Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə43/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   72
I ABBASOV R SADIQOV Menecment

İclaslar. Qərarların qəbul olunmasında, müzakirə edil­məsində və qəbul edilmiş qərarların icraya yönəldil­mə­­si prosesində iclas və ya toplantıların rolu böyük­dür. İc­laslar informasiyanın və qərarların məz­mu­nu­nun tez bir za­manda kollektivə ötürülməsində əhəmiyyət kəsb edir.
İclaslar kollegial fəaliyyətin əsasını təşkil edir. İclas­lar aşağıdakı məqsədlər üçün həyata keçirilir:

  • kollektivə məlumatları ötürmək üçün;

  • kollegial qərarların qəbulu üçün;

  • problemləri birgə aradan qaldırılmaq üçün ayrı-ayrı struktur vahidlərinə və ya funksional şəxslərə ümumi tapşırıqlar vermək üçün;

  • ayrı-ayrı struktur və ya funksional şəxslərdən eyni vaxtda he­sa­batlar almaq üçün.

Müəyyən dövr ərzində həll olunması nəzər­də tutulan problemlərin müzakirəsi ilə bağlı keçi­riləcək iclasların qa­baq­cadan iş planı tutulur. İş planında hansı prob­lemlərin həlli ilə əlaqədar məsələlərin nə vaxt müza­kirə olunacağı nəzərdə tutulur. Bəzən zəruri sayılan hallarda plan­dan­kə­nar mü­şa­virə və ya iclaslar da çağırılır. Bütün hallarda icla­sın gün­dəliyi tərtib olunmalıdır. Gündəlikdə qoyulan mə­sələlər nə qə­­dər az olarsa, müzakirələr daha ef­fek­tiv ke­çər. Daimi iş­ti­­rakçılar iclasın əvvəlindən axı­rına­dək iş­ti­rak et­mə­li­dir­lər. Kollegial təşkilatlarda iclasın baş tutması üçün kvoru­mun (yetərsayın) olması vacibdir. Kvo­rum ol­ma­dığı halda qə­rarların qəbul edilməsi hüquqi və mən­ti­qi əsasa söy­kən­mir.


5.5. Əmrlər, sərəncamlar, qaydalar

Qərarların mahiyyətini şərh edərkən, qeyd etdik ki, qə­­bul edilmiş qərarlar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, göstəriş, tapşırıqlar formasında təlqin edilir.


Sərəncamvericilik rəhbərlər tərəfindən həyata keçi­rilir. Rəhbərlər qəbul edilmiş qərarları sərən­cam­verici sə­nəd­lərlə təsbit edirlər. Sərəncamverici sənədlərə əmr­ləri, sərəncamları, qaydaları aid etmək olar.
Qərar və sərəncamlar ümumdövlət sənədi hesab olu­nur və ən yüksək hüquqi qüvvəyə malik olmaqla da­nı­şıq­sız yerinə yetirilir.
Sərəncamvericilik aşağıdakı fəaliyyətlərlə bağlı qə­bul edilmiş qərarları icra üçün təsbit edir:

  • struktur bölmələrinin yaradılması;

  • fəaliyyətin təşkili;

  • işçilərin təyinatı;

  • strateji, operativ qərarların qəbulu və onların yerinə ye­tirilməsi.

Sərəncamverici sənədlər içərisində ən çox istifadə olu­nan­lardan biri əmrlərdir. Əsas və çevik məsələlərin həl­­li məqsədilə müəssisənin rəhbəri tərəfindən verilən hü­qu­­qi akta əmr deyilir. Əmrlər iki halda verilir:

  • yuxarı təşkilatın qəbul etdiyi və ya kollegial qay­da­­da qəbul olunmuş normativ aktların icrasını təmin et­mək məqsədilə.

  • müəssisənin daxili fəaliyyətini hüquqi cəhətdən idarəetmək məqsədilə.

Əmrlər istehsal, təsərrüfat, maliyyə, kadr və ya şəx­si he­yətlə əlaqədar məsələləri həll edir. Məsələn təşki­latın fəa­liyyətə başlaması, vəzifə maaşlarının müəyyən edil­mə­si, əmək haqqının verilməsi, işçinin vəzi­fə­sin­­dən digər vəzifəyə keçirilməsi ilə əlaqədar əmrləri bura aid etmək olar. Bəzən hər hansı bir fəaliyyətə xitam veril­məsi ilə bağ­lı da əmr verilə bilir. Əmək müqa­viləsinin ləğv edil­mə­si, işçinin işdən azad edilməsi ilə əla­qədar əmrləri mi­sal göstərmək olar.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin