məhsuldarlığına görə: real və faydalı informasiyalar;
məzmununa görə: iqtisadi, sosial, texniki və təşkilati informasiyalar;
iqtisadi mahiyyətinə görə: plan, faktiki, hesabat, statistik informasiyalar.
mənbəyinə görə: daxili və xarici informasiyalar;
Daxili informasiyalar daxili struktur bölmələri və kollektiv tərəfindən hazırlanan və təqdim olunan informasiyalardır. Daxili informasiyaların mənbələri aşağıdakılardır:
satış sənədləri (hesab-fakturalar, qaimələr, etibarnamələr və s.);
mədaxil-məxaric sənədləri (mədaxil-məxaric ordenləri, xəzinə kitabı, bank əməliyyatlarından çıxarışlar və s.);
plan sənədləri; strateji inkişaf planı, operativ plan, biznes-plan;
maliyyə hesabatları və balanslar.
Xarici informasiya mənbəyi müəssisədən kənarda işlənib hazırlanan və müəssisəyə daxil olan informasiyalar hesab edilir. Xarici informasiya mənbələri aşağıdakılardır:
Statistika orqanları;
İnformasiya agentlikləri;
Televiziya;
Qəzetlər və jurnallar;
İnternet saytları və s.
İstər daxili, istərsədə xarici informasiyaların əldə olunması və toplanmasının aşağıdakı üsulları mövcuddur.
Dinləməklə.
Oxumaqla.
Seyr etməklə.
Müşahidə aparmaqla.
Müsahibə aparmaqla.
Sorğu aparmaqla.
8.2. İnformasiyaların idarəetmədə rolu
İdarəetmədə informasiyanın əhəmiyyəti olduqca böyükdür. İnformasiyasız idarəetməni təsəvvür etmək olmaz. İnformasiya idarəetmə prosesi üçün yeganə material rolunu oynayır. Bu materiallar nə qədər obyektiv, real olarsa idarəetmənin məhsuldarlığı və səmərəliliyi bir o qədər yüksək olar.
İdarəetmədə informasiyaların rolu aşağıdakılardan ibarətdir:
- müəssisə informasiyalar vasitəsilə ətraf mühitə uyğunlaşır və məlumatlanır;
- informasiya idarəedən və idarəolunan sistemlər arasında əlaqələndirici rol oynayır;
- informasiyalardan idarəetmə qərarları hasil olur.
İnformasiya sisteminin tətbiqi və bazar sisteminə uyğunlaşdırılması riyazi, statistik, plan, proqnoz və analitik hesablamaların aparılması ilə bağlıdır. Müəssisədə informasiyanın istifadəçiləri aşağıdakılar hesab olunur:
Müəssisənin təsisçiləri.
Rəhbərlər, menecerlər.
Müəssisənin ayrı-ayrı struktur bölmələrində çalışan işçilər.
Təşkilatdan kənara informasiya vermək hüququ olan şəxslər. (mətbuat katibləri, ictimaiyyətlə əlaqə şöbəsi, reklam şöbələri və s.).
İnformasiya idarəetmənin bütün funksiyaları üçün vacib materialdır. İnformasiya təminatı idarəetmə prosesi üçün olduqca əhəmiyyətlidir. İnformasiyalar müəssisənin bütün sferalarında istifadə olunur. İdarəetmə informasiyaları müəssisənin fəaliyyətinin təhlil olunmasında və ona qiymət verilməsində böyük əhəmiyyət kəsb edir. Bu cür idarəetmə informasiyalarına aşağıdakıları aid etmək olar.
Firmanın plan göstəriciləri haqqında informasiya;
Təşkilati-struktur və onun səmərəlilik səviyyəsi haqqında informasiya;
Firmanın maliyyə potensialı haqqında informasiya;
Firmanın məhsul istehsalının həcmi haqqında informasiya;
Satış fəaliyyəti və onun nəticələri haqqında informasiya;
Bazarın vəziyyəti (rəqabətin səviyyəsinin öyrənilməsi) haqqında informasiya;
Müəssisənin mənfəəti haqqında informasiya;
Firmanın balans göstəriciləri haqqında informasiya.
Bütün bunlar müvafiq idarəetmə qərarlarının hazırlanması üçün əsas verir. Ona görə də hər bir informasiya obyektiv reallığı düzgün əks etdirməlidir. Əks təqdirdə qəbul edilmiş idarəetmə və təsərrüfat qərarları səmərəsiz xarakter daşıyacaqdır.
İnformasiyalar geniş məzmuna malik olmalı, istehsalın planlaşdırılmasını, təşkilini, həyata keçirilməsini, nəzarət prosesini, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətini sistem və kompleks halında qiymətləndirməyə imkan verməlidir.
Dostları ilə paylaş: |