Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


İdarəetmədə informasiya sistemləri



Yüklə 1,22 Mb.
səhifə59/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   72
I ABBASOV R SADIQOV Menecment

8.4. İdarəetmədə informasiya sistemləri
İnformasiya bazası informasiya sistemlərinin tərkib hissəsidir. Ona görə də informasiya bazasının, onun tərki­binin və strukturunun düzgün müəyyən edilməsi bütün in­for­masiya sistemlərinin dəqiq işlənməsinə mühüm təsir gös­tərir. İnformasiyalar öyrənilərkən, təhlil edilərkən, ha­belə onlardan idarəetmənin qərarları üçün istifadə olu­nar­kən bütün informasiya əlaqələri və axınları nəzərdən ke­çi­ri­lir. Burada, həmçinin şifahi və yazılı infor­masiya haq­qın­da qeydiyyat formaları da nəzərə alınır.
İnformasiya sistemləri 2 cürdür. Sadə və mürəkkəb in­for­masiya sistemləri. Sadə informasiya sistem­ləri əl əmə­­­yinə əsaslanır. Yəni informasiyaların toplanması, uço­­­­ta alınması, saxlanması xüsusi qeydiyyat, uçot, əməliy­yat ki­tab­larında aparılır. Mürəkkəb infor­mas­iya sistemləri isə mü­vafiq informasiya texno­lo­giya­ları vasitələrinin, in­ter­net şəbəkəsinin, kompüter texnologiyasının tətbiqi ilə həyata keçirilir.
FƏSİL IX. İDARƏETMƏDƏ MÜNASİBƏTLƏR VƏ İDARƏETMƏ PSİXOLOGİYASI


9.1. Özünüidarəetmə

Qeyd etdiyimiz kimi, idarəetmə çox geniş məf­hum­dur. Çünki elə bir insan yoxdur ki, o, idarə­etmənin sub­yek­ti olmasın. İnsan həm idarə edir, həm də idarə olunur. Özü­nüidarəetmə insandan özünün hərəkət, davranış və fəaliy­yətinə şüurlu təsir göstərməyi tələb edir.


Özünüidarəetmə həm psixi proses, həm də fəaliy­yətdir. Psixi proses kimi özünüidarəetmə hadisələri şü­urlu formada dərk etməkdən, ətrafdakılarla müna­sibət­lərin nor­mal qaydada qurulmasından ibarətdir.
Fəaliyyət kimi özünüidarəetmə insanın əmək və həyat fəaliy­yətinin idarə edilməsindən ibarətdir.
Şəxsi həyat fəaliyyətinin idarə edilməsi insanların hə­yat fəa­liy­­yətini, təhsil almasından tutmuş özlərinin so­sial in­ki­­­şa­­fının bütün mərhələlərini, ailə və şəxsi mü­na­si­bət­lə­ri­ni və s. əhatə edir.
Əmək fəaliyyətində özünüidarəetmə işindən, peşə­sindən, vəzifəsindən asılı olmayaraq bütün insanlara xas olan fəaliyyətdir. Əmək fəaliyyətində özünü­ida­rəetmə ida­rəetmənin bütün həlqələrində və səviy­yələrində təmsil olunan fərdin şəxsi məqsədlərinə, eyni zamanda kollek­tivin ümumi məqsədlərinə yönəlir. Yəni burada şəx­si məq­səd ümumi məqsədlərə xidmət edir. Məsələn: hər bir işçi işə gedib gəlməyindən tutmuş, öz iş yoldaşları ilə, rəh­bə­r­liklə şəxsi və işgüzar müna­si­bət­­lərini, davra­nış­larını ida­rə etməli və tənzimləməlidir. Çünki bu sahədə baş ver­miş nöq­sanlar, nəinki işçinin öz fəaliyyətinə, həmçinin onunla birgə çalışan işçilərlə münasibətlərinə xələl gətirə­cək­­dir.
Özünüidarəetmə aşağıdakı funksiyaları özündə bir­ləş­dirir:

  1. Özünə hörmət (ləyaqətlilik).

  2. Özünü tərbiyə (əxlaq).

  3. Özünə nəzarət (vicdan).

  4. Özünü təhlil (vicdan).

  5. Özünü qiymətləndirmə (təvazökarlıq).

  6. Özünü tənzimləmə (iradə).

  7. Özünə hesabat (məsuliyyətlilik).

  8. Özünü müdafiə (cəsarətlilik).

Yuxarıda mötərizədə qeyd olunanlar özünüi­dar­əe­t­mə­nin funksiyalarının insanda yaratdığı xarakterik əla­mət­­­lər, şəxsi psixoloji keyfiyyətlərdir. Özünüi­darə­etmə in­­­sa­nın özünə, kollektivə, əşyalara olan münasi­bət­lə­rini tən­­zim­­ləyir. Sözsüz ki, iqtisadi nöqteyi nəzərdən insanın əmək fəa­liyyətində özünü idarəetməsi bizim problemin pred­­­me­ti­ni təşkil edir.
Əmək fəaliyyətində idarəetmə aşağıdakı mərhə­lələr­dən ibarətdir:
1. İdarəetmə məqsədlərinin müəyyən edilməsi.
2. İnformasiyaların qəbulu və işlənməsi.
3. Qərarların qəbul edilməsi.
4. Qərarların həyata keçirilməsi.
5. Özünə nəzarət.
Özünüidarəetmə prinsiplərinə əməl etməklə hər bir iş­çi rəhbərin etibarını qazanmalı, etimadını doğrultmalı, onun tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirməlidir. Əgər hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən la­yi­qin­cə gələrsə, əmək fəaliyyətində öz karyerasını qurar və inkişaf etdirə bilər. Karyeranın inkişafına nail olmaq üçün işçi nə etməlidir?

  • işçi öz fəaliyyətini düşünülmüş qaydada qurma­lı­dır;

  • işçi əmək fəaliyyətində bütün səylərini birləş­dir­mə­li, qətiyyətli olmalı, yüksək nəticələrə cəhd göstər­məlidir;

  • hər bir işçi öz problemlərini dərk etməli, onların aradan qaldırılması üçün yollar axtarmalıdır;

  • işçi nizam-intizam qaydalarına riayət etməli;

  • işçi əmək fəaliyyətində qanunlara, dövlət qərar­la­rı­nın müvafiq tələblərinə əməl etməlidir;

  • işçi tutduğu vəzifədən asılı olmayaraq öz işini vic­dan­la yerinə yetirməlidir. Bu zaman o, rəhbərliyin diq­qə­ti­ni cəlb edə bilər;

  • iş prosesində müəyyən fərdi münaqişələr, streslər meydana çıxa bilər ki, bunların aradan qaldırılmasına özü səy göstərməlidir;

  • işçi özünün köməyə ehtiyacı olub olmadığını müəy­­­­yənləşdirməlidir. Çünki zərurət yaranarsa, kömək üçün müraciət etmək lazımdır. Əks təqdirdə nəticə lazımi ef­­fekti verməyəcəkdir;

  • hər bir işçi iş yerində nəzakətli olmalı və yoldaşları ilə mehriban davranmalıdır;

  • işçi müzakirələrdə aktiv iştirak etməli, lazımlı tək­lif­lər və tövsiyələr verməyə can atmalıdır.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin