Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə54/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   72
I ABBASOV R SADIQOV Menecment

7.4. İşgüzar ünsiyyət

Ünsiyyət iki və daha artıq şəxsin münasibətləri ay­dın­laşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə, öz səy­­lərini əlaqələndirməyə və birləşdirməyə yönəl­dilmiş qar­şılıqlı təsirdir.


Ünsiyyət insanlar arasında sosial əlaqədir. Ünsiy­yə­tin məq­sədləri aşağıdakılardır.

  1. Məlumatlandırmaq

  2. Əlaqələndirmək

  3. Aydınlaşdırmaq

  4. Emosional vəziyyəti dəyişmək

Ünsiyyət yazılı və şifahi formada baş verir. Şifahi ün­­siy­yət forması daha çevik və kommunikativdir. Yəni ün­­s­iyyətin bu formasında qarşılıqlı və əks əlaqə möv­cud­dur, verilən suala dərhal cavab alınması mümkün­dür. Şi­fa­hi ünsiyyətin digər üstün cəhəti ondan ibarət­dir ki, ün­siy­yətin sonunda tərəflər bir-birinə (təsdiqləyici və ya in­karedi­ci) münasibətlərini bildirirlər.
Şifahi ünsiyyətlər böyük və kiçik qruplar arasında top­­lan­tılarda, seminarlarda və təlim sessiyalarında da müm­­kün olur. Şifahi ünsiyyətdə rəhbərdən nitq mədəniy­yə­tinə əməl edilməsi tələb olunur.
Yazılı ünsiyyət isə kağız və ya elektron daşıyıcılar vasitəsi ilə aparılır. Bu ünsiyyət formasında ünsiyyətin çevikliyi təmin olunmur və kommunikativ xarakter da­şı­mır. Yazılı ünsiyyət müəssisələr arasında məktub ya­zış­maları, rəsmi müraciətlərin olunması, yuxarı təşkilat­lara hesabatların təqdimatı xarakterini daşıyır. Müəssisə daxi­lin­də isə yazılı ünsiyyət rəhbərlər tərəfindən qayda­ların, rəs­­mi tapşırıqların, xəbərdar­lıqların, tabeçilikdə olan­lar tə­rə­findən isə təqdimatların, məlumat­ların, izahat­ların, he­sa­bat­ların təqdim olunması ilə əlaqədardır.
Subyektlərin aralarındakı münasibətlərə əsasən ünsiyyətin aşağıdakı formaları vardır:
1. Rəsmi (işgüzar) münasibət;
2. Qeyri-rəsmi (şəxsi) münasibət.
Rəsmi münasibətlərə əsaslanan ünsiyyət daha çox əmək, peşə, idarəçilik, biznes, sahibkarlıq, təsərrüfatçılıq fəaliyyəti ilə əlaqəli ünsiyyətlərdir. Rəsmi münasibətlər təş­kilatlararası və təşkilatdaxili baş verir. Təşkilatlararası rəs­mi münasibətlər firmanın portnyorlarla, təda­rük­çü­lərlə, mal göndərənlərlə, podratçılarla, alıcı­larla, sifariş­çilərlə iq­tisadi və təsərrüfatçılıq əlaqələrini əhatə edir. Təşkilat­daxili rəsmi münasibətlər təşkilati struktur vahidlərinin, kollektivin birgə məqsədlərinə və birgə fəaliyyətinə isti­qamət­lənir. Hətta iki işçi arasında şəxsi münaqişə olduğu halda belə, onları vahid fəaliyyət məqsədi birləşdirə bilir. Onlar əmək prosesində şəxsi mənafeyi bir kənara qoyur və rəsmi münasibətdə olurlar.
Qeyri-rəsmi münasibət isə işçilər arasında şəxsi mü­na­sibət formasıdır. Bu münasibət şəxsi keyfiyyətləri üs­tün tutur. Qeyri-rəsmi münasibətdə olan insanlar ara­sın­da şəx­si ziddiyyət olduğu halda, onlar birgə əmək müna­si­bət­lə­rin­­də olmaq istəmirlər. Qeyri-rəsmi münasi­bətlər bəzi qrup­­larda, məsələn ailədə çox effektiv olur.
Müəssisənin rəhbəri bu cür münasibətləri tənzimlə­mə­li, bu iki münasibətin bir-birinə təsirlərinin mənfi nəti­cə­lərinə imkan verməməlidir. Məsələn bir təşkilatda iki qo­hum çalışa bilər. Lakin rəhbər bir-birinə qohumluq əla­qə­ləri ilə bu iki işçinin uyuşan münasi­bətlərini əmək pro­se­si zamanı rəsmi xarakter daşıması məqsədi ilə inzi­ba­ti və sosial-psixoloji üsullarla tənzimləməlidir. Arasında zid­­diyyət və müəyyən konf­likt­lər olan işçilərin əmək pro­se­sində birgə fəaliyyətinin təmin edilməsi, yenə də müəs­si­sə rəhbərinin diqqət mərkəzində olmalıdır.
Ünsiyyətin əsasında informasiya mübadiləsi baş ve­rir. İnformasiya axını aşağıdakı istiqamətlərdə hərəkət edir:

  1. Yuxarıdan aşağıya. (Stimullaşdırıcı ünsiyyət.) Bu­ra əmrlərin, sərəncamların, göstərişlərin, tövsiyələrin ve­ril­məsini aid etmək olar.

  2. Aşağıdan yuxarıya. Bu istiqamətdə hərəkət edən informasiyalara təklifləri, məlumatları, hesabatları aid etmək olar.

  3. Üfüqi istiqamətdə. Bu istiqamətdə informasiya­ların hə­rə­kə­ti sahələrarası məlumat axını kimi qiymət­lən­dirilir.

Ünsiyyət aşağıdakı psixoloji vəziyyətlərlə nəticə­lə­nir.

  1. şəxslər bir–birini anlayır; Bu halda emo­sio­nal vəziyyətlər yarana bilir. Məsələn; razılıq və narazılıq, sevinc, kədər, qəzəb.

  2. motivləşdirmə baş verir; Yəni ünsiyyət fərdi, kollektiv, qarşılıqlı və birgə fəaliyyətlə nəticələnə bilir.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin