə və təşkilatların bir-biri ilə rəqabət aparması ölkə­mizdə fəaliyyət göstərən müəssisələr üçün də səciy­yəvi xarakter daşıyır. Rəqabət birinci növbədə müəssisə və təşkilatlarda istehsalın və texnologiyanın təkmil­ləş­diril­məsini, yeni və mütərəqqi məhsulların istehsalını, key­fiyyətin yük­səl­dil­mə­sini və s. tələb edir. Keyfiyyət bu amillər içərisində apa­rıcı rola malik amillərdən biri he­sab olunur. Çünki sa­da­l­adığımız digər amillər də keyfiy­yətə təsir göstərir.


Keyfiyyət məhsulun xassələrinin və xara­k­te­rist­ika­la­rı­nın məcmusu olub, tələbatı ödəmək qabiliy­yə­tini əks et­di­rir. Keyfiyyət məhsulun yararlılıq dərəcəsi ilə xarak­terizə olunur.
Keyfiyyət amili müəssisədə bir neçə həlqələrdə özü­nü göstərir. Müəssisələrdə mövcud olan keyfiyyət gös­tə­ri­ci­ləri aşağıdakılardan ibarətdir:

  1. Texnologiyanın keyfiyyəti.

  2. İşçilərin şəxsi və peşə keyfiyyəti.

  3. İdarəetmənin keyfiyyəti.

  4. Xammalın keyfiyyəti.

5. İstehsal prosesinin keyfiyyəti.
6. Hazır məhsulun keyfiyyəti.
7. Servis keyfiyyəti.
Bütün bu keyfiyyətlərin məcmusu təşkilat üçün ümu­mi keyfiyyət amili formasında təzahür edir. Ümumi key­fiyyət amilinin dəyərləndirilməsi müəssisənin fəaliy­yə­tinin son nəticələri ilə müəyyən olunur. Son nəticə isə hazır məhsul və onun satışından gəlir əldə olunmasıdır.
Məhsulun keyfiyyətli olması, həmçinin müəssisə və təşkilatların iqtisadi maraqları ilə əlaqədardır. Çünki key­fiy­yətsiz məhsul bazarda çətin realizə olunur ki, bu da satışın aşağı düşməsinə səbəb olur. Keyfiyyətli məh­sul istehsal etməyin tələbləri aşağıdakılardan ibarətdir:
1. İlk növbədə yuxarıda sadalanan bütün keyfiyyət göstəricilərinin nəzərə alınması tələb edilir.
2. Qənaət prinsipinə normalar çərçivədə əməl edil­mə­lidir.
3. ETT-nin nailiyyətlərindən, yeni texnika və tex­no­logiyalardan istifadə olunmasına üstünlük veril­məlidir.
4.Həvəsləndirmə sistemlərinin tətbiq olunması zə­ru­ridir.
Müəssisə və təşkilatlar artan rəqabətə davam gətir­mək üçün bazara müxtəlif çeşidlərdə keyfiyyətli və ucuz mal çıxarmaq haqqında fikirləşirlər. Çünki bazarda ucuz və keyfiyyətli məhsulu reallaşdırmaq asandır. Ucuz və key­­­fiy­yət anlayışları isə bir-birinə tərs mütənasib olan məfhumlardır.
Məhsulun ucuz başa gəlməsi üçün qənaət prin­si­pinə əməl etmək lazımdır. Qənaəti isə kortəbii surətdə həyata keçirmək olmaz. Çünki kortəbii qənaət məhsulun qiy­mə­tini ucuzlaşdırır, lakin keyfiyyətinə mənfi təsir göstərir. Bu da müəssisə üçün ağır nəticələrə gətirib çıxara bilir. Bu­na görə də, istehsal prosesində məhsulun key­fiy­yətinə mən­fi təsir etməməklə qənaətin həyata ke­çirilməsi məq­sə­dəuyğun hesab olunur. Bunun üçün müəssisə rəhbərləri mütəxəssislərin, texnoloqların, mühəndislərin, tədqiqat­çı­la­rın, marketoloqların, iqtisad­çı­ların təklif və tövsi­yə­lərindən istifadə etməli, yeni səmərəli ideyaların tətbiqinə üstünlük verməlidirlər.
Keyfiyyətli məhsul istehsal etmək üçün müəssisə və təşkilatlarda plan və proqramların rolu böyükdür. Key­fiy­yət göstəriciləri müəssisənin maddi-texniki təc­hi­zat, təş­kilati, istehsal, marketinq, satış planlarında öz əksini tapır.
Keyfiyyətin yaxşılaşdırılması müəssisənin ümumi stra­tegiyasına daxildir. Çünki müəssisədə hansı adda, han­sı keyfiyyətdə məhsul istehsal olunacağı onun strateji məq­­səd­lərində nəzərdə tutulur, layihələşdirmə və plan­laşdırma işləri bu istiqamətdə aparılır. Bu zaman biznes-plan­­ların da rolunu qeyd etmək lazımdır. Çünki key­fiy­yə­tin ar­tırılması əlavə xərc və məsrəflər tələb edir. Bunun üçün keyfiyyətə nail olunması ilə əlaqədar əlavə çəkilmiş məs­rəflərin nə qədər gəlir gətirəcəyi, layihənin real­laş­dı­rıl­masından əldə olunacaq mənfəətin həcmi, iqtisadi sə­mə­rəlilik göstəticiləri planlaşdırılır.
Keyfiyyətin idarə edilməsinin zəruri element­lərin­dən bi­ri də sertifikatlaşdırmadır. Sertifikatlaşdırma məh­sul is­teh­salında böyük əhəmiyyət kəsb edir. Sertifikat­laşdırma key­fiyyətin və elmi-texniki tərəqqinin daşı­yı­cı­sı­­dır. Serti­fi­kat müəssisədə istehsal olunan məhsulun bütün tələblərə ca­vab verdiyini təsdiq edən sənəddir. Bu o deməkdir ki, ser­tifikata malik olan müəssisə məhsulun istehsalı üçün bü­tün prosesləri qaydalara uyğun həyata keçirir. Həmçinin məh­sulun keyfiyyətli istehsal olunması üçün standartlara uy­ğun yüksək və əlverişli şəraitin olma­sını təsdiq edir. Bu­na görə də alıcılar sertifikatı olan istehsalçıların mal­la­rı­na daha çox üstünlük verirlər. Çün­ki sertifikat malın key­fiyyətli, tələbata uyğun olma­sına zəmanət verən sə­nəddir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin