Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə61/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   72
I ABBASOV R SADIQOV Menecment

9.4. İdarəetmə psixologiyası

Psixologiya yunan sözü olub “psyüxe” və “loqos” söz­lərindəndir, mənası insan ruhu haqqında elm de­məkdir. Psixologiya psixi hadisələri öyrənir. Bu ha­di­sələr duyğu, qav­rayış, hafizə, təfəkkür, təxəyyül, iradə, hisslərlə əlaqə­dar­­dır. Psixologiya davranışı, insan fəaliy­yətinin idarə olun­­masını öyrənən elmdir. Psixologiya xarici təsirləri araş­dırır, psixikanın mexanizmlərini təd­qiq edir və cavab fəaliyyətini proqramlaşdırır və tənzim­ləyir. Psixika beynin xas­səsidir. Xarici təsirləri qavrayır, dav­ra­nış planlarını qu­rur, davranış planına uyğun olaraq əzə­lə­ləri fəaliyyətə gə­ti­rir. Psixika, yəni psixi hadisələr idrak pros­esindən və psi­xi halətlərdən ibarətdir. İdrak prosesinə duyğu, qav­rayış, hafizə, təxəyyül və təfəkkür proseslərini aid etmək olar.


Psixika (psixi hadisələr)



İdrak prosesi (duyğu. qav­ra­yış, hafizə, təfəkkür, təxəy­yül)




Psixi halətlər (inam,
əh­val-ruhiyyə, aktivlik)

Şüur qərar qəbul etmənin aparatıdır. Şüurun for­ma­ları vardır:



  1. Fərdi şüur.

  2. Kollektiv şüur.

  3. Ictimai şüur.

Fərdi şüur özünü dərk etmək, özünü qiymət­lən­dir­mək, özünü tərbiyə, özünə nəzarəti əhatə edir. Mənlik şüuru özünüidarəetmənin aparatıdır.
Kollektiv şüur kollektivin özünü dərk etməsidir. Kol­­lek­tiv şüur kollektivin özünü vahid bir tam kimi, sosi­al qrup kimi dəyərləndirilməsini tələb edir. Kollektiv şüur kol­­lektiv münasibətləri tənzimləyir.
İctimai şüur isə cəmiyyətin özünü dərk etməsi, icti­mai münasibətlərin formalaşmasının və tən­zim­lən­mə­sinin əsa­sıdır.
Qabiliyyət biliyin bacarığa çevrilməsində rol oyna­yan vasitəsidir. İnsan qabiliyyətlərin köməyi ilə bilik və ba­­carıqlara yiyələnir. Bu zaman onların qabiliyyətləri in­ki­şaf edir və nəticədə fəaliyyət qabiliyyəti formalaşır. Yəni təbii qabiliyyət fəaliyyət qabiliyyətinə keçir.
Qabiliyyətlərə yerimək, qaçmaq, oturmaq, da­­nışmaq, eşitmək, görmək, düşünmək, hiss etmək və s. aid etmək olar. Bunlar ümumi qabiliyyətlər olub ha­mıya məxsusdur.
Xüsusi qabiliyyətlər isə müəyyən fəaliyyət növünün mü­­vəffəqiyyətli icrası üçün səciyyəvidir. Xüsu­si qabiliy­yət­­lərə ifaçılıq, rəsm çəkmək, bəstələmək, uzaq­görənlik, təş­kilatçılıq və başqalarını misal göstər­mək olar. Bacarıq isə insanın əldə etdiyi biliklər əsasında formalaşır.
İstedad insana hər hansı mürəkkəb əmək fəaliy­yətini müstəqil olaraq müvəffəqiyyətlə və sürətlə icra etməyə imkan verən qabiliyyətin formasıdır. Buna görə də, mü­rək­kəb, gərgin və yüksək ustalıq tələb edən işlərə yük­sək istedadı olan insanlar cəlb olunurlar. Əgər qabiliy­yət in­sanı sadəcə mütəxəssisə çevirirsə, istedad onu mahir mü­tə­xəssisə çevirir. (Mahir sözünün mənası usta de­mək­dir.) Bu cür mütəxəs­sislər öz üzərinə düşən çətin və mürəkkəb vəzifələrin öh­dəsin­dən layiqincə gəlməyə qadir olurlar.
İdarəetmə sahəsində bacarıq dedikdə, qərar qəbul et­mək bacarığı, fəaliyyəti planlaşdırmaq, təşkil etmək ba­ca­rığı, tədqiqatçılıq bacarığı, qarşıya qoyulmuş məq­sədə nail olmaq bacarığı, müəssisənin daxili imkan­ların­dan sə­mə­rəli istifadə etmək bacarığı, təşkilatda sosial-psixoloji mü­­hiti formalaşdırmaq bacarığı, təsərrüfatçılıq bacarığı və s. başa düşülür.
Vicdan etik kateqoriya olub, insanın ayrı-ayrı adam­lar, cəmiyyət, xalq qarşısında məsuliyyətini dərk etməsi və öz hərəkətlərini əxlaqi baxımdan qiymət­lən­diril­mə­si­dir. Vicdan insanda anadangəlmə deyil, ətraf mühi­tin tə­si­ri ilə formalaşır. Vicdanın təzahür formaları aşağı­dakı­lar­dır:

  1. Abır, həya, ədəb-ərkan.

  2. Xəcalət, peşmançılıq.

  3. İnsaf, mürvət.

  4. Namus, qeyrət, ismət.

  5. Şərəf, ləyaqət, fəxr.

  6. Halallıq, düzgünlük, ədalətlilik.

  7. Humanistlik, əl tutmaq.

Vicdanın formalaşmasında tərbiyənin bütün forma­ları rol oynayır. Tərbiyə insanlar arasında ünsiy­yətin, nor­mal münasibətlərin, əmək vərdişlərinin, ailə-məişət məsə­lə­lərinin tənzimlənməsində əsas rol oynayır. İnsan doğul­du­ğu gündən ömrünün bütün dövrlərində tərbi­yə­lə­nir. Bu məqsədlə tərbiyənin 3 növünü fərq­ləndirirlər:

    • ilkin tərbiyə;

    • özünü tərbiyə;

    • yenidən tərbiyə.

İlkin tərbiyə ailə və cəmiyyət üçün faydalı olub, mil­li və ümumbəşəri keyfiyyətlərin məqsədyönlü forma­laş­dı­rıl­ma­sını özündə əks etdirir. İlkin tərbiyə insan doğu­l­duğu an­dan başlayaraq ona təlqin edilir. İlkin tər­biyə ilə insana əx­laqi keyfiyyətlər aşılanır. İlkin tərbi­yədə tərbi­yəçi qis­min­də ata, ana, bacı, qardaş, qohumlar, müəl­limlər iş­ti­rak edirlər. İlkin tərbiyə insanda isteh­salata və idarə­etmə pro­se­sinə gələnədək formalaşmalı və onun daxili mo­tiv­lə­rin­dən biri kimi çıxış etməlidir.
Özünütərbiyə heç bir tərbiyəçinin iştirakı olmadan, in­­­sanın özü tərəfindən əxlaqi keyfiyyətlərin müstəqil ola­raq məq­sədyönlü mənimsənilməsidir. Özünütərbiyə özünü­ida­rəet­mə­nin funksiyasıdır. Özünütərbiyədə mühitin rolu bö­­yük­dür. Çünki tərbiyələnən şəxs mühitdən xeyli əxlaqi nü­­mu­nələri və mənəvi normaları müşahidə edir və mə­nim­sə­­yir.
Yenidəntərbiyə əxlaqi keyfiyyətlərin, mənəvi nor­ma­­­ların, milli dəyərlərin lazımi səviyyədə mənim­sənil­mə­di­yi və ya təkrar mənimsənilməsinə ehtiyac oldu­ğu hal­­da in­­sana aşılanır. Bu zaman həmin fərdin təkrar tər­bi­yə olun­­masına ehtiyac duyulur.
Tərbiyənin tərkib hissələri aşağıdakılardan ibarət­dir: əx­laq tərbiyəsi, ideya-siyasi tərbiyə, iqtisadi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və s.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin